Məhkəmə qərarları › İş №3(017)-852/2023

Ağcabədi Rayon Məhkəməsi Qərar — İş №3(017)-852/2023

14.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağcabədi rayonu İş № 3(017)-852/2023 14.11.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Ağcabədi Rayon Məhkəməsinin hakimi Quliyev Etibar Bəhrəm oğlu Paşayev Şamxal Yəhya oğlu katibliyi ilə, xx.xx.1999-cu il tarixdə anadan olmuş, Ağcabədi rayonunun Rəncbərlər kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə daxil olmuş inzibati xətaya dair materiala baxaraq, m ü ə y y ə n e t d i m: Şəxs yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmişdir ki, buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə İXP ******* nömrəli inzibati protokol tərtib olunaraq inzibati tənbeh tətbiq olunmasından ötrü Ağcabədi Rayon Məhkəməsinə göndərilmişdir. İş üzrə məhkəmə baxışı zamanı müəyyən olundu ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs EQ 13734528 nömrəli protokola əsasən ona təyin olunmuş cəriməni Daxili İşlər Nazirliyi BDYPİ-nin hesabına ödəmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsinin qeydində göstərilmişdir ki, bu Məcəllənin 529.1-ci və ya 529.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs müvafiq cəriməni, dəbbə pulunu (bu Məcəllə ilə müəyyən edilmiş hallarda), 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs isə müvafiq cəriməni, dəbbə pulunu, nəqliyyat vasitəsinin duracağa gətirilməsinə və onun orada saxlanılmasına görə haqqı inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək ödədikdə inzibati məsuliyyətdən azad olunur. Odur ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsinin qeydinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati məsuliyyətdən azad olunmaqla, iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və X1 Azərbaycan Respublikası Məcəlləsinin 529.3-cü maddəsinin qeydini, 53.0.2 və 105.1-ci maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m:

1. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati məsuliyyətdən azad olunsun.

2. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilsin.

3. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər.

Hakim Etibar Quliyev

İş № 3(017)-852/2023

İnzibati xəta haqqında işin baxılmağa hazırlanması nəticəsində Ağcabədi Rayon Məhkəməsi hakiminin

QƏRARDADİ Ağcabədi şəhəri 14 noyabr 2023-cü il

Ağcabədi Rayon Məhkəməsinin hakimi Quliyev Etibar Bəhrəm oğlu, Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə olan inzibati xətaya dair materialları işin baxılmağa hazırlanması zamanı nəzərdən keçirərək,

müəyyənetdim:

Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə olan inzibati xətanı törətməsinə dair inzibati protokol tərtib edilmişdir. Həmin protokolu və ona əlavə edilmiş materialı tədqiq edərək hesab edirəm ki, işin baxılması Ağcabədi rayon məhkəməsi hakiminin səlahiyyətlərinə aiddir və işə həmin hakim tərəfindən baxılmasını istisna edən hallar mövcud deyil. İnzibati xəta haqqında protokol Azərbaycan Respublikası İXM-nin tələblərinə müvafiq olaraq tərtib edilmişdir və işin icraatını rədd edən hallar mövcud deyil. Mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar vardır, iş üzrə vəsatət və etirazlar yoxdur. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İXM-nin 43 və 106-111-ci maddələrini rəhbər tutub qəraraaldım:

1. Şəxs Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair işin baxılması Ağcabədi şəhərində məhkəmə binasında 14 noyabr 2023-cü il tarixə, saat 0930-a təyin edilsin.

2. Həmin işə baxılması üçün barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçi (lər) zərər çəkmiş şəxs (lər) nümayəndə(lər) məhkəmə iclasına çağırılsın (lar). şahid(lər)

3. Qərardaddan apellyasiya şikayəti verilə bilməz.

Ağcabədi Rayon Məhkəməsinin hakimi Etibar Quliyev

Азярбайжан Республикасы Аьжабяди Район Мящкямяси Barəsində inzibati xəta haqqında iş üzrə Аьжабяди шящяри icraat Ц.Щажыбяйли 153 aparılan şəxs Şəxs Тел. (021275)18-80; 11-28 (Ağcabədi rayonunun Rəncbərlər kəndi) Иш № 3(017)- Surəti: Ağcabədi RPŞ-nin DYPB-nə

Ağcabədi Rayon Məhkəməsi hakiminin 14 noyabr 2023-cü il tarixli qərarının surəti məlumat üçün Sizə göndərilir.

Qoşma: hər ünvana qərar «01» vərəqə.

Ağcabədi Rayon Məhkəməsinin hakimi Etibar Quliyev Азярбайжан Республикасы Аьжабяди Район Мящкямяси Azərbaycan Respublikası Аьжабяди шящяри DİN BDYPİ Ağcabədi regional Ц.Щажыбяйli pr 153 İmtahan Qeydiyyat və Тел. (021275)18-80; 11-28 Texniki baxış şöbəsinin rəisinə İş № 3(017)-852/2023 14 noyabr 2023-жü ил cənab Fərid Mayılova

Ağcabədi Rayon Məhkəməsinin 14 noyabr 2023-cü il tarixli qərarı məlumat üçün Sizə göndərilir. Qərarın icraata götürülməsi və müvafiq qeydiyyatın aparılması barədə məhkəməyə məlumat verməyiniz xahiş olunur.

Qoşma: «01» vərəqə qərar.

Ağcabədi Rayon Məhkəməsinin hakimi Etibar Quliyev Азярбайжан Республикасы Аьжабяди Район Мящкямяси Аьжабяди шящяри Ц.Щажыбяйов 153 Azərbaycan Respublikası DİN BDYPİ- Тел. (021275)18-80; 11-28 nə İş № 3(017)-879/2023 02 noyabr 2023-жü ил

Ağcabədi Rayon Məhkəməsinin 14 noyabr 2023-cü il tarixli qərarı məlumat üçün Sizə göndərilir. Qərarın icraata götürülməsi və müvafiq qeydiyyatın aparılması barədə məhkəməyə məlumat verməyiniz xahiş olunur.

Qoşma: «01» vərəqə qərar.

Ağcabədi Rayon Məhkəməsinin hakimi Etibar Quliyev İş № 3(017)-852/2023 MƏHKƏMƏ İCLASİNİN

PROTOKOLU

AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ 14 noyabr 2023-cü il Ağcabədi şəhəri

Hakim Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, Paşayev Şamxal Yəhya oğlunun katibliyi ilə,

Vətəndaş Şəxs Azərbaycan Respublikası İXM-in 529.3-cü maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati xətalı materiala açıq məhkəmə iclasında baxılır.

İclas saat 09:30-da başlandı.

Sədrlik edən məhkəmə iclasını açır və baxılacaq işi elan edir. Katib məruzə edərək bildirir ki, inzibati xəta törətmiş şəxs məhkəmə iclasına gəlməmişdir. Sədrlik edən bildirir ki, Şəxs barəsində tərtib edilmiş protokola əsasən ona təyin edilmiş cəriməni ödəmişdir. Sədrlik edən iş materiallarını elan edir. Sədrlik edən müşavirə otağına gedir qayıtdıqdan sonra qərarı elan edir, qərardan şikayət vermə müddət və qaydasını izah edir. Sədrlik edən məhkəmə iclasını 09:40-da bağlı elan edir. Məhkəmə iclasının protokolu 14 noyabr 2023-cü il tarixdə tərtib olunmuş və imzalanmışdır.

Sədrlik edən:

İclas katibi:

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar