Məhkəmə qərarları › İş №3(017)-760/2024

Ağcabədi Rayon Məhkəməsi Qərar — İş №3(017)-760/2024

27.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağcabədi rayonu İş № 3(017)-760/2024 27.11.2024 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsinin hakimi Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, Paşayev Şamxal Yəhya oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraata aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1984-cü il tarixdə Ağcabədi rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, Ağcabədi rayonunun Hüsülü kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə Ağcabədi rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyən etdi: Şəxs 04 noyabr 2024-cü il tarixdə Ağcabədi rayonunun Salmanbəyli kəndində qadağan edilmiş yerdə lazımi icazə olmadan özü ilə gətirdiyi 1 ədəd 16 kalibrli 30727 nömrəli tək lüləli ov tüfəngi ilə 29 ədəd göyərçin, 2 ədəd qumru quşu, 1 ədəd bildirçin vurmaqla təbiətə 173,5 manat ziyan vurmaqla ov qaydalarını kobud şəkildə pozmuşdur ki, bununla da o, Azərbaycan Respublikası İXM-nin 272.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərdi ki, 04 noyabr 2024-cü il tarixdə Ağcabədi rayonunun Salmanbəyli kəndində qadağan edilmiş yerdə icazə olmadan özünə məxsus 1 ədəd 16 kalibrli 30727 nömrəli tək lüləli ov tüfəngi ilə 29 ədəd göyərçin, 2 ədəd qumru quşu, 1 ədəd bildirçin vurmuşdur. Ov etmək üçün ovçuluq bileti olsa da, ov icazəsi olmadan ov etmişdir. Törətdiyi əməldən peşmandır. Odur ki, göstərdiyi xüsusatların nəzərə alınmasını xahiş etdi. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş 169 nömrəli şəhadətnamədən görünür ki, Şəxs 16 kalibrli 30727 nömrəli tək lüləli ov silahının saxlanmasına və təyinatı üzrə istifadə etməsinə icazə verilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəxs 04 noyabr 2024-cü il tarixdə Ağcabədi rayonunun Salmanbəyli kəndində qadağan edilmiş yerdə icazə olmadan lazımi icazə olmadan özü ilə gətirdiyi 1 ədəd 16 kalibrli 30727 nömrəli tək lüləli ov tüfəngi ilə 29 ədəd göyərçin, 2 ədəd qumru quşu, 1 ədəd bildirçin vurmaqla təbiətə 173,5 manat ziyan vurmaqla ov qaydalarını kobud şəkildə pozmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan inzibati xətanı törətməsində təqsiri özünün etirafedici ifadəsi, tərtib edilmiş inzibati xəta haqqında protokol və işin digər materiallarla tam sübuta yetirilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına inzibati xəta törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi əməli etiraf etməsi və əməlindən peşman olması onun məsuliyyətini yüngülləşdirən hallardır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdıran hal yoxdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tədbiq edərkən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə müvafiq olaraq cəzanı yüngülləşdirən hallarla yanaşı xətanın xarakterini, törədilmə şəraitini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini və sair bu kimi digər halları nəzərə alıb müəyyən müddətə ov hüququnun məhdudlaşdırılması tənbehinin təyin edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı:

1. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə təqsirli bilinib, 6 (altı) ay müddətə ov hüququ məhdudlaşdırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.

Hakim Etibar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar