Məhkəmə qərarları › İş №3(017)-709/2024

Ağcabədi Rayon Məhkəməsi Qərar — İş №3(017)-709/2024

16.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağcabədi rayonu İş № 3(017)-709/2024 16.11.2024 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Rəşad Mövsüm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, Şikayət vermiş şəxs X2 iştirakı ilə, Ağcabədi rayonu DYPB-nin Yol Patrul Xidmətinin 17 oktyabr 2024-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X5 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Ağcabədi rayonu DYPB-nin Yol Patrul Xidmətinin 17 oktyabr 2024-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarına əsasən X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə 400 manat məbləğində cərimə edilmişdir. X5 şikayətlə məhkəməyə müraciət edərək, Ağcabədi rayonu DYPB-nin Yol Patrul Xidmətinin 17 oktyabr 2024-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında X5 şikayətini müdafiə edərək göstərdi ki, 17 oktyabr 2024-cü il tarixdə “X8 minik” markalı, **-ST-*** dövlət qeydiyyat nişanlı avtomobillə Ağcabədi şəhəri S.Vurğun küçəsində hərəkətdə olarkən Ağcabədi Rayon Polis X7 Polis İdarəsinin əməkdaşı tərəfindən avtomobili təhlükəsizlik kəməri olmadan idarə etdiyi üçün saxlanılmışdır. Polis əməkdaşı ondan içkili olub-olmadığını soruşmuş, o da içkili olmadığını bildirmişdir. Polis əməkdaşı onun içkili olduğunu bildirərək onu alkotestr vasitəsilə müayinə etmişdir. Alkotestr vasitəsilə müayinə edilərkən sprtli içki qəbul etməsi müəyyən edilmişdir. O, bununla razılaşmamış və tibbi müayinədən keçməyi tələb etmişdir. Tibbi müayinə olunması üçün Ağcabədi RMX-na aparılmış və onun 0,31 pro mil içkili olduğu məlum olmuşdur. O, polis əməkdaşından qərarı istəmiş və yenidən tibbi müayinədən keçəcəyini bildirmişdir. Lakin, buna baxmayaraq qərarın ona verilməsinin mümkün olmadığı bildirilmişdir. Bundan sonra, saat 16:19 radələrində və 16:43 radələrində X10 İdarəsinin 902 qaynar xəttinə zəng etdikdən sonra saat 17:05 radələrində həmin qərar ona təqdim edilmişdir. Qərarın ona gec təqdim edilməsinin səbəbi onu müayinə edən həkimə və Yol Polisinin müfəttişinə təkrar müayinədən keçəcəyini bildirməsi olmuşdur. Ona gödə də göstərdiklərini nəzərə alaraq şikayətinin təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Ağcabədi rayonu DYPB-nin Yol Patrul Xidməti məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, Ağcabədi rayonu DYPB-nin Yol Patrul Xidmətinin nümayəndəsi heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş və ondan işə baxılmasının təxirə salınması haqqında vəsatət daxil olmamışdır. Məhkəmə işə Ağcabədi rayonu DYPB-nin Yol Patrul Xidmətinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş 17 oktyabr 2024-cü il tarixli “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” haqqında aktdan görünür ki, müayinə zamanı X3 0,319 promil alkoqol sərxoşluğu aşkarlanmışdır. İşdə olan və məhkəmə iclasında elan edilmiş Ağcabədi rayonu DYPB-nin Yol Patrul Xidmətinin 17 oktyabr 2024-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə 400 manat məbləğində cərimə edilmişdir. Məhkəmə X4 dinləyib və iş materiallarını araşdırıb hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 75.0-cı maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir; inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi) (75.0.1); inzibati xəta törətmiş şəxs (75.0.2); inzibati xəta törətməkdə şəxsin təqsiri (75.0.3); inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar (75.0.4); inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı (75.0.5); inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar (75.0.6); işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait (75.0.7). Məhkəmədə işin halları araşdırılarkən müəyyən edildi ki, X2 təqsiri Ağcabədi rayonu DYPB-nin Yol Patrul Xidmətinin 17 oktyabr 2024-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarında öz təsdiqini tapmışdır. X5 şikayət ərizəsində göstərdiyi hallar onun hazırki inzibati xətanın törədilməsində təqsirli olmasına dair şübhələrin yaranması üçün əsas ola bilməz. Bundan başqa, Ağcabədi rayonu DYPB-nin Yol Patrul Xidməti tərəfindən məhkəməyə təqdim edilmiş 17 oktyabr 2024-cü il tarixli “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” haqqında aktda da X2 qərarda göstərilən inzibati xətanı törətməsi, yəni avtomaşını sərxoş vəziyyətdə idarə etməsi öz təsdiqini tapmışdır. Həmçinin, X5 barəsində inzibati protokol tərtib edilən zaman avtomaşını sərxoş vəziyyətdə idarə etmədiyini göstərsə də, bu barədə məhkəməyə sübut təqdim edə bilməmişdir. Buradan da görünür ki, barəsində inzibati tənbeh tədbiri tətbiq edilmiş X2 şikayətinin mahiyyəti onun baş vermiş inzibati xətadan özünü müdafiə və ya ona tətbiq edilən inzibati cərimədən yayınmaqdan ibarətdir. Belə olan halda, məhkəmə hesab edir ki, Ağcabədi rayonu DYPB-nin Yol Patrul Xidmətinin 17 oktyabr 2024-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı qanunidir, işin faktiki hallarına uyğundur və iş üçün əhəmiyyətli hallar sübuta yetirilmişdir, inzibati məsuliyyəti müəyyən edən qanunun norması düzgün tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən, qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə iş üzrə tədqiq edilmiş subutlara hüquqi qiymət verərək hesab edir ki, Ağcabədi rayonu DYPB-nin Yol Patrul Xidmətinin 17 oktyabr 2024-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı əsaslı olduğu üçün X2 verdiyi şikayət təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128, 131-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı Barəsində inzibati tənbeh tədbiri tətbiq edilmiş X2 Ağcabədi rayonu DYPB-nin Yol Patrul Xidmətinin 17 oktyabr 2024-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət təmin edilməsin. Qərardan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Rəşad Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar