Azərbaycan Respublikası adından QƏRAR Ağcabədi rayonu İş № 3(017)-845/2023 30.10.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Ağcabədi Rayon Məhkəməsinin hakimi Quliyev Etibar Bəhrəm oğlu Paşayev Şamxal Yəhya oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və müdafiəçi Ağcabədi rayon Vəkil Bürosunun vəkili X1 iştirakları ilə xx xxxxxx 1967-ci il tarixdə Laçın rayonunun Vağazin kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, Laçın rayonunun Vağazin kəndində qeydiyyatda olmaqla Ağcabədi rayonunun Taxta Körpü qəsəbəsində yaşayan Şəxs haqqında Ağcabədi rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiala baxaraq m ü ə y y ə n e t d i m: Şəxs 27 oktyabr 2023-cü il tarixdə saat 16:00 radələrində Ağcabədi RQİ və TBŞ-nin inzibati binasında heç bir əsaslı səbəb olmadan nalayiq ifadələr işlətməklə ictimai qaydanı pozmuş, bu vaxt xidməti vəzifələrini həyata keçirən polis əməkdaşları onu iltizama dəvət etmiş, lakin o, öz hərəkətlərini davam etdirərək polis əməkdaşlarının qanuni tələbinə tabe olmamışdır ki, bununla da Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə verdiyi izahatında göstərdi ki, o, 27 oktyabr 2023-cü il tarixdə təxminən saat 16:00 radələrində oğlunun Kamaz markalı avtomobilini texniki baxışdan keçirtmək üçün meroya getmiş, onu polis işçiləri narazı salmış, əsəbləşərək hündür səslə danışmışdır. Həmin vaxt özünü itirdiyi üçün nə dediyini xatırlamır. O, heç bir qanun pozuntusuna yol verməmiş, heç bir polis əməkdaşına tabesizlik göstərməmişdir. Odur ki, göstərilən xüsusatların nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında Ağcabədi RQİ və TBŞ-nin dövlət avtomobil müfəttişi X3 izahat verərək bildirdi ki, 27 oktyabr 2023-cü il tarixdə təxminən saat 16:00 radələrində Şəxs X2 və Texniki Baxış şöbəsində Kamaz markalı yük avtomobilini texniki baxışdan keçirmək istəyərkən heç bir əsaslı səbəb olmadan hündür səslə nalayiq ifadələr işlədərək polis əməkdaşlarını nalayiq ifadələrlə təhqir etmiş, onu nizam-intizama dəvət etsələrdə o, öz qanunsuz hərəklərini davam etdirmişdir. Şəxs hərəkətləri təxminən səkkiz on dəqiqə davam etmişdir. Məhkəmə iclasında baş mühafizə idarəsinin Ağcabədi rayonlarası mühafizə şöbəsi polis nəfəri X6 eyni məzmunlu ifadə verərək göstərilən xüsusatları bir daha təsdiq etdi. Məhkəmə iclasında X4 izahat verərək bildirdi ki, 27 oktyabr 2023-cü il tarixdə təxminən saat 16:00 radələrində avtomobilini texniki baxışdan keçirmək üçün meroda olmuş, həmin vaxt sonradan adını bildiyi Şəxs binanın içərisində səs-küy salaraq, hündür səslə polisin ünvanına nalayiq ifadələr işlətmiş, həmin vaxt polis əməkdaşları Yusifi sakitləşdirmək istəmişdilər. Məhkəmə iclasında müdafiəçi Ağcabədi rayon Vəkil Bürosunun vəkili X5 çıxış edərək, hüquqlarını müdafiə etdiyi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi əməlindən peşman olmasını nəzərə alıb inzibati tənbeh tətbiq edərkən yüngül cəza verilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyib, iş materiallarını tədqiq edib işdəki sübutlara hüquqi qiymət verərək hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsində təqsirli olması sübuta yetirilir, ona görə də Şəxs əməlləri İXM-nin həmin maddələri ilə düzgün tövsif edilmişdir. Lakin Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrinin sanksiyası daxilində inzibati qaydada tənbeh edilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 34.1-ci maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinin tələbinə görə bir şəxsin törətdiyi bir neçə inzibati xətaya dair işlərə eyni vaxtda eyni orqan tərəfindən baxıldıqda, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətadan daha ciddidir. Belə ki, İXM-nin 535.1-ci maddəsində iki yüz manat və bir ayadək inzibati həbs tənbehi nəzərdə tutulduğu halda, İXM-nin 510-cu maddəsində 50 manatdan 100 manatadək cərimə və 15 günədək inzibati həbs tənbehi nəzərdə tutulmuşdur. İnzibati tənbeh tətbiq edərkən inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini, inzibati xətaya görə onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alıram. Hesab edirəm ki, Şəxs barəsində inzibati həbs tətbiq edilməklə inzibati tənbehin məqsədlərinə nail olmaq olar. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq q ə r a r a a l d ı m: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinib Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsi tətbiq edilməklə barəsində 8 (səkkiz) gün müddətinə inzibati həbs tənbehi tətbiq edilsin. İnzibati həbsin əvvəli 30 oktyabr 2023-cü il tarixdən saat 15:00-dan hesablansın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində qərardan Ağcabədi Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hakim Etibar Quliyev
Məhkəmə qərarları › İş №3(017)-845/2023
Ağcabədi Rayon Məhkəməsi Qərar — İş №3(017)-845/2023
30.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver