Azərbaycan Respublikası adından QƏRAR Ağcabədi rayonu İş № 3(017)-681/2024 01.11.2024 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Rəşad Mövsüm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxx 1976-cı ildə Zərdab rayonunun Məmmədqasımlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, Ağcabədi şəhəri, Sultanbəy küçəsində yaşayan, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 242-ci və 272.1-ci maddələri ilə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər nazirliyi Ağgöl Milli Parkından daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Məhkəməyə daxil olmuş inzibati xəta haqqında 29 oktyabr 2024-cü il tarixli, MN ******* nömrəli protokolda və ona əlavə olunmuş sənədlərdə göstərilmişdir ki, Şəxs 29 oktyabr 2024-cü il tarixdə Ağgöl Milli Parkının Ağcabədi rayonunun inzibati ərazisinə düşən hissəsində Milli Parkın xüsusi mühafizə rejimini pozaraq balıq ovu ilə məşğul olmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərdi ki, 29 oktyabr 2024-cü il tarixdə Ağgöl Milli Parkının Ağcabədi rayonunun inzibati ərazisinə düşən hissəsindən üç ədəd balıq tutub sahilə çıxarkən Milli Parkın əməkdaşları onu saxlamışlar və həmin ərazinin xüsusi mühafizə olunan ərazi olmasını və barəsində inzibati xəta haqında protokol tərtib olunacağını ona izah etmişlər. Həmçinin ovladığı üç ədəd balıq da ondan götürülmüşdür. Balıqlar xarab olduğu üçün sonradan basdırılmışdır. Törətdiyi əməldən peşmandır və bir daha belə hərəkətlərə yol verməyəcəkdir. Məhkəmədən ona köməklik edilməsini xahiş etdi. Materiala əlavə edilmiş 29 oktyabr 2024-cü il tarixli aktdan dan görünür ki, 29 oktyabr 2024-cü il tarixdə Şəxs Ağgöl Milli Parkının Ağcabədi rayonunun inzibati ərazisinə düşən hissəsində Milli Parkın xüsusi mühafizə rejimini pozaraq balıq ovu ilə məşğul olmuşdur. Onun üzərindəki əl çantasına baxış keçirilərkən çantadan bir ədəd çəki balığı, bir ədəd daban balığı və bir ədəd durna balığı cinsinə mənsub olan balıqlar aşkar edilmişdir. Materiala əlavə edilmiş hesabatdan görünür ki, Ağgöl Milli Parkında 29 oktyabr 2024-cü il tarixdə baş vermiş hüquq pozuntusu zamanı bir ədəd çəki balığı – 22 manat, bir ədəd daban balığı – 11 manat və bir ədəd durna balığı -11 manat olmaqla, təbiətə dəymiş ziyan cəmi 132 manat olmuşdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 242 və 272.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Şəxs 29 oktyabr 2024cü il tarixdə Ağgöl Milli Parkının Ağcabədi rayonunun inzibati ərazisinə düşən hissəsində Milli Parkın xüsusi mühafizə rejimini pozaraq balıq ovu ilə məşğul olmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan inzibati xətanın törətməsində təqsiri özünün etirafı, tərtib edilmiş inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına və inzibati xəta törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tədbiq edərkən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə müvafiq olaraq xətanın xarakterini, törədilmə şəraitini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alaraq ona təqsirli bilindiyi maddənin sanksiyası həddində inzibati cərimə tənbehinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 242-ci maddəsinin sanksiyasında iziki şəxslər dörd yüz manatdan altı yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilməsi nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 272.1-ci maddəsinin sanksiyasında inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməklə və ya müsadirə edilməməklə yeddi yüz manatdan min yeddi yüz manatadək məbləğdə cərimə edilməsi nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Şərh olunan maddələrin tələblərinə uyğun olaraq məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 242 və 272.1-ci maddələri ilə təqsirli bilinməli və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.1-ci maddəsinin sanksiyası həddində cəzalandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114 və 128-130-cu maddələrini rəhbər tutaraq, Qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 242 və 272.1-ci maddələri ilə təqsirli bilinərək Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.1ci maddəsi ilə 700 (yeddi yüz) manat məbləğində cərimə edilsin. Qərardan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Rəşad Nuriyev
Məhkəmə qərarları › İş №3(017)-681/2024
Ağcabədi Rayon Məhkəməsi Qərar — İş №3(017)-681/2024
01.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver