Azərbaycan Respublikası adından QƏRAR Ağcabədi rayonu İş № 3(017)-759/2024 27.11.2024 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Rəşad Mövsüm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxx 1989-cu il tarixdə Ağcabədi rayonunun Hüsülü kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, Hüsülü kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə Ağcabədi rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Məhkəməyə daxil olmuş inzibati xəta haqqında 27 noyabr 2024-cü il tarixli MN ******* nömrəli protokolda və ona əlavə olunmuş sənədlərdə göstərilmişdir ki, Şəxs 04 noyabr 2024-cü il tarixdə Ağcabədi rayonunun Salmanbəyli kəndində qadağan edilmiş yerdə icazə olmadan 12 kalibrli, MR 155 markalı, ********** nömrəli silahla 32 ədəd göyərçin, 2 ədəd qumru quşu, 1 ədəd bildirçin vurmaqla təbiətə 118,50 manat ziyan vurmaqla ov qaydalarını kobud şəkildə pozmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərdi ki, 04 noyabr 2024-cü il tarixdə Ağcabədi rayonunun Salmanbəyli kəndində qadağan edilmiş yerdə icazə olmadan özünə məxsus 12 kalibrli, MR 155 markalı silahla 32 ədəd göyərçin, 2 ədəd qumru quşu, 1 ədəd bildirçin vurmuşdur. Ov etmək üçün ovçuluq bileti olsa da, ov icazəsi olmadan ov etmişdir. Hazırda etdiyi əməldən peşmandır və bir daha belə hərəkətlərə yol verməyəcəyinə söz verərək ona köməklik olunmasını məhkəmədən xahiş etdi. İşdə olan və məhkəmə iclasında elan olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş 1798 nömrəli şəhadətnamədən görünür ki, Şəxs 12 kalibrli, MR 155 markalı, ********** nömrəli tək lüləli ov silahının saxlanmasına və təyinatı üzrə istifadə etməsinə icazə verilmişdir. İşdə olan və məhkəmə iclasında elan olunmuş 6512 nömrəli ov biletindən görünür ki Şəxs Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən xx.xx.2018-ci il tarixdə ovçuluq bileti verilmişdir. İşdə olan və məhkəmə iclasında elan olunmuş üzvlük biletindən görünür ki, Şəxs Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti "xxxx" MMC-nin üzvüdür. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəxs 04 noyabr 2024-cü il tarixdə Ağcabədi rayonunun Salmanbəyli kəndində qadağan edilmiş yerdə icazə olmadan 12 kalibrli, MR 155 markalı, ********** nömrəli silahla 32 ədəd göyərçin, 2 ədəd qumru quşu, 1 ədəd bildirçin vurmaqla təbiətə 118,50 manat ziyan vurmaqla ov qaydalarını kobud şəkildə pozmuşdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan inzibati xətanı törətməsində təqsiri özünün etirafedici ifadəsi, tərtib edilmiş inzibati xəta haqqında protokol və işin digər materiallarla tam sübuta yetirilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına inzibati xəta törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi əməli etiraf etməsi və əməlindən səmimi peşman olması onun məsuliyyətini yüngülləşdirən hallardır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdıran hal yoxdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tədbiq edərkən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə müvafiq olaraq cəzanı yüngülləşdirən hallarla yanaşı xətanın xarakterini, törədilmə şəraitini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini və sair bu kimi digər halları nəzərə alıb müəyyən müddətə ov hüququnun məhdudlaşdırılması tənbehinin təyin edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə təqsirli bilinib 06 (altı) ay müddətə ov hüququ məhdudlaşdırılsın. Qərardan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Rəşad Nuriyev
Məhkəmə qərarları › İş №3(017)-759/2024
Ağcabədi Rayon Məhkəməsi Qərar — İş №3(017)-759/2024
27.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver