Məhkəmə qərarları › İş №3(017)-683/2023

Ağcabədi Rayon Məhkəməsi Qərar — İş №3(017)-683/2023

07.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağcabədi rayonu İş № 3(017)-683/2023 07.09.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsinin hakimi Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, Paşayev Şamxal Yəhya oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı ərazi vergilər idarəsinin nümayəndəsi X1 iştirakları ilə, xx.xx.1974-cü il tarixdə Ağcabədi şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Ağcabədi şəhəri H.Əliyev prospekti ev 41-də yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 602.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı ərazi vergilər idarəsindən daxil olmuş materiala baxaraq, m ü ə y y ə n e t d i m: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı ərazi vergilər idarəsinin mikro və kiçik sahibkarlıq subyektlərinin monitorinqi şöbəsinin baş dövlət vergi müfəttişi X2 tərəfindən xx.xx.2023-cü il tarixdə saat 1140 radələrində Ağcabədi rayonunun Qaradolaq kəndində yerləşən Şəxs məxsus 34003 kodlu obyektdə xx.xx.2023-cü il tarixli **********4980 saylı operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında qərarın icrasına şərait yaratmamışdır ki, bununla da o, Azərbaycan Respublikası İXM-nin 602.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, xx.xx.2023-cü il tarixdə Vergilər İdarəsinin nümayəndələri tərəfindən keçirilən yoxlama zamanı heç bir maneə yaratmamışdır. Əsassız ərizə və şikayətlərin olması barədə tez-tez digər təşkilatlardan yoxlamaların keçirilməsi ilə əlaqədar narazılığını bildirmiş, həmin gün obyektin qapısını açıb yoxlama keçirilməsinə şərait yaratmış, sonradan bilmişdir ki, barəsində akt və inzibati xəta haqqında protokol tərtib edilmişdir. Yoxlama keçirilməsinə heç vaxt etiraz və maneçilik törətməmişdir. Zəruri sənədləri təqdim etməkdən imtina etməmişdir. Həmin vaxt tərtib edilmiş aktdan xəbəri olmamışdır. Aktın tərtib edilməsi barədə ona heç bir məlumat verməmişlər. Odur ki, göstərilən xüsusatların nəzərə alınmasını və barəsində olan iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı ərazi vergilər idarəsinin nümayəndəsi X2 çıxış edərək bildirdi ki, xx.xx.2023-cü il tarixdə Şəxs qısa müddət dayanmadan bir sıra təşkilatlardan davamlı şəkildə yoxlamalar gəldiyi üçün onlara öz narazılığını bildirmiş, bundan sonra Bəhruz əsəbi olduğu üçün yoxlamanı axıra çatdırmadan obyekti tərk edib getmişlər. İş materiallarında olan xx.xx.2023-cü il tarixli aktdan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixli **********4978 nömrəli xronometraj metodu ilə müşahidə aparılması haqqında qərarın və xx.xx.2023-cü il tarixli, **********4978 nömrəli operativ vergi nəzarətinin keçirilməsi haqqında qərarın icrasına şərait yaratmayaraq operativ vergi nəzarətinin keçirilməsi üçün zəruri olan sənədləri təqdim etməkdən imtina etmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli aktdan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixli **********4978 nömrəli xronometraj metodu ilə müşahidə aparılması haqqında qərarın və xx.xx.2023-cü il tarixli, **********4980 nömrəli operativ vergi nəzarətinin keçirilməsi haqqında qərarın icrasına şərait yaratmayaraq operativ vergi nəzarətinin keçirilməsi üçün zəruri olan sənədləri təqdim etməkdən imtina etmişdir. İş materiallarında olan MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, protokol tərtib edilərkən Şəxs xx.xx.2023-cü il tarixdə saat 11:40-da xx.xx.2023-cü il tarixli **********4978 nömrəli xronometraj metodu ilə müşahidə aparılması haqqında qərarının icrasına şərait yaratmamışdır. İş materiallarında olan MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, protokol tərtib edilərkən Şəxs xx.xx.2023-cü il tarixdə saat 11:40-da xx.xx.2023-cü il tarixli **********4980 nömrəli operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında qərarının icrasına şərait yaratmamışdır. Məhkəmə tərəfləri dinləyib, protokolu və ona əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, iş üzrə icraaata xitam verilməlidir. Belə ki, inzibati protokol tərtib olunarkən, Azərbaycan Respublikası İXM-nin 100.1.6cı (şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı), 100.1.7-ci (barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları) maddələrinin tələbləri pozulmuşdur. Göründüyü kimi, inzibati xəta haqqında protokolda şahidlər (soyadı, adı, atasının adı) barədə qrafa nəzərdə tutulsada inzibati xəta haqqında protokol tərtib edilən vaxt şahid dəvət olunmamış, şahidlərin adları göstərilməmiş, onlar haqqında anket məlumatları alınmamış, sonuncuların ətraflı, dolğun tərzdə izahatları alınmamış, protokola şahidlərə imza etdirilməmiş, bununla da protokol tərtib edilərkən kobud prosessual pozuntuya yol verilmişdir. Həmçinin protokol tərtib edilərkən Şəxs vergi ödəyicisi olması barədə VÖEN qeyd edilməmişdir. Bundan başqa iş materiallarında olan protokollardan da görünür ki, Şəxs barəsində protokollar eyni tarixdə eyni saatda tərtib edilmişdir. Belə ki, xx.xx.2023-cü il tarixli **********4978 nömrəli xronometraj metodu ilə müşahidə aparılması haqqında qərarının icrası ilə xx.xx.2023-cü il tarixli **********4980 nömrəli operativ vergi nəzarətinin həyata keçirilməsi barədə qərarın icrasının həyata keçirilməsi eyni saat və dəqiqədə keçirlmişdir. Halbuki, vergi əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixli **********4978 nömrəli xronometraj metodu ilə müşahidə aparılması haqqında qərar birinci icra edilməli olduğu halda hər iki qərar eyni vaxt və saatda keçirilmiş, bundan sonra heç bir izahat alınmadan akt tərtib edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, Şəxs xx.xx.2023-cü il tarixdə Vergilər İdarəsinin nümayəndələri tərəfindən keçirilən yoxlama zamanı heç bir maneə yaratmamış, əsassız ərizə və şikayətlərin olması barədə tez-tez digər təşkilatlardan yoxlamaların keçirilməsi ilə əlaqədar narazılığını bildirmiş, həmin gün obyektin qapısını açıb yoxlama keçirilməsinə şərait yaratmış, zəruri sənədləri təqdim etməkdən imtina etməmiş, barəsində tərtib edilmiş aktdan və protokoldan xəbəri olmamışdır. Bundan başqa Şəxs xx.xx.2023-cü il tarixli **********4978 nömrəli xronometraj metodu ilə müşahidə aparılması haqqında qərarın və xx.xx.2023-cü il tarixli **********4980 nömrəli operativ vergi nəzarətinin həyata keçirilməsi barədə qərarın icrasına şərait yaratmaması hər hansı bir şahid ifadələri və ya dəlillə sübuta yetməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-8.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 9.1 və 9.2-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Bir inzibati xətaya görə heç kim iki dəfə inzibati məsuliyyətə cəlb oluna bilməz. Davam edən inzibati xətaya görə şəxs inzibati məsuliyyətə cəlb olunduqdan sonra da bu xətanı törətməkdə davam edirsə, inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İXM-nin 34.1-ci maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadıqda iş üzrə icraata xitam verilir. Azərbaycan Respublikası İXM-nin 115-ci maddəsinə əsasən qərarı çıxarmış hakimin, vəzifəli şəxsin vəzifəsi, soyadı, adı, atasının adı, kollegial orqanın adı və tərkibi, işin baxılması tarixi və yeri, işinə baxılan şəxs haqqında məlumat, işə baxılarkən müəyyən edilmiş hallar; inzibati xəta haqqında qərarda qeyd edilməlidir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinin tələbindən görünür ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməl (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Başqa sözlə, şəxsin əməlində inzibati xətanın tərkibini təşkil edən 4 element-obyekt, obyektiv tərəf, subyektiv tərəf və subyekt olduqda, o, inzibati məsuliyyətə cəlb edilə və inzibati tənbeh tədbirinə məruz qala bilər. İnzibati xəta tərkibinin bu elementlərindən biri olmadıqda, şəxsin əməlində inzibati xətanın tərkibinin mövcudluğu istisna edilir. Həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Həmin Məcəllənin 111.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxmağa səlahiyyəti olan hakim, orqan (vəzifəli şəxs) bu cür işlərə inzibati xəta haqqında protokolu və işin digər materiallarını aldığı vaxtdan on beş gün müddətində baxır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq q ə r a r a a l d ı m:

1. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində inzibati xəta tərkibi olmadığı üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsi ilə başlanmış inzibati iş üzrə icraata xitam verilsin.

2. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şirvan Apellyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər.

Hakim Etibar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar