Məhkəmə qərarları › İş №3(017)-805/2024

Ağcabədi Rayon Məhkəməsi Qərardad — İş №3(017)-805/2024

09.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağcabədi rayonu İş № 3(017)-805/2024 09.12.2024 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ləzimov Sulduz Paşa oğlunun sədrliyi, Paşayev Şamxal Yəhya oğlunun katibliyi, Vəkil Ağcabədi rayon Vəkil Bürosunun vəkili X1 və Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddəsində nəzərdə tutulmuş Ağcabədi rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiala baxaraq Müəyyən etdi: Şəxs 09 dekabr 2024-cü il tarixdə, saat 12 radələrində Ağcabədi rayon Məhkəməsinin inzibati binasında səs-küy salaraq, nalayiq söyüşlər söymüş, məhkəmənin iş rejimini pozaraq polisin əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Bununla Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclası zamanı Ağcabədi rayon Vəkil Bürosunun vəkili X2 vəsatətlə məhkəməyə müraciət edərək Şəxs Ağcabədi rayon Məhkəməsində etdiyi hərəkətlər Ağcabədi rayon məhkəməsinin hakimlərinə qarşı yönəldiyi üçün sədr və digər hakimlər tərəfindən işə baxılmasına etiraz etdiyini və etiraza baxılması üşün aidiyyəti üzrə göndərilməsimi xahiş etdi. Məhkəmə etirazı və iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, etiraz təmin edilməməlidir. Belə ki, Ağcabədi rayon Vəkil Bürosunun vəkili X1 məhkəməyə ünvanladığı etirazda göstərdiyi əsaslar, yəni Şəxs Ağcabədi rayon Məhkəməsində etdiyi hərəkətlər Ağcabədi rayon məhkəməsinin hakimlərinə qarşı yönəldiyi üçün sədr və digər hakimlərə işə baxılmasına etiraz edildiyi üçün etiraz aidiyyəti üzrə Şirvan Apellyasiya Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 107.0, 107.0.1 və 107.0.2ci maddələrinə əsasən inzibati xəta haqqında işin baxılması icraatına verilmiş hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, onların qanuni nümayəndələrinin, müdafiəçinin və ya nümayəndənin qohumudursa, o, şəxsən düzünə və ya dolayısı ilə işin həllində maraqlıdırsa bu işə baxa bilməz. Göründüyü kimi Ağcabədi rayon Vəkil Bürosunun vəkili X1 məhkəməyə ünvanladığı etirazda yuxarıda qeyd olunan əsaslar mövcuddur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 108.2-ci maddəsinə əsasən bu Məcəllənin 107-ci maddəsində nəzərdə tutulan hallardan biri olduqda, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs, zərər çəkmiş şəxs, fiziki şəxsin qanuni nümayəndəsi və ya hüquqi şəxsin nümayəndəsi, müdafiəçi, nümayəndə və ya prokuror tərəfindən hakimə, kollegial orqanın üzvünə və ya vəzifəli şəxsə etiraz edir. Həmin Məcəllənin 108.3-cü maddəsinə əsasən ərizəyə icraatında inzibati xəta haqqında iş olan hakim, kollegial orqan və vəzifəli şəxs tərəfindən baxılır. Həmin Məcəllənin 108.4-cü maddəsinə əsasən ərizəyə baxmanın nəticəsi barədə onun təmin edilməsi və ya təmin edilməməsi haqqında qərardad qəbul edilir. Beləliklə məhkəmə hesab edir ki, Ağcabədi rayon Vəkil Bürosunun vəkili X1 Ağcabədi Rayon Məhkəməsinin sədrinə və bütün hakimlərə etmiş olduğu etiraz təmin edilməli və iş materialları baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məsəlləsinin 108 və 114-cü maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Ağcabədi rayon Vəkil Bürosunun vəkili X1 Ağcabədi Rayon Məhkəməsinin sədrinə və bütün hakimlərə etmiş olduğu etiraz təmin edilsin. İş materialları baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilsin. Hakim: Sulduz Ləzimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar