Azərbaycan Respublikası adından QƏRAR Ağcabədi rayonu İş № 3(017)-910/2023 27.11.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Ağcabədi Rayon Məhkəməsinin hakimi Quliyev Etibar Bəhrəm oğlu Hacıyev Fuad Hacı oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, müdafiəçi Mingəçevir Vəkil Bürosunun vəkili Vəkil, tələbkar Zərərçəkmiş şəxs və Ağcabədi rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1 iştirakları ilə, xx xxxx 1991-ci il tarixdə Ağcabədi rayonunun Üzeyirkənd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, fərdi əməklə məşğul olan, Ağcabədi rayonunun Avşar kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə Ağcabədi rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq müəyyən etdim: İcra sənədi üzrə borclu Hüseynov X3 Rayon Məhkəməsinin 2(017)- 1425/2022 nömrəli, 15 noyabr 2022-ci il tarixli qətnaməsinin icrası ilə əlaqədar təkrarən icra məmurunun qanuni tələbini yerinə yetirməmişdir ki, bununla da o, Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, Ağcabədi Rayon Məhkəməsinin 2(017)- 1425/2022 nömrəli, 15 noyabr 2022-ci il tarixli qətnaməsinə əsasən 7292 manat məbləğində pulun ondan alınaraq Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. Hazıradək borcunu ödəməmişdir. Ona görə ki, həmin pul 3000 manat olmuşdur və sələmə götürmüşdür. Özü Vətən müharibəsində iştirak etmişdir. Tələbkar bank hesab nömrəsini ona vermir. Odur ki, göstərilən xüsusatların nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında tələbkar Zərərçəkmiş şəxs izahat verərək bildirdi ki, Ağcabədi Rayon Məhkəməsinin 2(017)-1425/2022 nömrəli, 15 noyabr 2022-ci il tarixli qətnaməsinə əsasən 7292 manat məbləğində pulun Şəxs alınaraq ona ödənilməsi qət edilmişdir. Lakin Şəxs borcunu bu günədək ödəməmişdir. Dəfələrlə ondan borcunu ödəməsini xahiş etsədə o, borcunu ödəməmişdir. Odur ki, Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında müdafiəçi Mingəçevir Vəkil Bürosunun vəkili Vəkil çıxış edərək bildirdi ki, Ağcabədi Rayon Məhkəməsinin 2(017)-1425/2022 nömrəli, 15 noyabr 2022-ci il tarixli qətnaməsinə əsasən Şəxs 7292 manat pulun alınaraq Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. Borclu Şəxs müharibədə iştirak etmiş, vətən qarşısında xidmətləri olmuşdur. Qətnamənin hissə-hissə ödənilməsi üçün bu gün məhkəməyə müraciət olunmuşdur. Odur ki, göstərilən xüsusatların nəzərə alınmasını və Şəxs barəsində iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Ağcabədi rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 çıxış edərək bildirdi ki, Ağcabədi Rayon Məhkəməsinin 2(017)-1425/2022 nömrəli, 15 noyabr 2022-ci il tarixli icra sənədinə əsasən Şəxs 7292 manat məbləğində pulun alınaraq Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. Lakin borclu icra sənədi üzrə tələbləri icra etmir. İcra məmurunun qanuni tələblərinə məhəl qoymur. Ona görə də onun barəsində protokol tərtib olunaraq məhkəməyə verilmiş, Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 500 manat miqdarda inzibati cərimə tənbehi tətbiq edilmişdir. Bundan sonra ona yeni müddət verilmiş, onun barəsində protokol tərtib olunaraq məhkəməyə verilmiş, Ağcabədi Rayon Məhlkəməsinin xx.xx.2023cü il tarixli qərarı ilə İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 8 gün müddətinə inzibati həbs tənbehi tətbiq edilmişdir. Buna baxmayaraq görülən tədbirlərdən heç bir nəticə çıxarmamışdır. Ona görə də İXM-nin 528.1-1-ci maddəsi ilə inzibati protokol tərtib edilərək məhkəməyə verilmişdir. Odur ki, Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Beləliklə məhkəmə iclasında müəyyən olundu ki, Ağcabədi Rayon Məhkəməsinin 2(017)-1425/2022 nömrəli, 15 noyabr 2022-ci il tarixli icra sənədinə əsasən Şəxs 7292 manat məbləğində pulun alınaraq Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. Lakin borclu Şəxs icra sənədi üzrə tələbləri qərəzli olaraq icra etmir, icra məmurunun qanuni tələblərinə məhəl qoymur və onun 7292 manat məbləğində borcu vardır. İş materiallarına əlavə olunmuş Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli qərarından görünür ki, Hüseynov X3 Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli qərarı ilə İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 500 manat miqdarda inzibati cərimə tənbehi tətbiq edilmişdir. İş materiallarına əlavə olunmuş Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli qərarından görünür ki, Hüseynov X3 Rayon Məhlkəməsinin xx.xx.2023cü il tarixli qərarı ilə İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 8 gün müddətinə inzibati həbs tənbehi tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən, ədalətlilik inzibati xətalar qanunvericiliyinin əsas prinsiplərindən biridir. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9-cu maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 22-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək məqsədi daşıyır. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, birinci və ya ikinci dərəcə əlilliyi olan şəxslər, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 30.1-ci maddəsinə əsasən, inzibati həbs, yalnız müstəsna hallarda tətbiq edilməlidir. Məhkəmə Şəxs şəxsiyyətini, müharibə iştirakçısı olmasını himayəsində iki azyaşlı uşağının olmasını yüngülləşdirici hal hesab edir. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qarşı inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, təqsirinin dərəcəsini, xətanın xarakterini, yüngülləşdirən halları nəzərə alıb, ona istinad edilən maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs tənbehinin tətbiq edilməsini məqsədə müvafiq bilirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə təqsirli bilinib, barəsində 15 (on beş) gün müddətinə inzibati həbs tənbehi tətbiq edilsin. İnzibati həbs müddətinin əvvəli 27 noyabr 2023-cü il tarixdən saat 1730-dan hesablansın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şirvan Apellyasiya məhkəməsinə şikayət və protest verilə bilər. Hakim Etibar Quliyev
Məhkəmə qərarları › İş №3(017)-910/2023
Ağcabədi Rayon Məhkəməsi Qərar — İş №3(017)-910/2023
27.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver