Məhkəmə qərarları › İş №3(017)-732/2023

Ağcabədi Rayon Məhkəməsi Qərar — İş №3(017)-732/2023

06.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağcabədi rayonu İş № 3(017)-732/2023 06.09.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Mən, hakim Ləzimov Sulduz Paşa oğlunun sədrliyi Məhkəmə iclasının katibi Muradov Malik Maarif oğlunun katibliyi, İnzibati xəta törədən şəxs Şəxs iştrakı ilə, xx xxxxxx 1983-cü il tarixdə Ağcabədi rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, fərdi əməklə məşğul olan, Ağcabədi rayonunun Pərioğullar kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə Ağcabədi rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq müəyyən etdim: Şəxs 05 sentyabr 2023-cü il tarixdə saat 1700 radələrində Ağcabədi rayonu, Qaravəlli kəndində ictimai qaydanı pozmuş, onu nizam-intizama dəvət edən polis əməkdaşının qanuni tələbinə tabe olmamışdır ki, bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, o, xx.xx.2023-cü il tarixdə Ağcabədi rayonu Qaravəlli kəndi ərazisində özünə məxsus traktorla ot presi satarkən polis əməkdaşlarının qanunu tələbinə tabe olmamış, ucadan hay-küy salmış və ora polis əməkdaşları onu məcburi rayon polis şöbəsinə aparmışlar. Odur ki, törətdiyi əməldən peşman olduğunu və göstərilən xüsusatların nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Ağcabədi rayon polis şöbəsinin sahə rəisi X2 izahat verərək bildirdi ki, xx.xx.2023-cü il tarixdə polis nəfəri X1 rayonu, Qaravəlli kəndi ərazisində xidmətdə olan zaman Şəxs yaxınlaşaraq həmin ərazidə ot presinin satılmasının qadağan olunduğunu və ona məxsus ot presi ilə yüklənmiş traktoru həmin yerdən çıxarmasını söyləmişlər. Lakin ucadan nalayiq ifadələr işlətməyə başlamış, bu zaman polis əməkdaşları ona yaxınlaşaraq nizamintizama dəvət etmiş, lakin onu nizam intizama dəvət etməyinə baxmayaraq o, onların qanuni tələbinə tabe olmamış və öz hərəktlərini dəvam etdirmişdir. Bundan sonra isə onlar məcburi olaraq onu polis şöbəsinə aparmışlar. Odur ki, göstərilən xüsusatların nəzərə alınmasını xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, bu xətanı törətməkdə təqsiri özünün etirafı, eləcə də inzibati xəta haqqında tərtib edilmiş protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən, ədalətlilik inzibati xətalar qanunvericiliyinin əsas prinsiplərindən biridir. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9-cu maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 22-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək məqsədi daşıyır. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 30.1-ci maddəsinə əsasən, inzibati həbs, yalnız müstəsna hallarda tətbiq edilməlidir. AR İXM-nin 33.1.1-ci maddəsində göstərilir ki səlahhiyətli şəxslərin huquqazidd hərəkəti dayandırmağı tələb etdiklərinə baxmayaraq, bu hərəkətin davam etdirilməsi inzibati xəta törətmiş şəxs tərəfindən törədilməsi məsuliyəti ağırlaşdıran hallar kimi nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qarşı inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, əvvəllər məhkum olunmasını nəzərə alaraq hesab edirəm ki, ona istinad edilən maddənin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə inzibati həbs tənbehinin təyin edilməsini məqsədə müvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib, barəsində 8 (səkkiz) gün müddətinə inzibati həbs tənbehi tətbiq edilsin. İnzibati həbsin əvvəli tutulduğu vaxtdan, yəni 05 sentyabr 2023-cü il tarixdən saat 20:00-dan hesablansın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hakim: Sulduz Ləzimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar