Məhkəmə qərarları › İş №3(017)-683/2024

Ağcabədi Rayon Məhkəməsi Qərar — İş №3(017)-683/2024

04.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağcabədi rayonu İş № 3(017)-683/2024 04.11.2024 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Rəşad Mövsüm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, 26 iyun 2005-ci il tarixdə Ağcabədi rayonunun Hüsülü kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, Ağcabədi rayonunun Hüsülü kəndində yaşayan, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə Ağcabədi rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Məhkəməyə daxil olmuş inzibati xəta haqqında 01 noyabr 2024-cü il tarixli, İXP ******* nömrəli protokolda və ona əlavə olunmuş sənədlərdə göstərilmişdir ki, Şəxs 10 oktyabr 2024-cü il saat 16 radələrində sürücülük hüququ olmadan «QAZ 32213 yük» markalı, **-GD-*** dövlət nömrə nişanlı avtomobillə Ağcabədi rayonunun Köyük kəndi istiqamətindən Ağcabədi rayonunun Muğanlı kəndi istiqamətində hərəkətdə olarkən “VAZ 2106” markalı, **-XP-*** dövlət nömrə nişanlı avtomobillə toqquşmuş və nəticədə “VAZ 2106” markalı, **-XP-*** dövlət nömrə nişanlı avtomobilin sahibi Zərərçəkmiş şəxs 5500 manat maddi ziyan dəymişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərdi ki, 10 oktyabr 2024-cü il tarixdə saat 16 radələrində Ağcabədi rayonunun Minəxorlu kəndi ərazisində köhnə sulama şlanklarını “QAZ 32213” markalı, **-GD-*** dövlət nömrə nişanlı avtomobilə yükləyərək Ağcabədi rayonunun Köyük kəndi istiqamətindən Ağcabədi rayonunun Muğanlı kəndi istiqamətində hərəkətdə olarkən, yol kəsişməsinə çatdıqda əyləcdən istifadə etsə də, avtomobilin əyləci işləməmiş və əsas yolda soldan sağa hərəkətdə olan “VAZ 2106” markalı, **-XP-*** dövlət nömrə nişanlı avtomobillə toqquşmuşdur. Avtomobili sürücülük hüququ olmadan idarə etmişdir. Hadisə nəticəsində “VAZ 2106” markalı **-XP-*** dövlət nömrə nişanlı avtomobilin sahibi Zərərçəkmiş şəxs 5500 manat maddi ziyan dəymişdir. Zərərçəkmiş şəxs ilə ona 4000 manat ödəməsi barədə öz aralarında razılaşmışlar və həmin ziyandan 3000 manat ödəmiş və qalan 1000 manat ziyanı da yaxın günlərdə ödəyəcəkdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs izahatında göstərdi ki, 10 oktyabr 2024-cü il tarixdə saat 16 radələrində “VAZ 2106” markalı, **-XP-*** dövlət nömrə nişanlı avtomobillə Ağcabədi rayonu Hüsülü kəndi istiqamətindən Ağcabədi rayonu Muğanlı kəndi istiqamətində hərəkətdə olarkən Köyük kəndi istiqamətindən «QAZ 32213 yük» markalı, **-GD-*** dövlət nömrə nişanlı avtomobil anidən onun yoluna çıxmış və o, avtomobili yolun sağ hissəsinə istiqamətləndirsə də, avtomobillər toqquşmuşdur. Nəticədə ona 5500 manat maddi ziyan dəymişdir. Dəymiş zərərlə bağlı Şəxs ilə ona 4000 manat ödəməsi barədə razılaşmışlar və Şəxs ona 3000 manat ödəyərək qalan 1000 manat məbləği də ödəyəcəyinə söz vermişdir. Məhkəmədən Şəxs köməklik olunmasını xahiş etdi. İş materiallarına əlavə olunmuş 01 noyabr 2024-cü il tarixli, İXP ******* nömrəli protokoldan görünür ki, Şəxs 10 oktyabr 2024-cü il saat 16:00 radələrində «QAZ 32213 yük» markalı **-GD-*** dövlət qeydiyyat nişanlı avtomaşınla hərəkətdə olarkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarına əlavə olunmuş 25 oktyabr 2024-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Qərardan görünür ki, toplanmış materialda cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarına əlavə olunmuş Ağcabədi Avtoservis və Ticarət Müəssisəsi MMCnin rəyindən görünür ki, VAZ 2106 markalı **-XP-*** dövlət nömrə nişanlı avtomobilə 5500 manat maddi ziyan dəymişdir. İş materiallarına əlavə olunmuş 01 noyabr 2024-cü il tarixli qəbzlərdən görünür ki, Şəxs tərəfindən 3000 manat maddi ziyan Zərərçəkmiş şəxs ödənilmişdir. Qalan 1000 manat ziyanə da 08 noyabr 2024-cü il tarixədək ödəyəcəkdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və zərər çəkmiş şəxsi dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Şəxs 10 oktyabr 2024cü il saat 16 radələrində sürücülük hüququ olmadan «QAZ 32213 yük» markalı, **-GD-*** dövlət nömrə nişanlı avtomobillə Ağcabədi rayonunun Köyük kəndi istiqamətindən Ağcabədi rayonunun Muğanlı kəndi istiqamətində hərəkətdə olarkən “VAZ 2106” markalı, **-XP-*** dövlət nömrə nişanlı avtomobillə toqquşmuş və nəticədə “VAZ 2106” markalı, **- XP-*** dövlət nömrə nişanlı avtomobilin sahibi Zərərçəkmiş şəxs 5500 manat maddi ziyan dəymişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsi nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan inzibati xətanı törətməsində təqsiri özünün etirafı, zərər çəkmiş şəxsin izahatı, tərtib edilmiş inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına inzibati xəta törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tədbiq edərkən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə müvafiq olaraq xətanın xarakterini, törədilmə şəraitini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, yaşını nəzərə alıb barəsində inzibati cərimə tənbehinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 06:304, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərardan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Rəşad Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar