Azərbaycan Respublikası adından QƏRAR Ağcabədi rayonu İş № 3(017)-95/2024 12.02.2024 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Rəşad Mövsüm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs iştirakı ilə 14 fevral 1985-ci il tarixdə Ağcabədi rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, Ağcabədi rayonunun Xocavənd kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsi ilə inzibati xəta törətməsinə dair Ağcabədi rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə Müəyyənetdi: Məhkəməyə daxil olmuş 12 fevral 2024-cü il tarixli, AP ******* nömrəli inzibati xəta haqqında protokolda və əlavə olunmuş sənədlərdə göstərilmişdir ki, Şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan sərxoş vəziyyətdə 04 fevral 2024-cü il tarixdə saat 22 radələrində “VAZ 21723” markalı, **-FY-*** dövlət nömrə nişanlı avtomobili Ağcabədi şəhəri Heydər Əliyev prospektində idarə edərkən “KİA SORENTO” markalı, **-FZ-*** dövlət nömrə nişanlı avtomobillə toqquşaraq həmin avtomobilin sahibi Zərərçəkmiş şəxs 945 manat maddi ziyan vurmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərdi ki, 04 fevral 2024-cü il tarixdə saat 22 radələrində “VAZ 21723” markalı, **-FY-*** dövlət nömrə nişanlı avtomobili Ağcabədi şəhəri Heydər Əliyev prospektində idarə edərkən sərxoş vəziyyətdə olmuşdur və həmçinin də avtomobili idarə etmək üçün sürücülük vəsiqəsi və etibarnaməsi olmamışdır. Həmin vaxt qarşıda hərəkətdə olan “KİA SORENTO” markalı, **-FZ-*** dövlət nömrə nişanlı avtomobillə toqquşmuş və həmin avtomobilə ziyan vurmuşdur. Hazırda həmin ziyanı tam olaraq ödəmişdir və zərər çəkmiş şəxsin ondan heç bir şikayət və tələbi yoxdur. Etdiyi əməldən peşmandır və məhkəmədən ona köməklik edilməsini xahiş etdi. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs izahatında göstərdi ki, 04 fevral 2024-cü il tarixdə saat 22 radələrində “KİA SORENTO” markalı, **-FZ-*** dövlət nömrə nişanlı avtomobili Ağcabədi şəhəri Heydər Əliyev prospektində idarə edərkən arxadan gələn “VAZ 21723” markalı, **-FY-*** dövlət nömrə nişanlı avtomobil onun idarə etdiyi avtomobillə toqquşmuş və nəticəsində ona 945 manat maddi ziyan dəymişdir. Hazırda həmin ziyan Şəxs tərəfindən tam olaraq ona ödənilmiş və Şəxs heç bir şikayət və tələbi yoxdur. Şəxs köməklik olunmasını məhkəmədən xahiş etdi. Materiala əlavə edilmiş 04 fevral 2024-cü il tarixli sərxoşluğun təyin edilməsi məqsədi ilə aparılan tibbi müayinə sənədindən görünür ki, Şəxs alkaqol sərxoşluğu müəyyən edilmişdir. Materiala əlavə olunmuş "xxxx" Ağcabədi MMC-nin 09 fevral 2024-cü il tarixli rəyindən görünür ki, “KİA SORENTO” markalı, **-FZ-*** dövlət nömrə nişanlı avtomobilə 945 manat maddi ziyan dəymişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və zərər çəkmiş şəxsi dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan sərxoş vəziyyətdə 04 fevral 2024-cü il tarixdə saat 22 radələrində “VAZ 21723” markalı, **-FY-*** dövlət nömrə nişanlı avtomobili Ağcabədi şəhəri Heydər Əliyev prospektində idarə edərkən “KİA SORENTO” markalı, **-FZ-*** dövlət nömrə nişanlı avtomobillə toqquşaraq həmin avtomobilin sahibi Zərərçəkmiş şəxs 945 manat maddi ziyan vurmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan inzibati xətanı törətməsində təqsiri özünün etirafı, zərər çəkmiş şəxsin izahatı, tərtib edilmiş inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi əməli etiraf etməsi, əməlindən peşman olması və vurulmuş zərərin əvəzinin könüllü surətdə tam olaraq ödəməsi onun məsuliyyətini yüngülləşdirən hallardır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdırılan hal yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına inzibati xəta törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tədbiq edərkən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə müvafiq olaraq xətanın xarakterini, törədilmə şəraitini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, eləcə də məsuliyyəti yüngülləşdirən halların olmasını, məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alıb barəsində inzibati cərimə tənbehinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, Qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsi ilə təqsirli bilinərək səkkiz yüz manat məbləğdə inzibati qaydada cərimə edilsin. Qərardan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Rəşad Nuriyev
Məhkəmə qərarları › İş №3(017)-95/2024
Ağcabədi Rayon Məhkəməsi Qərar — İş №3(017)-95/2024
12.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver