Məhkəmə qərarları › İş №3(017)-85/2024

Ağcabədi Rayon Məhkəməsi Qərar — İş №3(017)-85/2024

23.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağcabədi rayonu İş № 3(017)-85/2024 23.02.2024 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Ağcabədi Rayon Məhkəməsinin hakimi Ləzimov Sulduz Paşa oğlunun sədriyi, Paşayev Babək Zahid oğlunun katibliyi, X1 iştirakı ilə, X1 Azərbaycan Respublikası Baş X7 İdarəsinin xx.xx.2023-cü il tarixli, EQ 17528431 saylı inzibati tənbeh vermə barədə qərarından şikayətinə baxaraq m ü ə y y ə n e t d i m: X4 İXM-nin 332.3-cü maddəsinə əsasən 300 manat məbləğində cərimə edilmişdir. Barəsində qərar çıxarılmış şəxs X4 şikayət ərizəsi ilə Ağcabədi Rayon Məhkəməsinə müraciət edərək 24 iyun 2023-cü il tarixli qərarına əsasən İXM-nin 529.3-cü maddəsi ilə 6 ay müddətinə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum olunduğunu, 07 sentyabr 2023-cü il tarixli qərarı ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilmiş, lakin buna baxmayaraq xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası İXM-nin 332.3cü maddəsinə əsasən 300 manat məbləğində cərimə edildiyini, həmin qərarın qanunsuz yazıldığını, heç bir əsasın olmadığını bildirərək Azərbaycan Respublikası Baş X7 İdarəsinin xx.xx.2023-cü il tarixli, EQ 17528431 saylı inzibati tənbeh vermə barədə qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında X4 şikayətini müdafiə edərək Azərbaycan Respublikası Baş X7 İdarəsinin xx.xx.2023-cü il tarixli, EQ 17528431 saylı inzibati tənbeh vermə barədə qərarının qanunsuz yazıldığını, bununla bağlı mübahisəni məhkəmədən kənar qaydada Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” xidməti-zəng mərkəzinə zəng edərək həll etdiyini, hazırda heç bir şakiayət və tələbinin olmadığını bildirib iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə X3 dinləyib, ərizə və ona əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, şikayətə X2 ərizəsinə əsasən xitam verilməlidir. Belə ki, məhkəmə iclasında müəyyən olundu ki, X4 Azərbaycan Respublikası Baş X7 İdarəsinin xx.xx.2023-cü il tarixli, EQ 17528431 saylı inzibati tənbeh vermə barədə qərarına əsasən 300 manat məbləğində cərimə edilmiş və həmin inzibati tənbeh vermə haqqında qərarın icrasına şikayət məhkəməyə daxil olduqdan sonra məhkəmədən kənar qaydada xitam verilmişdir. İş materiallarında olan 07 sentyabr 2023-cü il tarixli, 3(017)-458 saylı qərardan görünür ki, X4 barəsində olan Ağcabədi rayon Məkəməsinin 24 iyun 2023-cü il tarixli inzibati xəta haqqında iş üzrə qərarına xitam verilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, EQ 17528431 saylı protokoldan görünür ki, X4 İXM-nin 332.3-cü maddəsinə əsasən 300 manat cərimə edilmişdir. Azərbaycan Respublikası İXM-nin 135-ci maddəsinə əsasən İnzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmalıdır. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinin tələbindən görünür ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməl (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Başqa sözlə, şəxsin əməlində inzibati xətanın tərkibini təşkil edən 4 element-obyekt, obyektiv tərəf, subyektiv tərəf və subyekt olduqda, o, inzibati məsuliyyətə cəlb edilə və inzibati tənbeh tədbirinə məruz qala bilər. İnzibati xəta tərkibinin bu elementlərindən biri olmadıqda, şəxsin əməlində inzibati xətanın tərkibinin mövcudluğu istisna edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası İXM-nin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Məhkəmə araşdırması zamanı X2 təqsirli bilindiyi maddədə nəzərdə tutulmuş əməli törətməsi sübuta yetməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsinə əsasən X2 barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130, 135-ci maddələrini rəhbər tutaraq, qərara aldım: X2 Azərbaycan Respublikası Baş X7 İdarəsinin xx.xx.2023-cü il tarixli, EQ 17528431 saylı inzibati tənbeh vermə barədə qərarından verdiyi şikayət ərizəsinə dair iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Sulduz Ləzimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar