Məhkəmə qərarları › İş №3(017)-772/2024

Ağcabədi Rayon Məhkəməsi Qərar — İş №3(017)-772/2024

02.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağcabədi rayonu İş № 3(017)-772/2024 02.12.2024 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Mən, hakim Ləzimov Sulduz Paşa oğlu Məhkəmə iclasının katibi X2 və inzibati xəta törədən şəxs Şəxs iştirakları ilə, xx.xx.1988-ci il tarixdə Ağcabədi rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, ailəli, Hindarx qəsəbəsində E.İsmayılov adına 1 saylı tam orta məktəbdə müəllim işləyən, Ağcabədi rayonu, Hindarx qəsəbəsində qeydiyyatda olmaqla yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddəsində nəzərdə tutulmuş Ağcabədi rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiala baxaraq m ü ə y y ə n e t d i m: Şəxs 30 noyabr 2024-cü il tarixdə, saat 11:00 radələrində Ağcabədi RQİ və TBŞ-nin inzibati binasında səs-küy salaraq iş rejimini pozmuş bu vaxt xidməti vəzifələrini həyata keçirən polis əməkdaşları onu nizam-intizama dəvət etmiş, lakin o, yenidən öz hərəkətlərini davam etdirərək polis əməkdaşının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bununla da Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə verdiyi izahatında göstərdi ki, o, Ağcabədi RQİ və TBŞ-nə öz şəxsi avtomobilini texniki baxışdan keçirmək üçün getmişdir. Orada o, avtomobilinin cəriməsini ödədiyi üçün pulu az qalmış və qalan pulu ilə texniki baxışdan keçmək istəmiş, lakin ondan çox pul istəmişlər. O da 102 xidmətinə zəng edərək şikayət etmişdir. Sonra şirniyyat alıb Ağcabədi RQİ və TBŞnə Aslannın yanına getmiş orada ondan soruşmuşlar ki, “sən bizi niyə 102 xidmətinə şikayət etmisən”. O, ondan dövlət rüsumundan artıq pul istədiklərini bildirmiş, lakin heç bir səs-küy salmamışdır. Odur ki, barəsində cəza verilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən polis əməkdaşı Ağcabədi RQİ və TBŞnin polis kapitanı X5 izahat verərək bildirdi ki, Şəxs dəfələrlə başqa şəxslərin avtomobillərini etibarnaməsi olmadan Ağcabədi RQİ və TBŞ-nə gətirərək texniki baxışdan keçirmək istəmişdir. xx.xx.2024-cü il tarixdə Ağcabədi RQİ və TBŞ-nə bir neçə şəxslə gələrək onlara avtomobillərini dövlət rüsumu ödəmədən texniki baxışdan keçirəcəklərini demişdir. O da onlara dövlət rüsumu ödəmələrini bildirdikdə Şəxs Ağcabədi RQİ və TBŞnin inzibati binasında ucadan səs-küy salaraq ictimai qaydanı və iş rejimini pozmuş bu vaxt xidməti vəzifələrini həyata keçirən polis əməkdaşları onu nizam-intizama dəvət etmiş, lakin o, yenidən öz hərəkətlərini davam etdirərək polis əməkdaşının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Ona görə Ağcabədi RPş-nə məlumat vermiş və polis əməkdaşları gəlmiş Şəxs Ağcabədi rayon polis şöbəsinə aparmışlar. Odur ki, Şəxs barəsində qanuni qərar verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən polis əməkdaşı Ağcabədi RQİ və TBŞnin polis operatoru X1 izahat verərək bildirdi ki, Şəxs demək olar ki, tez-tez Ağcabədi RQİ və TBŞ-nə gələrək başqa şəxslərə yol göstərir. xx.xx.2024-cü il tarixdə Ağcabədi RQİ və TBŞ-nə bir neçə şəxslə gələrək onlara avtomobillərini dövlət rüsumu ödəmədən texniki baxışdan keçirə biləcəklərini demişdir. Lakin onlara dövlət rüsumu ödəmələri bildirildikdə Şəxs Ağcabədi RQİ və TBŞ-nin inzibati binasında ucadan səs-küy salaraq ictimai qaydanı və iş rejimini pozmuş bu vaxt xidməti vəzifələrini həyata keçirən polis əməkdaşları onu nizam-intizama dəvət etmiş, lakin o, yenidən öz hərəkətlərini davam etdirərək polis əməkdaşının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Odur ki, Şəxs barəsində qanuni qərar verilməsini xahiş etdi. İş materiallarında olan 30 noyabr 2024-cü il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 30 noyabr 2024-cü il tarixdə saat 11:40-da inzibati qaydada tutulmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyib, iş materiallarını tədqiq edib işdəki sübutlara hüquqi qiymət verərək hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsində təqsirli olması sübuta yetirilir, ona görə də Şəxs əməlləri İXM-nin həmin maddələri ilə düzgün tövsif edilmişdir. Lakin Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrinin sanksiyası daxilində inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 34.1-ci maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinin tələbinə görə bir şəxsin törətdiyi bir neçə inzibati xətaya dair işlərə eyni vaxtda eyni orqan tərəfindən baxıldıqda, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətadan daha ciddidir. Belə ki, İXM-nin 535.1-ci maddəsində iki yüz manat və bir ayadək inzibati həbs tənbehi nəzərdə tutulduğu halda, İXM-nin 510-cu maddəsində 50 manatdan 100 manatadək cərimə və 15 günədək inzibati həbs tənbehi nəzərdə tutulmuşdur. AR İXM-nin 33.1.1-ci maddəsində göstərilir ki səlahiyyətli şəxslərin huquqa zidd hərəkəti dayandırmağı tələb etdiklərinə baxmayaraq, bu hərəkətin davam etdirilməsi məsuliyyəti ağırlaşdıran hallar kimi nəzərə alınır. İnzibati tənbeh tətbiq edərkən inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini, inzibati xətaya görə onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alıram. Hesab edirəm ki, Şəxs barəsində daha ciddi xətaya görə inzibati həbs tətbiq edilməklə inzibati tənbehin məqsədlərinə nail olmaq olar. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 128- 130-cu maddələrini rəhbər tutaraq q ə r a r a a l d ı m: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinib, Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsi tətbiq edilməklə İXM-nin 535.1-ci maddəsi ilə barəsində 8 (səkkiz) gün müddətinə inzibati həbs tənbehi tətbiq edilsin. İnzibati həbs etmənin əvvəli 30 noyabr 2024-cü il tarixdən, saat 11:40-dan hesablansın. Qərarın icrası Ağcabədi rayon polis şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində qərardan Ağcabədi Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hakim: Sulduz Ləzimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar