Azərbaycan Respublikası adından QƏRAR Ağcabədi rayonu İş № 3(017)-678/2024 05.11.2024 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Ağcabədi Rayon Məhkəməsinin hakimi Quliyev Etibar Bəhrəm oğlu, Paşayev Şamxal Yəhya oğlunun katibliyi ilə, X1 Azərbaycan Respublikası DİN Baş Dövlət Yol polisi idarəsinin 01 oktyabr 2024-cü il tarixli, EQ 23903889 nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə ərizəsinə baxaraq m ü ə y y ə n e t d i m: X4 barəsində inzibati xəta haqqında Azərbaycan Respublikası İXM-nin 328.3-cü maddəsi ilə inzibati tənbeh vermə haqqında elektron qərar tərtib edilmişdir ondan ötrü ki, o, 01 oktyabr 2024-cü il tarixdə yolda müəyyən edilmiş hərəkət sürətini 53 km/saat həddində aşmışdır. X2 Ağcabədi Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək “İnzibati tənbeh vermə haqqında” 01 oktyabr 2024-cü il tarixli, EQ 23903889 nömrəli qərarın ləğv edilməsini xahiş etmişdir. X2 ərizəni onunla əsaslandırmışdır ki, o, 30 sentyabr 2024-cü il tarixdə ona SMS radardan 3 bal və 200 manat cərimə olunması barədə mesaj gəldiyini, mesajı oxuduqdan sonra cərimə olunduğu yerin qeyd edilmədiyini, həmin cərimənin qanunsuz qeyd edildiyini və qərarın ləğv edilməsi barədə DYPİ-nə müraciət etdiyini, DYPİ-dən ona məhkəməyə müraciət olunmasının bildirildiyini və həmin qərarın qanunsuz olduğunu əsas gətirərək “İnzibati tənbeh vermə haqqında” 01 oktyabr 2024-cü il tarixli, EQ 23903889 nömrəli qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə ərizə və ona əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 135-ci maddəsinə əsasən İnzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmalıdır. Azərbaycan Respublikası İXM-nin 99.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata başlamağa, inzibati xətanın mövcudluğunu göstərən xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi səbəb olur. Azərbaycan Respublikası İXM-nin 100.1.8-ci maddəsinə əsasən inzibati xəta haqqında inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar göstərilməlidir. İş materiallarına əlavə olunmuş inzibati tənbeh vermə haqqında elektron qərardan görünür ki, “Mercedes Benz E220” markalı ** NT *** dövlət qeydiyyat nişanlı avtomobil yolda müəyyən edilmiş hərəkət sürətini 53 km/sat həddində aşmış və bu barədə avtomobilin foto görüntüsü qeyd edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, X6 “Mercedes Benz E220” markalı ** NT *** dövlət qeydiyyat nişanlı avtomobillə yolda müəyyən edilmiş sürət həddini aşmışdır. Ona görə də barəsində inzibati tənbeh vermə haqqında elektron qərar qəbul olunmuşdur. Bundan başqa X6 idarə etdiyi avtomobillə qanunun tələbinin pozmaması barədə hər hansı mötəbər sübut və dəlillər məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinin tələbindən görünür ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməl (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Başqa sözlə, şəxsin əməlində inzibati xətanın tərkibini təşkil edən 4 element-obyekt, obyektiv tərəf, subyektiv tərəf və subyekt olduqda, o, inzibati məsuliyyətə cəlb edilə və inzibati tənbeh tədbirinə məruz qala bilər. İnzibati xəta tərkibinin bu elementlərindən biri olmadıqda, şəxsin əməlində inzibati xətanın tərkibinin mövcudluğu istisna edilir. Azərbaycan Respublikası İXM-nin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130, 135-ci maddələrini rəhbər tutaraq, qərara aldım: Şikayət təmin edilməsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Etibar Quliyev
Məhkəmə qərarları › İş №3(017)-678/2024
Ağcabədi Rayon Məhkəməsi Qərar — İş №3(017)-678/2024
05.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver