Azərbaycan Respublikası adından QƏRAR Ağcabədi rayonu İş № 3(017)-813/2023 16.10.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Ağcabədi Rayon Məhkəməsinin hakimi Ləzimov Sulduz Paşa oğlu Muradov Malik Maarif oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Zərərçəkmiş şəxs Almazxan qızının iştirakları ilə xx xxxxxxxx 1986-cı il tarixdə Ağcabədi rayonu Poladlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, fərdi əməklə məşğul olan, Ağcabədi rayonu, Poladlı kəndində qeydiyyatda olnmaqla yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə Ağcabədi RPŞ-dən daxil olmuş inzibati xətaya dair materiala baxaraq, m ü ə y y ə n e t d i m: Şəxs 26 sentyabr 2023-cü il tarixdə saat 21:00 radələrində evə gələn zaman həyat yoldaşı Zərərçəkmiş şəxs Almazxan qızını şəxsi mübahisə zamanı döyərək ona dərəcəsi təyin edilməyən bədən xəsarəti yetirmişdir. Bununla da onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, o, Zərərçəkmiş şəxs Almazxan qızı ilə 2008-ci il tarixdə rəsmi qeyd etdirməklə ailə həyatı qurmuş və birlikdə Ağcabədi rayonu Poladlı kəndində yaşayırlar.Onların birgə nikahlarından iki uşaqları var. 26 sentyabr 2023-cü il tarixdə saat 21:00 radələrində evə gələn zaman həyat yoldaşı Zərərçəkmiş şəxs Almazxan qızı onun üzərinə qışqırmış, o, Əfsanəyə onun üzərinə qışqırmamasını demiş, lakin buna baxmayaraq Əfsanə onu təhqir etməyə başlamışdır. O, Əfsanənin qışqıraraq işlətdiyi söyüşləri qonşular eşitməsin deyə Əfsanənin ağzını tutmuş, Əfsanə yüksk səslə qışqıraraq məni boğursan sözlərini demiş və əynindəki paltarları yararsız hala salmışdır. Həmin vaxt ətraflarında başqa şəxslər olmayıb. Odur ki, göstərilən xüsusatların nəzərə alınmasını xahiş etdi. İş üzrə Zərərçəkmiş şəxs Almazxan qızı izahat verərək bildirdi ki, Şəxs onun həyat yoldaşıdır. Onlar 2008-ci ildə rəsmi qeyd etdirməklə ailə həyatı qurmuşlar və onların birgə nikahlarından iki uşaqları anadan olmuşdur. Həyat yoldaşı Rövşən həmişə evdə yerli-yerzis dava-dalaş salır. Lakin o, uşaqlarına görə həmişə onun bu cür davranışlarına səbr edərək onu bağışlayırdı. Sonuncu dəfə 26 sentyabr 2023cü il tarixdə ovladı xəstə olduğu üçün qayını Rafiqə zəng edərək toyda olan əri Rövşənin evə gəlməsini və xəstə uşağı həkimə aparmasını demişdir. Həmin gün axşam saaat 21:00 radələrində həyat yoldaşı Rövşən sərxoş halda evə gələrək yüksək səslə danışaraq evdə mübahisə etməyə başlamışdır. Mübahisə əsnasında Rövşən onun ağzını tutaraq boğmağa başlamış və ağız nahiyəsinə bir dəfə yumruqla vurmuşdur. Rövşən onu döydükdən sonra evdən çıxıb getmişdir. O, da Rövşənin onu döyməsi ilə bağlı Azərbaycan Respublikası DİN-nin “102” xidmətinə məlumat vermişdir. Ona görə də Rövşənin barəsində ağır cəza verilməsini xahiş etdi. İş materiallarında olan 03 oktyabr 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, Zərərçəkmiş şəxs Almazxan qızının məhkəmə tibbi müayinəsi zamanı bədənində aşkar edilən xəsarətlər üst dodaqda və sol əlin 2-ci barmağında sıyrıqlar-küt əşyanın təsirindən törənmişdir, kənar şəxs tərəfindən əllə vurulması nəticəsində əmələ gələ bilərdi Yetirilmə müddəti xx.xx.2023-ci il tarixə uyğun gəlir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və zərərçəkmiş şəxsi izahatlarını dinləyib, habelə iş materiallarını nəzərdən keçirərək, bu qənaətə gəlir ki, Şəxs barəsində inzibati tənbeh tətbiq edilməlidir. Belə ki, məhkəmə iclasında müəyyən olundu ki, zərərçəkmiş şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxslə barışmamış və zərərçəkmiş şəxs sonuncunun inzibati tənbehlə cəzalandırılmasını israr edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən, ədalətlilik inzibati xətalar qanunvericiliyinin əsas prinsiplərindən biridir. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9-cu maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 22-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək məqsədi daşıyır. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 30.1-ci maddəsinə əsasən, inzibati həbs, yalnız müstəsna hallarda tətbiq edilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qarşı inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini nəzərə alıb, ona istinad edilən maddənin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə inzibati həbs tənbehinin təyin edilməsini məqsədə müvafiq hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 53, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinib, barəsində 20 (iyirmi) gün müddətinə inzibati həbs tənbehi tətbiq edilsin. İnzibati həbsin əvvəli onun tutulduğu, yəni 16 oktyabr 2023-cü il tarixdən saat 15:00-dan hesablansın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hakim Sulduz Ləzimov
Məhkəmə qərarları › İş №3(017)-813/2023
Ağcabədi Rayon Məhkəməsi Qərar — İş №3(017)-813/2023
16.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver