Məhkəmə qərarları › İş №3(017)-847/2024

Ağcabədi Rayon Məhkəməsi Qərar — İş №3(017)-847/2024

20.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağcabədi rayonu İş № 3(017)-847/2024 20.12.2024 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ləzimov Sulduz Paşa oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, Şikayət vermiş şəxs X4 və Ağcabədi rayonu DYPB-nin Yol Patrul Xidmətinin İnspektoru polis baş serjantı X1 iştirakı ilə, Ağcabədi rayonu DYPB-nin Yol Patrul Xidmətinin 10 dekabr 2024-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X8 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Ağcabədi rayonu DYPB-nin Yol Patrul Xidmətinin 10 dekabr 2024-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarına əsasən X8 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci və 342.2.2-ci maddələri ilə 150 manat məbləğində cərimə edilmişdir. X8 şikayətlə məhkəməyə müraciət edərək, Ağcabədi rayonu DYPB-nin Yol Patrul Xidmətinin 10 dekabr 2024-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında X8 şikayətini müdafiə edərək göstərdi ki, 07 dekabr 2024-cü il tarixdə «Qaz 32213 yük sərnişin” markalı, **-HG-*** dövlət qeydiyyat nişanlı avtomobillə Ağcabədi rayonu 4 yol adlanan istiqamətdən Ağcabədi şəhəri istiqamətinə yolun avtomobilə aid olan hissəsi ilə saatda 50 km surətlə hərəkətdə olmuş, həmin vaxt YPX-nin əməkdaşları onu saxlatmış və ona avtomobildə konstruksiyada dəyişikliyi edildiyini bildirmiş, o avtomobilin texniki standarta uyğun olmasını demiş, lakin YPX-nin əməkdaşları onun avtobilini cərimə meydançasına aparmışlar. Həmin avtobilə hər-hansısa qanuna zidd konstruksiya dəyişikliyi etməmişdir. Əlavə quraşdırdığı dəmir barmaqlıqları (armaturları) sökə biləcəyini bildirdi. Odur ki, göstərilən xüsusatların nəzərə alınaraq, Ağcabədi rayonu DYPB-nin Yol Patrul Xidmətinin İnspektoru polis baş serjantı X5 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli İXP ******* saylı protokolun, inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli TP ******* qərarın ləğv edilməsi və ona məxsus Qaz 32213 yük sərnişin markalı, **-HG-*** dövlət qeydiyyat nişanlı avtomobilin ona təhvil verilməsi haqqında qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında protokol tərtib edən şəxs Ağcabədi rayonu DYPB-nin Yol Patrul Xidmətinin inspektoru X5 ifadə verərər göstərdi ki, 07 dekabr 2024-cü il tarixdə xidməti vəzifəsini yerinə yetirən vaxt «Qaz 32213 yük sərnişin” markalı, **-HG-*** dövlət qeydiyyat nişanlı avtomobil Ağcabədi rayonu 4 yol adlanan istiqamətdən Ağcabədi şəhəri istiqamətində olan zaman saxlamış və avtomobildə konstruksiya dəyşiklikləri (avtomobilə əlavə qapılar və dəmir barmaqlıqlar) olduğu üçün sürücü X6 İXM-nin 342.2.2-ci maddəsi ilə 150 manat inzibati cərimə yazmış və həmin avtobil cərimə meydançasına aparılmışdır. Odur ki, şikayətin təmin edilməməsini xahiş etdi. İşdə olan və məhkəmə iclasında elan edilmiş Ağcabədi rayonu DYPB-nin Yol Patrul Xidmətinin 10 dekabr 2024-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X8 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci və 342.2.2-ci maddələri ilə 150 manat məbləğində cərimə edilmişdir. Məhkəmə X7 və X3 dinləyib və iş materiallarını araşdırıb hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 75.0-cı maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir; inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi) (75.0.1); inzibati xəta törətmiş şəxs (75.0.2); inzibati xəta törətməkdə şəxsin təqsiri (75.0.3); inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar (75.0.4); inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı (75.0.5); inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar (75.0.6); işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait (75.0.7). Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinə əsasən yol hərəkətinin təhlükəsizliyi yol hərəkəti iştirakçılarının və cəmiyyətin yol-nəqliyyat hadisələrindən və onların nəticələrindən müdafiə olunma dərəcəsini göstərən yol hərəkəti vəziyyətidir. Məhkəmədə işin halları araşdırılarkən müəyyən edildi ki, X4 təqsiri Ağcabədi rayonu DYPB-nin Yol Patrul Xidmətinin 10 dekabr 2024-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarında öz təsdiqini tapmışdır. X8 şikayət ərizəsində göstərdiyi hallar onun hazırki inzibati xətanın törədilməsində təqsirli olmasına dair şübhələrin yaranması üçün əsas ola bilməz. Həmçinin, X8 barəsində inzibati protokol tərtib edilən zaman avtomaşını konstruksiya dəyişikliyinin olmamasını göstərsə də, bu barədə məhkəməyə sübut təqdim edə bilməmişdir. Buradan da görünür ki, barəsində inzibati tənbeh tədbiri tətbiq edilmiş X4 şikayətinin mahiyyəti onun baş vermiş inzibati xətadan özünü müdafiə və ya ona tətbiq edilən inzibati cərimədən yayınmaqdan ibarətdir. Belə olan halda, məhkəmə hesab edir ki, Ağcabədi rayonu DYPB-nin Yol Patrul Xidmətinin 10 dekabr 2024-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı qanunidir, işin faktiki hallarına uyğundur və iş üçün əhəmiyyətli hallar sübuta yetirilmişdir, inzibati məsuliyyəti müəyyən edən qanunun norması düzgün tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən, qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə iş üzrə tədqiq edilmiş subutlara hüquqi qiymət verərək hesab edir ki, Ağcabədi rayonu DYPB-nin Yol Patrul Xidmətinin 10 dekabr 2024-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı əsaslı olduğu üçün X4 verdiyi şikayət təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128, 131-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı Barəsində inzibati tənbeh tədbiri tətbiq edilmiş X4 Ağcabədi rayonu DYPB-nin Yol Patrul Xidmətinin 10 dekabr 2024-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət təmin edilməsin. Qərardan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Sulduz Ləzimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar