Məhkəmə qərarları › İş №3(017)-844/2023

Ağcabədi Rayon Məhkəməsi Qərar — İş №3(017)-844/2023

30.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağcabədi rayonu İş № 3(017)-844/2023 30.10.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Mən, hakim Ləzimov Sulduz Paşa oğlu, Məhkəmə iclasının katibi Muradov Malik Maarif oğlunun katibliyi, Ağcabədi rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və tələbkar Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1987-ci il tarixdə anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi qaydada taksi fəaliyyəti ilə məşğul olan, Ağcabədi rayonu, Hindarx qəsəbəsində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Ağcabədi rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq müəyyən etdim: Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir ondan ötrü ki, o, Ağcabədi Rayon Məhkəməsinin 2(017)-2556/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədi ilə əlaqədar icra məmurunun qanuni tələbini qəsdən yerinə yetirməmişdir. Bununla da o, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, o, barəsində çıxarılmış məhkəmə qətnaməsinə hörmətlə yanaşır. Ağcabədi Rayon Məhkəməsinin 2(017)-2556/2017 saylı, 12 sentyabr 2017-ci il tarixli icra sənədi üzrə hər ay uşağa 100 manat məbləğində aliment pulunun ondan tutularaq tələbkar Zərərçəkmiş şəxs xeyrinə ödənilməsi qət edilmişdir. O, bu günə kimi aliment borcunu tam ödəməmiş və onun 3293 manat məbləğində aliment borcu yaranmışdır. Onun maddi imkanı yoxdur və fərdi qaydada taksi fəaliyyəti ilə məşğul olur. Ona görədə aliment pulunu tam ödəməmişdir. Odur ki, ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında tələbkar Zərərçəkmiş şəxs izahat verərək bilirdi ki, Ağcabədi Rayon Məhkəməsinin 2(017)-2556/2017 saylı, 12 sentyabr 2017-ci il tarixli icra sənədi üzrə bir uşağın yetkinlik yaşına çatanadək saxlaması üçün hər ay Şəxs 100 manat məbləğində alimentin alınaraq ona ödənilməsi qət edilmişdir. Lakin, Şəxs aliment borcundan sonuncu dəfə 2023-cü ilin aprel ayında 1300 manat uşağ əməliyyat olan vaxt ödəniş etmişdir. Hazırda 3293 manat aliment borcunu ödəməkdən yayınmışdır. Odur ki, göstərilən xüsusatları nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında Ağcabədi rayon İcra və Probasiya şöbəsinin icra məmuru X3 göstərdi ki, Ağcabədi Rayon Məhkəməsinin 2(017)-2556/2017 saylı, 12 sentyabr 2017-ci il tarixli icra sənədi üzrə hər ay uşağa 100 manat məbləğində aliment pulunun Şəxs tutularaq tələbkar Zərərçəkmiş şəxs xeyrinə ödənilməsi qət edilmişdir. Şəxs bu günə kimi aliment borcunu tam ödəməmiş və onun 3293 manat məbləğində aliment borcu yaranmışdır. Şəxs icra məmurunun qanuni tələbini üzürsüz səbəbdən yerinə yetirməmişdir. Odur ki, qanuni qərar verilərək məsuliyyətə cəlb edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bu xətanı törətməkdə təqsiri özünün etirafı, eləcədə Ağcabədi rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1, habelə inzibati xəta haqqında tərtib edilmiş protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən, ədalətlilik inzibati xətalar qanunvericiliyinin əsas prinsiplərindən biridir. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9-cu maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 22-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək məqsədi daşıyır. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qarşı inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, təqsirinin dərəcəsini, xətanın xarakterini, əmlak və maddi vəziyyətini, əvvəldə barəsində inzibati həbs tanbehi tədbiq olunmasını və borcundan heç bir ödəniş etməməsini nəzərə alıb, ona istinad edilən maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs tənbehinin tətbiq edilməsini məqsədə müvafiq hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib, barəsində 10 (on) gün müddətinə inzibati həbs tənbehi tətbiq edilsin. İnzibati həbs müddətinin əvvəli 30 oktyabr 2023-cü il tarixdən saat 12:30-dan hesablansın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şirvan Apellyasiya məhkəməsinə şikayət və protest verilə bilər. Hakim: Sulduz Ləzimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar