Məhkəmə qərarları › İş №3(017)-82/2025

Ağcabədi Rayon Məhkəməsi Qərar — İş №3(017)-82/2025

17.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağcabədi rayonu İş № 3(017)-82/2025 17.02.2025 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Ağcabədi Rayon Məhkəməsinin sədri Ləzimov Sulduz Paşa oğlu Paşayev Babək Zahid oğlunun katibliyi, Ağcabədi rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və tələbkar Zərərçəkmiş şəxs iştirakları ilə, xx xxxxxxxx 1993-cü il tarixdə Ağcabədi rayonunun Gələbədin kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işsiz, Ağcabədi rayonunun Təzəkənd kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Ağcabədi rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq müəyyən etdim: İcra sənədi üzrə borclu Həziyeva X3 Rayon Məhkəməsinin 2(017)-37/2024 nömrəli, 13 fevral 2024-cü il tarixli qətnaməsinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələbini yerinə yetirməmişdir ki, bununla da o, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, Ağcabədi Rayon Məhkəməsinin 2(017)- 37/2024 nömrəli, 13 fevral 2024-cü il tarixli qətnaməsinə əsasən iki uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 160 manat məbləğində pulun ondan alınaraq Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. Lakin borcunu ödəməmişdir. Ona görə ki, heç bir yerdə işləmir və heç bir yerdən gəliri yoxdur. Odur ki, göstərilən xüsusatların nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında tələbkar Zərərçəkmiş şəxs izahat verərək bildirdi ki, Ağcabədi Rayon Məhkəməsinin 2(017)-37/2024 nömrəli, 13 fevral 2024-cü il tarixli qətnaməsinə əsasən iki uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 160 manat məbləğində alimentin Şəxs alınaraq ona ödənilməsi qət edilmişdir. Lakin Şəxs təyin olunmuş alimenti ödəməmişdir. Odur ki, Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında Ağcabədi rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 çıxış edərək bildirdi ki, Ağcabədi Rayon Məhkəməsinin 2(017)-37/2024 nömrəli, 13 fevral 2024-cü il tarixli qətnaməsinə əsasən iki uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay Şəxs 160 manat məbləğində alimentin alınaraq Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. Lakin borclu icra sənədi üzrə tələbləri icra etmir. İcra məmurunun qanuni tələblərinə məhəl qoymur. Odur ki, Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Beləliklə məhkəmə iclasında müəyyən olundu ki, Ağcabədi Rayon Məhkəməsinin 2(017)-37/2024 nömrəli, 13 fevral 2024-cü il tarixli qətnaməsinə əsasən Şəxs iki uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 160 manat məbləğində alimentin alınaraq Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. Lakin borclu Şəxs icra sənədi üzrə tələbləri qərəzli olaraq icra etmir, icra məmurunun qanuni tələblərinə məhəl qoymur və onun 1560 manat aliment borcu yaranmışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bu xətanı törətməkdə təqsiri özünün etirafı, tələbkarın izahatı, Ağcabədi rayon İcra və Probasiya şöbəsinin icra məmurunun çıxışı, habelə inzibati xəta haqqında tərtib edilmiş protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən, ədalətlilik inzibati xətalar qanunvericiliyinin əsas prinsiplərindən biridir. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9-cu maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 22-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək məqsədi daşıyır. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, birinci və ya ikinci dərəcə əlilliyi olan şəxslər, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 30.1-ci maddəsinə əsasən, inzibati həbs, yalnız müstəsna hallarda tətbiq edilməlidir Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qarşı inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, təqsirinin dərəcəsini, xətanın xarakterini, əmlak və maddi vəziyyətini nəzərə alıb, ona istinad edilən maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə tənbehinin tətbiq edilməsini məqsədə müvafiq bilirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib, barəsində 500 (beş yüz) manat miqdarda inzibati cərimə tənbehi tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şirvan Apellyasiya məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən Sulduz Ləzimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar