Azərbaycan Respublikası adından QƏRAR Ağcabədi rayonu İş № 3(017)-764/2024 28.11.2024 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Ağcabədi Rayon Məhkəməsinin hakimi Quliyev Etibar Bəhrəm oğlu Paşayev Şamxal Yəhya oğlunun katibliyi ilə xx xxxxxxxx 1983-cü il tarixdə Ağcabədi şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, fərdi əməklə məşğul olan, Ağcabədi şəhəri Sadıqov küçəsi ev 59-da qeydiyyatda olmaqla yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1 və 528.1-1-ci maddəsi ilə Ağcabədi rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq m ü ə y y ə n e t d i m: İcra sənədi üzrə borclu Mahmudov X1 Rayon Məhkəməsinin 2(017)-350/2024 nömrəli, 16 aprel 2024-cü il tarixli qətnaməsinin icrası ilə əlaqədar təkrarən icra məmurunun qanuni tələbini yerinə yetirməmişdir ki, bununla da o, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İcra sənədi üzrə borclu Mahmudov X1 Rayon Məhkəməsinin 2(017)-46/2022 nömrəli, 13 yanvar 2022-ci il tarixli qətnaməsinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələbini yerinə yetirməmişdir ki, bununla da o, Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə verdiyi izahatında göstərdi ki, Ağcabədi Rayon Məhkəməsinin 2(017)- 46/2022 nömrəli, 13 yanvar 2022-ci il tarixli qətnaməsinə əsasən ondan 19000 manat məbləğində pulun alınaraq Zərərçəkmiş şəxs2 ödənilməsi qət edilmişdir. Lakin borcunu ödəməmişdir. Bundan başqa Ağcabədi Rayon Məhkəməsinin 2(017)-350/2024 nömrəli, 16 aprel 2024-cü il tarixli qətnaməsinə əsasən ondan 730 manat məbləğində pulun alınaraq Zərərçəkmiş şəxs1 ödənilməsi qət edilmişdir. Həmin borcdan 70 manat ödəmişdir. Qalıq qalan pulu isə ödəməmişdir. Ona görə ki, imkanı yoxdur. İmaknı olan kimi borcunu ödəyəcəkdir. Odur ki, göstərilən xüsusatların nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında Ağcabədi rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 çıxış edərək bildirdi ki, Ağcabədi Rayon Məhkəməsinin 2(017)-46/2022 nömrəli, 13 yanvar 2022-ci il tarixli qətnaməsinə əsasən Şəxs 19000 manat məbləğində pulun alınaraq Zərərçəkmiş şəxs2 ödənilməsi və Ağcabədi Rayon Məhkəməsinin 2(017)-350/2024 nömrəli, 16 aprel 2024-cü il tarixli qətnaməsinə əsasən Şəxs 730 manat məbləğində pulun alınaraq Zərərçəkmiş şəxs1 ödənilməsi qət edilmişdir. Lakin borclu icra sənədi üzrə tələbləri icra etmir. İcra məmurunun qanuni tələblərinə məhəl qoymur. Ona görə də onun barəsində protokol tərtib olunaraq məhkəməyə verilmiş, Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 15 (on beş) gün müddətində barəsində inzibati həbs tənbehi tətbiq edilmişdir. Bundan sonra ona yeni müddət verilmiş, lakin buna baxmayaraq görülən tədbirlərdən heç bir nəticə çıxarmamışdır. Ona görə də İXMnin 528.1-1-ci maddəsi ilə inzibati protokol tərtib edilərək məhkəməyə verilmişdir. Odur ki, Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Beləliklə məhkəmə iclasında müəyyən olundu ki, Ağcabədi Rayon Məhkəməsinin 2(017)-46/2022 nömrəli, 13 yanvar 2022-ci il tarixli qətnaməsinə əsasən Şəxs 19000 manat məbləğində pulun alınaraq Zərərçəkmiş şəxs2 ödənilməsi və Ağcabədi Rayon Məhkəməsinin 2(017)-350/2024 nömrəli, 16 aprel 2024-cü il tarixli qətnaməsinə əsasən Şəxs 730 manat məbləğində pulun alınaraq Zərərçəkmiş şəxs1 ödənilməsi qət edilmişdir. Lakin borclu Şəxs icra sənədi üzrə tələbləri qərəzli olaraq icra etmir, icra məmurunun qanuni tələblərinə məhəl qoymur və onun 19660 manat məbləğində borcu vardır. İş materiallarına əlavə olunmuş Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Mahmudov X1 Rayon Məhlkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 15 gün müddətinə inzibati həbs tənbehi tətbiq edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyib, iş materiallarını tədqiq edib işdəki sübutlara hüquqi qiymət verərək hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1 və 528.1-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsində təqsirli olması sübuta yetirilir, ona görə də Şəxs əməlləri İXM-nin həmin maddələri ilə düzgün tövsif edilmişdir. Lakin Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsinin sanksiyası daxilində inzibati qaydada tənbeh edilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 34.1-ci maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinin tələbinə görə bir şəxsin törətdiyi bir neçə inzibati xətaya dair işlərə eyni vaxtda eyni orqan tərəfindən baxıldıqda, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Azərbaycan Respublikası İXM-nin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz.i Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətadan daha ciddidir. Belə ki, İXM-nin 528.1-1-ci maddəsində 1000 manatdan 1500 manatadək cərimə və iki ayadək inzibati həbs tənbeh nəzərdə tutulduğu halda, İXM-nin 528.1ci maddəsində 500 manatdan 1000 manatadək cərimə və bir ayadək inzibati həbs inzibati həbs tənbehi nəzərdə tutulmuşdur. İnzibati tənbeh tətbiq edərkən inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini, inzibati xətaya görə onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alıram. Hesab edirəm ki, Şəxs barəsində inzibati həbs tənbehi tətbiq edilməklə inzibati tənbehin məqsədlərinə nail olmaq olar. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq q ə r a r a a l d ı m: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1 və 528.1- 1-ci maddələri ilə təqsirli bilinib Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsi tətbiq edilməklə İXM-nin 528.1-1-ci maddəsinə əsasən barəsində 20 (iyirmi) gün müddətinə inzibati həbs tənbehi tətbiq edilsin. İnzibati həbsin əvvəli xx.xx.2024-cü il tarixdən saat 12:25-dən hesablansın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində qərardan Ağcabədi Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hakim Etibar Quliyev
Məhkəmə qərarları › İş №3(017)-764/2024
Ağcabədi Rayon Məhkəməsi Qərar — İş №3(017)-764/2024
28.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver