Məhkəmə qərarları › İş №3(017)-848/2023

Ağcabədi Rayon Məhkəməsi Qərar — İş №3(017)-848/2023

02.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağcabədi rayonu İş № 3(017)-848/2023 02.11.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Ağcabədi Rayon Məhkəməsinin hakimi Quliyev Etibar Bəhrəm oğlu Paşayev Şamxal Yəhya oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, tələbkar Zərərçəkmiş şəxs2 Temur oğlunun, Zərərçəkmiş şəxs1 və Ağcabədi rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 iştirakları ilə, xx xxxxxx 1958-ci il tarixdə Ağcabədi rayonunun Üzeyirkənd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, fərdi əməklə məşğul olan, Ağcabədi rayonunun Avşar kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə Ağcabədi rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq müəyyən etdim: İcra sənədi üzrə borclu Rüstəmov X6 Rayon Məhkəməsinin 2(017)-517/2020 nömrəli, 04 iyun 2020-ci il tarixli, Ağcabədi Rayon Məhkəməsinin 2(017)-9/2023 nömrəli, 13 iyun 2023-cü il tarixli və Ağcabədi Rayon Məhkəməsinin 2(017)- 12/2023 nömrəli, 13 iyun 2023-cü il tarixli qətnamələrinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələbini yerinə yetirməmişdir ki, bununla da o, Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, Ağcabədi Rayon Məhkəməsinin 2(017)- 517/2020 nömrəli, 04 iyun 2020-ci il tarixli icra sənədinə əsasən ondan 17000 manat məbləğində pulun alınaraq Zərərçəkmiş şəxs2 Temur oğluna ödənilməsi qət edilmişdir. Bundan başqa Ağcabədi Rayon Məhkəməsinin 2(017)-9/2023 nömrəli, 13 iyun 2023-cü il tarixli qətnaməsinə əsasən ondan 7350 manat pulun alınaraq X3, 20450 manat pulun alınaraq X7 5175 manat pulun alınaraq X4, 20460 manat pulun alınaraq X1, 5034 manat pulun alınaraq X10 və 11670 manat pulun alınaraq X5 ödənilməsi qət edilmişdir. Bundan başqa Ağcabədi Rayon Məhkəməsinin 2(017)- 9/2023 nömrəli, 13 iyun 2023-cü il tarixli qətnaməsinə əsasən ondan 6480 manat pulun alınaraq Zərərçəkmiş şəxs1 ödənilməsi qət edilmişdir. Lakin borcunu ödəməmişdir. Ona görə ki, imkanı yoxdur. İmkanı olan kimi borcunu ödəyəcəkdir. Odur ki, göstərilən xüsusatların nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 Temur oğlu izahat verərək bildirdi ki, Ağcabədi Rayon Məhkəməsinin 2(017)-517/2020 nömrəli, 04 iyun 2020-ci il tarixli icra sənədinə əsasən Şəxs 17000 manat məbləğində pulun alınaraq ona ödənilməsi qət edilmişdir. Lakin Şəxs icra sənədi üzrə borcunu ödəmir. Ona görə də Şəxs barəsində ən ağır cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında Əliyeva X11 Rayon Məhkəməsinin 2(017)-9/2023 nömrəli, 13 iyun 2023-cü il tarixli qətnaməsinə əsasən Şəxs 6480 manat pulun alınaraq alınaraq ona ödənilməsi qət edilmişdir. Lakin Şəxs borcunu ödəmir. Odur ki, göstərilən xüsusatların nəzərə alınmasını və Şəxs barəsində ən ağır cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında Ağcabədi rayon İcra və Probasiya şöbəsinin icra məmuru X8 çıxış edərək bildirdi ki, Ağcabədi Rayon Məhkəməsinin 2(017)-517/2020 nömrəli, 04 iyun 2020-ci il tarixli icra sənədinə əsasən Şəxs 17000 manat məbləğində pulun alınaraq Zərərçəkmiş şəxs2 Temur oğluna, Ağcabədi Rayon Məhkəməsinin 2(017)-9/2023 nömrəli, 13 iyun 2023-cü il tarixli qətnaməsinə əsasən Şəxs 7350 manat pulun alınaraq X3, 20450 manat pulun alınaraq X7, 5175 manat pulun alınaraq X4, 20460 manat pulun alınaraq X1, 5034 manat pulun alınaraq X10 və 11670 manat pulun alınaraq X5, Ağcabədi Rayon Məhkəməsinin 2(017)-9/2023 nömrəli, 13 iyun 2023-cü il tarixli qətnaməsinə əsasən Şəxs 6480 manat pulun alınaraq Zərərçəkmiş şəxs1 ödənilməsi qət edilmişdir. Lakin borclu icra sənədi üzrə tələbləri icra etmir. İcra məmurunun qanuni tələblərinə məhəl qoymur. Odur ki, Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Beləliklə məhkəmə iclasında müəyyən olundu ki, Ağcabədi Rayon Məhkəməsinin 2(017)-517/2020 nömrəli, 04 iyun 2020-ci il tarixli icra sənədinə əsasən Şəxs 17000 manat məbləğində pulun alınaraq Zərərçəkmiş şəxs2 Temur oğluna, Ağcabədi Rayon Məhkəməsinin 2(017)-9/2023 nömrəli, 13 iyun 2023-cü il tarixli qətnaməsinə əsasən Şəxs 7350 manat pulun alınaraq X3, 20450 manat pulun alınaraq X7, 5175 manat pulun alınaraq X4, 20460 manat pulun alınaraq X1, 5034 manat pulun alınaraq X10 və 11670 manat pulun alınaraq X5, Ağcabədi Rayon Məhkəməsinin 2(017)-9/2023 nömrəli, 13 iyun 2023-cü il tarixli qətnaməsinə əsasən Şəxs 6480 manat pulun alınaraq Zərərçəkmiş şəxs1 ödənilməsi qət edilmişdir. Lakin borclu Şəxs icra sənədi üzrə tələbləri qərəzli olaraq icra etmir, icra məmurunun qanuni tələblərinə məhəl qoymur və onun 88534 manat məbləğində aliment borcu vardır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bu xətanı törətməkdə təqsiri özünün etirafı, tələbkar şəxslərin izahatı, eləcədə Ağcabədi rayon İcra və Probasiya şöbəsinin icra məmurunun çıxışı, habelə inzibati xəta haqqında tərtib edilmiş protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən, ədalətlilik inzibati xətalar qanunvericiliyinin əsas prinsiplərindən biridir. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9-cu maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 22-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək məqsədi daşıyır. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, birinci və ya ikinci dərəcə əlilliyi olan şəxslər, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 30.1-ci maddəsinə əsasən, inzibati həbs, yalnız müstəsna hallarda tətbiq edilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qarşı inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, təqsirinin dərəcəsini, xətanın xarakterini, əmlak və maddi vəziyyətini nəzərə alıb, ona istinad edilən maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə tənbehinin tətbiq edilməsini məqsədə müvafiq bilirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə təqsirli bilinib, barəsində 1000 (min) manat miqdarda inzibati cərimə tənbehi tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şirvan Apellyasiya məhkəməsinə şikayət və protest verilə bilər. Hakim Etibar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar