Azərbaycan Respublikası adından QƏRAR Ağcabədi rayonu İş № 3(017)-707/2023 28.08.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Ağcabədi Rayon Məhkəməsinin hakimi Ləzimov Sulduz Paşa oğlu Məhkəmə iclasının katibi Muradov Malik Maarif oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Zərərçəkmiş şəxs iştirakları ilə xx.xx.1987-ci il tarixdə Ağcabədi rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, fərdi əməklə məşğul olan, Ağcabədi rayonu, Muğanlı kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə Ağcabədi RPŞ-dən daxil olmuş inzibati xətaya dair materiala baxaraq, m ü ə y y ə n e t d i m: Şəxs 28 avqust 2023-cü il tarixdə Ağcabədi rayonu, Muğanlı kənd sakini Zərərçəkmiş şəxs həyat yoldaşı Şəxs döyərək dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetirmişdir. Bununla da onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, Zərərçəkmiş şəxs onun həyat yoldaşıdır. Azyaşlı övladlarından biri anasının yanında, digər qızı isə onun yanında qalmışdır. 21 iyul 2023-cü il tarixdə Ağcabədi rayon Muğanlı kəndində olan zaman arvadı Qəşǝng onun yanına gəlib bildirmişdir ki, qızını ona versin. O isə Mədinəni ona verməyəcəyini, Mədinənin onun yanında qalacağını bildirmiş, həmin vaxt Qəşəng qızını qucağına alıb aparmaq istədikdə əsəbiləşib əli ilə Qəşəngin sol göz nahiyəsinə vurmuşdur. Həmin vaxt onların yanında heç kim olmamış, münaqişə və dava-dalaş 1-2 dəqiqə davam etmişdir. Törətdiyi əmələ görə çox peşmandır. Odur ki, ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahat verərək bildirdi ki, 2013-cü ildə Şəxs ilə ailə hayatı qurmuş birgə nikahlarından iki övladları var. Əvvəllər mehriban yaşamışlar, aralarında dava-dalaş olmamışdır. Son 9 ay Bakı şəhərində yaşamışlar, 3-4 ay olar ki, münasibətləri dəyişmiş, ailə kimi yola getmirlar. Bundan sonra müvəqqəti olaraq azyaşlı övladı Nərmin onun yanında, digər azyaşlı övladı X1 isə atasının yanında qalmışdır. 21 iyul 2023-cü il tarixdə Ağcabədi rayon Muğanlı kəndinə getmiş, evə daxil olub Rövşənə qızı Mədinəni ona verməsini, xəstaxanaya aparıb tibbi arayış alacağını demiş. Rövşən isə qızı Mədinəni onun əlindən alıb üstünə hücum edib sillə ilə sol göz nahiyəsinə zərbə vurmuşdur. X2 ona vermədiyi üçün əsəbiləşib Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng edib, əri Rövşənin onu vurması və övladın verməməsinə narazı olması barədə məlumat vermişdir. Dava-dalaş 2-3 dəqiqə davam etmiş, evdə kənar kimsə olmamış, Rövşən onun sol göz nahiyəsinə vuraraq onu döymüşdür. Hazırda o, Şəxsla barışmamış və barışmaqda fikri yoxdur, çünki Rövşən həmişə onu söyür vədöyür. Odur ki, Şəxs ağır cəza verilməsini xahiş etdi. Məhkəmə inzibati xəta törədən şəxsin, zərərçəkmiş şəxsin izahatlarını, habelə iş materiallarını nəzərdən keçirərək, bu qənaətə gəlir ki, Şəxs barəsində inzibati tənbeh tətbiq edilməlidir. İş materiallarına əlavə olunmuş Ağcabədi RPŞ-nin təhqiqat bölməsinin 31 iyul 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, canlı şəxsin ekspertizasına dair məhkəm-tibbi ekspertinin 25 iyul 2023-cü il tarixli, 447 saylı rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs bədəni üzərində xəsarətlər aşkar edilməmişdir. Aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, 21 iyul 2023-cü il tarixdə saat 11 radələrində Ağcabədi rayon Muğanlı kənd sakini Zərərçəkmiş şəxs ilə əri Şəxs arasında yaranmış ailə münaqişəsi zəminində Şəxs əli ilə Zərərçəkmiş şəxs sol göz nahiyəsinə bir zərbə vuraraq ona fiziki ağrı yetirməklə döymüşdür. Beləliklə məhkəmə iclasında müəyyən olundu ki, hazırda zərərçəkmiş şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxslə barışmamış və sonuncunun ağır inzibati tənbehlə cəzalandırılmasını israr edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən, ədalətlilik inzibati xətalar qanunvericiliyinin əsas prinsiplərindən biridir. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9-cu maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 22-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək məqsədi daşıyır. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qarşı inzibati tənbeh tətbiq edərkən onun zərərçəkmiş şəxslə barışmamsını, şəxsiyyətini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini nəzərə alıb, ona istinad edilən maddənin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə inzibati həbs tənbehinin təyin edilməsini məqsədə müvafiq hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 53, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinib, barəsində 15 (on beş) gün müddətinə inzibati həbs tənbehi tətbiq edilsin. İnzibati həbs müddətinin əvvəli 28 avqust 2023-cü il tarixdən saat 16:00-dan hesablansın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hakim: Sulduz Ləzimov
Məhkəmə qərarları › İş №3(017)-707/2023
Ağcabədi Rayon Məhkəməsi Qərar — İş №3(017)-707/2023
28.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver