Azərbaycan Respublikası adından QƏRAR Ağcabədi rayonu İş № 3(017)-747/2023 08.09.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Ağcabədi Rayon Məhkəməsinin hakimi Ləzimov Sulduz Paşa oğlu, Muradov Malik Maarif oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərərçəkmiş şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 1969-cu il tarixdə Ağcabədi rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, fərdi əməklə məşğul olan, Ağcabədi şəhəri, E.Sadıqov küçəsi ev 47-də qeydiyyatda olnmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə Ağcabədi RPŞ-dən daxil olmuş inzibati xətaya dair materiala baxaraq, m ü ə y y ə n e t d i m: Şəxs 04 avqust 2023-cü il tarixdə Ağcabədi şəhəri, Ü.Hacıbəyli küçəsi ev 01, mənzil 08 də yaşayan arvadı Zərərçəkmiş şəxs Teyqubad qızını döyərək ona dərəcəsi təyin edilməyən bədən xəsarəti yetirmiş və ona qarşı nalayiq ifadələr işlədərək təhqir etmişdir. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, Zərərçəkmiş şəxs Teyqubad qızı onun arvadıdır. O, neçə ildir spirtli içki aludəçisi olduğu üçün ailəsi ondan narazı qalmış, dəfələrlə içkidən ayrılmaq və normal həyata qayıtmaq istəsədə özü ilə bacara bilməmişdir. Sonuncu dəfə xx.xx.2023-cü il tarixdə yenə spirtli içki qəbul edib evə gələndə həyat yoldaşı Yeganə ona irad tutub onunla münaqişə etmiş, münaqişə zamanı əsəbləşib Yeganəni təhqir etmişdir. Qızı Səriyə və həyat yoldaşı Yeganə ilə aralarında münaqişə olmasına baxmayaraq, onları döyməmiş, onları ölümlə hədələməmişdir. Lakin, içkili olduğu üçün nalayiq ifadələr işlədərək onları təhqir etmişdir. Həmin vaxt sərxoş olmuş, Yeganəni vurmağa və döyməyə taqəti olmamış, Yeganə özü-özünə xəsarət yetirərək onu şərləmək istəmişdir. Zərərçəkmiş şəxslə barışmağa cəhd etsədə zərərçəkmiş şəxs onunla barışmamışdır. Törətdiyi əmələ görə çox peşmandır. Odur ki, ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs Teyqubad qızı izahat verərək bildirdi ki, Şəxs onun həyat yoldaşıdır. Şəxs ilərdir spirtli içki aludəçisidir. Dəfələrlə buna gör Asifi müalicəyə göndərsədə heç bir nəticə verməmişdir. Asif içki qəbul etməyə başlayanda mütamadi olaraq bir ay içki qəbul edir və həmin müddət ərzində onları narahat edir. xx.xx.2023-ci il tarixdə Asif yenə spirtli içki içməyə başlamış, Asifə irad tutaraq içkindən uzaq durmasına bildirən zaman, Asif ona qarşı nalayiq sözlər işlədərək təhqir etmiş, mətdbəxdə olan zaman Asif onun arxasınca gəlmiş və ona bir şillə vurmuş, o, mətbəxdan qaçıb çıxmağa çalışarkən Asif qarşısını kəsib onunla əlbəyaxa olarkən barmağınada xəsarət yerirmişdir. Bu zaman qızı Səriyə gəlib hadisəni görmüş və DİN-nin 102 xidmətinə zəng vuraraq məlumat vermişdir. Asif sərxoş olduğu zamanlar onları təhqir edib, söz ifadələri ilə hədələyib narahat etmişdir. Hazırda o, Asiflə barışmamış və barışmaqda fikri yoxdur. Odur ki, Şəxs ağır cəza verilməsini xahiş etdi. İş materiallarına əlavə olunmuş cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, canlı şəxsin ekpertizasına dair məhkəmə tibb ekspertizasının xx.xx.2023-cü il tarixli, 551 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs Teyqubad qızının bədəni üzərində olan xəsarətlər – sifətin yuxarı sol yarısında sıyrıq, sağ əlin 4-cü barmağında səthi əzilmiş yara-küt əşyanın təsirindan törəmişdir, kənar şəxs tərəfindən küt alətlə vurulma nəticəsində əmələ gələ bilərdi, yetirilmə müddəti xx.xx.2023ci il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmadığından dərəcəsi təyin edilməyən xəsarətlərə aiddir. Məhkəmə inzibati xəta törədən və zərərçəkmiş şəxslərin izahatlarını dinləyib, habelə iş materiallarını nəzərdən keçirərək, bu qənaətə gəlir ki, Şəxs barəsində inzibati tənbeh tətbiq edilməlidir. Hazırda zərərçəkmiş şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxslə barışmamış və sonuncunun inzibati tənbehlə cəzalandırılmasını israr edir. AR İXM-nin 31.4-cü maddəsində göstərilir ki, xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tədbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dördə birindən az ola bilməz. Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinin tələbinə görə bir şəxsin törətdiyi bir neçə inzibati xətaya dair işlərə eyni vaxtda eyni orqan tərəfindən baxıldıqda, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən, ədalətlilik inzibati xətalar qanunvericiliyinin əsas prinsiplərindən biridir. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9-cu maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 22-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək məqsədi daşıyır. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qarşı inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini nəzərə alıb, ona istinad edilən maddənin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə inzibati həbs tənbehinin təyin edilməsini məqsədə müvafiq hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 53, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinib , barəsində 18 (on səkkiz) gün müddətinə inzibati həbs tənbehi tətbiq edilsin. İnzibati həbs müddətinin əvvəli 08 sentyabr 2023-cü il tarixdən saat 1230-dan hesablansın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hakim: Sulduz Ləzimov
Məhkəmə qərarları › İş №3(017)-747/2023
Ağcabədi Rayon Məhkəməsi Qərar — İş №3(017)-747/2023
08.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver