Azərbaycan Respublikası adından QƏRARDAD Ağcabədi rayonu İş № 3(017)-742/2024 22.11.2024 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Rəşad Mövsüm oğlu, X1 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1 və 510-cu maddələri ilə Ağcabədi Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə M üə y y ə n etdi: X1 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1 və 510-cu maddələri ilə tərtib edilmiş 22 noyabr 2024-cü il tarixli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər 22 noyabr 2024-cü il tarixdə Ağcabədi Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı inzibati xəta haqqında toplanmış materialları tədqiq edərək hesab edirəm ki, inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsində isə təsbit edilmişdir ki, inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. İş materialları araşdırılarkən müəyyən olundu ki, zərər çəkmişə dəymiş ziyanla bağlı müvafiq rəy materiala əlavə edilməmişdir və bu natamamlığı işə baxılarkən tamamlamaq mümkün deyildir. Ona görə də inzibati xəta haqqında 22 noyabr 2024-cü il tarixli protokol və ona əlavə olunmuş sənədlər Ağcabədi rayon Polis Şöbəsinə qaytarılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 may 2019-cu il tarixli qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məsəlləsinin 109-cu maddəsini rəhbər tutaraq, məhkəmə Qərara aldı: X1 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1 və 510-cu maddələri ilə tərtib edilmiş 22 noyabr 2024-cü il tarixli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Ağcabədi rayon Polis Şöbəsinə qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim: Rəşad Nuriyev
Məhkəmə qərarları › İş №3(017)-742/2024
Ağcabədi Rayon Məhkəməsi Qərardad — İş №3(017)-742/2024
22.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver