Azərbaycan Respublikası adından QƏRAR Ağcabədi rayonu İş № 3(017)-767/2023 29.09.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Rəşad Mövsüm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxx 1989-cu ildə Ağcabədi şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, Ağcabədi şəhəri, N.Abdullayev küçəsi, ev 79-da yaşayan, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə Ağcabədi rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Məhkəməyə daxil olmuş inzibati xəta haqqında 28 sentyabr 2023-cü il tarixli AP ******* nömrəli protokolda və ona əlavə olunmuş sənədlərdə göstərilmişdir ki, Şəxs 21 sentyabr 2023-cü il saat 10:30 radələrində sürücülük hüququ olmadan «Toyota Camry» markalı **-NV-*** dövlət nömrə nişanlı avtomobili Ağcabədi şəhəri, H.Əliyev prospektində yerləşən avtoyuma məntəqəsində idarə edən zaman idarəetməni itirib yoldan çıxaraq avtoyumanın yamasından düşüb daş hasara çırpılmış və «Toyota Camry» markalı **-NV- *** dövlət nömrə nişanlı avtomobilin sahibi Zərərçəkmiş şəxs 5503 manat maddi ziyan dəymişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərdi ki, Ağcabədi şəhəri, H.Əliyev prospektində yerləşən avtoyuma məntəqəsində işləyir. 21 sentyabr 2023-cü il saat 10:30 radələrində sürücülük hüququ olmadan «Toyota Camry» markalı **-NV-*** dövlət nömrə nişanlı avtomobili Ağcabədi şəhəri, H.Əliyev prospektində yerləşən avtoyuma məntəqəsində idarə edən zaman idarəetməni itirib yoldan çıxaraq avtoyumanın yamasından düşüb daş hasara çırpılmış və «Toyota Camry» markalı **-NV-*** dövlət nömrə nişanlı avtomobilin sahibi Zərərçəkmiş şəxs 5503 manat maddi ziyan vurmuşdur. Dəymiş zərərdən 2500 manat ödəmiş və qalan məbləği də ödəyəcəyi barədə zərərçəkənlə aralarında razılaşmışlar. Məhkəmədən ona köməklik olunmasını xahiş etdi. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs izahatında göstərdi ki, 21 sentyabr 2023-cü il tarixdə özünə məxsus «Toyota Camry» markalı **-NV-*** dövlət qeydiyyat nişanlı avtomaşını Ağcabədi şəhəri, H.Əliyev prospektində yerləşən avtoyuma məntəqəsinə vermişdir. Bundan təxminə 1 saaat sonra avtomobilinin vurulması barədə ona məlumat vermişlər. Hadisə yerinə gələrkən ona məlum olmuşdur ki, Şəxs ona məxsus «Toyota Camry» markalı **-NV-*** dövlət nömrə nişanlı avtomobili Ağcabədi şəhəri, H.Əliyev prospektində yerləşən avtoyuma məntəqəsində idarə edən zaman idarəetməni itirib yoldan çıxaraq avtoyumanın yamasından düşüb daş hasara çırpılmışdır. Hadisə nəticəsində ona 5503 manat maddi ziyan dəymişdir. Şəxs dəymiş ziyandan 2500 manat ödəmiş və qalan məbləği də ödəyəcəyi barədə aralarında razılaşmışlar. Ona görə də məhkəmədən Şəxs köməklik olunmasını xahiş etdi. İş materiallarına əlavə olunmuş "xxxx" MMC-nin 29 sentyabr 2023-cü il tarixli rəyindən görünür ki, «Toyota Camry» markalı **-NV-*** dövlət qeydiyyat nişanlı avtomaşının əzilməsi nəticəsində Zərərçəkmiş şəxs 5503 manat maddi ziyan dəymişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və zərər çəkmiş şəxsi dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Şəxs 21 sentyabr 2023cü il saat 10:30 radələrində sürücülük hüququ olmadan «Toyota Camry» markalı **-NV-*** dövlət nömrə nişanlı avtomobili Ağcabədi şəhəri, H.Əliyev prospektində yerləşən avtoyuma məntəqəsində idarə edən zaman idarəetməni itirib yoldan çıxaraq avtoyumanın yamasından düşüb daş hasara çırpılmış və «Toyota Camry» markalı **-NV-*** dövlət nömrə nişanlı avtomobilin sahibi Zərərçəkmiş şəxs 5503 manat maddi ziyan dəymişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsi nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə dörd yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan inzibati xətanı törətməsində təqsiri özünün etirafı, zərər çəkmiş şəxsin izahatı, tərtib edilmiş inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına inzibati xəta törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tədbiq edərkən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə müvafiq olaraq xətanın xarakterini, törədilmə şəraitini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, yaşını nəzərə alıb barəsində inzibati cərimə tənbehinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 06:304, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib dörd yüz manat məbləğində cərimə edilsin. Qərardan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Rəşad Nuriyev
Məhkəmə qərarları › İş №3(017)-767/2023
Ağcabədi Rayon Məhkəməsi Qərar — İş №3(017)-767/2023
29.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver