Azərbaycan Respublikası adından QƏRAR Ağcabədi rayonu İş № 3(017)-92/2023 21.02.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Ağcabədi Rayon Məhkəməsinin hakimi Ləzimov Sulduz Paşa oğlu Paşayev Şamxal Yəhya oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərərçəkmiş şəxs X1 iştirakları ilə, xx xxxx 1990-cı il tarixdə Ağcabədi rayonunun Minəxorlu kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, fərdi əməklə məşğul olan, orta təhsilli, Ağcabədi rayonunun Minəxorlu kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə Ağcabədi rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq m ü ə y y ə n e t d i m: Şəxs 20 fevral 2023-cü il tarixdə Ağcabədi rayon polis şöbəsinin inzibati binasında heç bir əsaslı səbəb olmadan nəlayiq ifadələr işlətməklə ictimai qaydanı pozmuş, bu vaxt xidməti vəzifələrini həyata keçirən polis əməkdaşları onu iltizama dəvət etmiş, lakin o öz hərəkətlərini davam etdirərək polis əməkdaşının qanuni tələbinə tabe olmamışdır ki, bununla da Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə baxışı zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, o, Ağcabədi rayonunun Minəxorlu kəndində qeydiyyatda olmaqla yaşayır. 20 fevral 2023-cü il tarixdə saat 12 radələrində Ağcabədi rayon polis şöbəsinə getmiş, şöbədə Cahandarın şikayət ərizəsi ilə tanış olmuş, sonra əsəbləşib yüksək səslə danışmışdır. O, heç kimi təhqir etməmiş, polisə tabesizlik göstərməmiş, yüksək səslə danışdığı üçün əməlindən peşmandır. AR İXM-nin 535.1-ci maddəsi ilə özünü təqsirli bilmir. Barəsində tərtib edilmiş protokolla razı deyil. Odur ki, barəsində olan iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs şəxs X2 izahat verərək bildirdi ki, o, Ağcabədi rayon İHB-nın İnzibati ərazi dairəsi üzrə nümayəndəsi işləyir. 18 fevral 2023-cü il tarixdə təxminən saat 14 radələrində kənd sakinləri ilə söhbət etdiyi vaxt Şəxs ucadan onun ünvanına nalayiq ifadələr işlədərək onu təhqir etmişdir. Ona görə də Şəxs barəsində polis şöbəsinə şikayət ərizəsi yazmışdır. Odur ki, Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında Ağcabədi RPŞ-nin əməliyyat müvəkkili polis baş leytenantı X3 izahat verərək bildirdi ki, o, 20 fevral 2023-cü il tarixdə Şəxs polis şöbəsində olarkən uca səslə nalayiq ifadələr işlətdiyi üçün onu intizama dəvət etmiş, lakin Şəxs onun qanuni tələbinə tabe olmamışdır. İş materiallarında olan inzibati qaydada tutma haqqında 20 fevral 2023-cü il tarixli protokoldan görünür ki, Şəxs 20 fevral 2023-cü il tarixdə saat 1200-da inzibati qaydada tutulmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin izahatını, eləcədə şahid ifadəsini dinləyib, iş materiallarını araşdırıb hesab edirəm ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığı üçün, bu maddə ilə onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinin tələbindən görünür ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməl (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Başqa sözlə, şəxsin əməlində inzibati xətanın tərkibini təşkil edən 4 elementobyekt, obyektiv tərəf, subyektiv tərəf və subyekt olduqda, o, inzibati məsuliyyətə cəlb edilə və inzibati tənbeh tədbirinə məruz qala bilər. İnzibati xəta tərkibinin bu elementlərindən biri olmadıqda, şəxsin əməlində inzibati xətanın tərkibinin mövcudluğu istisna edilir. Azərbaycan Respublikası İXM-nin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündə törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə məsuliyyət nəzərdə tutulmuşdur. Qanun normasından görünür ki, şəxsin əməlində İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati məsuliyyətin yaranması üçün, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, həmin şəxs onların qanuni tələblərinə qəsdən tabe olmamalıdır (inzibati xəta tərkibinin obyektiv tərəfi). Azərbaycan Respublikası İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə, o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İXMnin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll edilir. “Polis haqqında” Qanunda, İnzibati Xətalar Məcəlləsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında polis işçisinin “şəxsi polis şöbəsinə dəvət etmək” hüquqları nəzərdə tutulmamışdır. Ona görə də polis işçisinin “şəxsi polis şöbəsinə dəvət etmək” kimi tələbləri qanunda göstərilən tələb olmadığından İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati məsuliyyətin yaranması üçün əsas ola bilməz. İş materiallarını tədqiq edib işdəki sübutlara hüquqi qiymət verərək hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli olması sübuta yetirilir, ona görə də Şəxs əməli İXM-nin həmin maddəsi ilə düzgün tövsif edilmiş və Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinin sanksiyası daxilində inzibati qaydada tənbeh edilməlidir. Bundan başqa inzibati tənbeh tətbiq edərkən inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini, inzibati xətaya görə onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Beləliklə, hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib barəsində inzibati tənbeh tətbiq edilməli, Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə inzibati xəta tərkibi olmadığı üçün onun barəsində başlanmış inzibati iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31, 32, 40, 43, 48-53, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib, barəsində 5 (beş) gün müddətinə inzibati həbs tənbehi tətbiq edilsin. İnzibati həbsin əvvəli onun tutulduğu vaxtdan yəni, 20 fevral 2023-cü il tarixdən saat 12:00-dan hesablansın. Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata, onun əməlində inzibati xəta tərkibi olmadığı üçün xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Sulduz Ləzimov
Məhkəmə qərarları › İş №3(017)-92/2023
Ağcabədi Rayon Məhkəməsi Qərar — İş №3(017)-92/2023
21.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver