Məhkəmə qərarları › İş №3(017)-727/2023

Ağcabədi Rayon Məhkəməsi Qərar — İş №3(017)-727/2023

04.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağcabədi rayonu İş № 3(017)-727/2023 04.09.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Mən, hakim Ləzimov Sulduz Paşa oğlu Muradov Malik Maarif oğlunun katibliyi, tələbkarın nümayəndəsi X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxx 1991-ci il tarixdə Ağcabədi rayonu Avşar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, fərdi əməklə məşğul olan, Ağcabədi rayonu, Avşar kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Ağcabədi rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq müəyyən etdim: İcra sənədi üzrə borclu Hüseynov X3 rayon Məhkəməsinin 2(017)-1425/2022 saylı, 15.11. 2022-ci il tarixli icra sənədi üzrə 7292 (yeddi min iki yüz doxsan) manat məbləğində pulun ondan tutularaq tələbkar Zərərçəkmiş şəxs xeyrinə ödənilməsi qət edilmişdir. Lakin o, qalan borcundan ödəməkdən boyun qaçırmış və icra məmurunun qanuni tələbini üzürsüz səbəbdən yerinə yetirməmişdir. Bununla da o, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, o, barəsində çıxarılmış məhkəmə qətnaməsinə hörmətlə yanaşır. Ağcabədi rayon Məhkəməsinin 2(017)-1425/2022 saylı, 15.11. 2022-ci il tarixli icra sənədi üzrə 7292 (yeddi min iki yüz doxsan iki) manat məbləğində pulun ondan tutularaq tələbkar Zərərçəkmiş şəxs xeyrinə ödənilməsi qət edilmişdir. Lakin o, indiyə kimi Zərərçəkmiş şəxs olan borcundan heç bir ödəniş edə bilməmişdir. Ona görə ki, qardaşına məxsus avtomobillə taksi fəaliyyəti məşğul olur və maddi imkanı yoxdur. Odur ki, qanuni qərar verilməsini xahiş etdi. Məhkəmə iclasında tələbkarın nümayədəsi atası X2 göstərdi ki, tələbkar Zərərçəkmiş şəxs onun doğma oğludur. Oğlu Ramil hazırda Rusiya Fedarasiyasındadır. Ağcabədi rayon Məhkəməsinin 2(017)-1425/2022 saylı, 15.11. 2022-ci il tarixli icra sənədi üzrə borclu Şəxs oğlu Zərərçəkmiş şəxs 7292 (yeddi min iki yüz doxsan iki) manat məbləğində pulu ödəməsi qət edilmişdir. Lakin, Şəxs bu günə kimi borcundan ödəməmişdir. Odur ki, qanuni qərar verilərək məsuliyyətə cəlb edilməsini xahiş etdi. İşdə olan Ağcabədi rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(017)- 551/2023 saylı qərarından görünür ki, borclu Şəxs 528.1-ci maddəsi ilə təqsirli bilinib barəsində 500 (beş) yüz manat miqdarda inzibati cərimə tənbehi tədbiq edilmişdir. İşdə olan Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(106)- 334/2023 saylı qərarı ilə Ağcabədi rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(017)-551/2023 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bu xətanı törətməkdə təqsiri özünün etirafı, həmçinin tələbkarın nümayədəsinin izahatı, habelə inzibati xəta haqqında tərtib edilmiş protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən, ədalətlilik inzibati xətalar qanunvericiliyinin əsas prinsiplərindən biridir. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9-cu maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 22-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək məqsədi daşıyır. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qarşı inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, təqsirinin dərəcəsini, xətanın xarakterini, bu işlə bağlı əvvəldə inzibati məsuliyyətə cəlb edilməsini, lakin heç bir nəticəsinin olmamasını, əmlak və maddi vəziyyətini nəzərə alıb, ona istinad edilən maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs tənbehinin tətbiq edilməsini məqsədə müvafiq hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib, barəsində 8 (səkkiz) gün müddətinə inzibati həbs tənbehi tətbiq edilsin. İnzibati həbs müddətinin əvvəli 04 sentyabr 2023-cü il tarixdən saat 15:00dan hesablansın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şirvan Apellyasiya məhkəməsinə şikayət və protest verilə bilər. Hakim: Sulduz Ləzimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar