Məhkəmə qərarları › İş №3(017)-88/2023

Ağcabədi Rayon Məhkəməsi Qərar — İş №3(017)-88/2023

13.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağcabədi rayonu İş № 3(017)-88/2023 13.03.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsinin sədri Ləzimov Sulduz Paşa oğlunun sədrliyi, Muradov Malik Maarif oğlunun katibliyi ilə, xx xxxxxx 1994-cü il tarixdə Ağcabədi rayonunda anadan olmuş, Ağcabədi rayon, Boyat kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Ağcabədi Rayon Məhkəməsinin № 3(017)-88/2023 nömrəli, 28 fevral 2023-cü il tarixli qərarına Azərbaycan Respublikasının İXM-nin 152.5-ci maddəsinə əsasən xitam verilməsinə dair vəsatətini nəzərdən keçirərək, MÜƏYYƏNETDİ: İş materiallarından görünür ki, Şəxs yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətanı törətdiyinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarı qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmişdir ki, buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə İXP ******* nömrəli inzibati protokol tərtib olunaraq inzibati tənbeh tətbiq olunmasından ötrü Ağcabədi Rayon Məhkəməsinə göndərilmişdir. Ağcabədi Rayon Məhkəməsinin № 3(017)-88/2023 nömrəli, 28 fevral 2023-cü il tarixli qərarı ilə Şəxs Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə təqsirli bilinərək, nəqliyyat vasitələrini idarə etmə hüququ 08 (səkkiz) ay müddətinə məhdudlaşdırılmışdır. İnzibati xəta törətmiş şəxs Şəxs məhkəməyə vəsatət ilə müraciət edərək X1 tərəfindən onun barəsində tərtib edilmiş EQ 11297207 nömrəli protokola əsasən ona təyin olunmuş cəriməni Daxili İşlər Nazirliyi BDYPİ-nin hesabına ödədiyindən Ağcabədi Rayon Məhkəməsinin № 3(017)-88/2023 nömrəli, 28 fevral 2023-cü il tarixli qərarına xitam verilməsini xahiş etmişdir. Şəxs məhkəməyə təqdim etdiyi portaldan çıxarışdan görünür ki, o, barəsində tətbiq olunan cəriməni və ona hesablanmış dəbbə pulunu tamamilə ödəmişdir. Məhkəmə protokola əlavə edilmiş sənədləri və çıxarışı nəzərdən keçirərək hesab edir ki, Şəxs ona təyin olunmuş cəriməni və dəbbə pulunu ödədiyindən, Azərbaycan Respublikası İXM-nin 152.5-ci maddəsinə əsasən Ağcabədi Rayon Məhkəməsinin № 3(017)-88/2023 nömrəli, 28 fevral 2023-cü il tarixli inzibati xəta haqqında iş üzrə barəsində tətbiq olunmuş nəqliyyat vəsitəsinin idarəetmə hüququnun məhdudlaşdırılması ilə bağlı qərarına xitam verilməlidir. Azərbaycan Respublikasının İXM-nin 152.5-ci maddəsinə görə, barəsində yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta törətməyə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icra edilməməsinə görə nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılmasına dair qərar çxarılmış şəxs inzibati cəriməni və müvafiq olaraq hesablanmış dəbbə pulunu ödədikdə, bu qərara onu qəbul etmiş məhkəmə tərəfindən həmin şəxsin vəsatəti əsasında xitam verilir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128,130 və 152.5-ci maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Vəsatət təmin edilsin. Şəxs yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətanın törədilməsinə görə ona təyin olunmuş cəriməni və dəbbə pulunu Daxili İşlər Nazirliyi BDYPİ-nin hesabına ödədiyindən İXP ******* nömrəli protokol əsasında qəbul edilmiş Ağcabədi Rayon Məhkəməsinin № 3(017)- 88/2023 nömrəli, 28 fevral 2023-cü il tarixli qərarına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Azərbaycan Respublikası Apellyasiya məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən:Sulduz Ləzimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar