Azərbaycan Respublikası adından QƏRAR Ağcabədi rayonu İş № 3(017)-97/2025 20.02.2025 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Rəşad Mövsüm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx xxxxxx 1993-cü il tarixdə Ağcabədi şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, Ağcabədi şəhəri, E.Sadıqov küçəsi, ev 190-da yaşayan, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə Ağcabədi Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Ağcabədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Məhkəməyə daxil olmuş inzibati xəta haqqında 20 fevral 2025-ci il tarixli MN ******* nömrəli protokolda və ona əlavə olunmuş sənədlərdə göstərilmişdir ki, Şəxs 27 yanvar 2025-ci il tarixdə Zərərçəkmiş şəxs döyərək ona dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetirmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, Zərərçəkmiş şəxs onun qonşusudur. Qonşu olsalar da, münasibətləri yaxşı olmamışdır. 27 yanvar 2025-ci il tarixdə saat 17 radələrində Zərərçəkmiş şəxs onun qızını təhqir etmişdir. O, da məsələni aydınlaşdırmaq üçün onun evinə getmişdir. Zərərçəkmiş şəxs evinin qapısında olarkən aralarında mübahisə düşmüş, mübahisə zamanı qarşılıqlı dalaşmışlar. Hazırda da əməlindən peşiman deyildir. Məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə baxışında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs izahatında göstərdi ki, 27 yanvar 2025-ci il tarixdə saat 17 radələrində Şəxs onlarda olarkən aralarında mübahisə düşmüş və mübahisə zamanı qarşılıqlı dalaşmışlar. Hazırda Şəxs ilə barışmır və məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etdi. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PA Birliyi Publik hüquqi şəxsin Ağcabədi rayon şöbəsinin 01 fevral 2025-ci il tarixli, 60 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində olan xəsarət – sağ saiddə və sağ əlin 2-ci və 3-cü barmaqlarında qançır küt əşyanın təsirindən əmələ gələ bilərdi. əllə vurulma nəticəsində əmələ gələ bilərdi. Yetirilmə müddəti xx.xx.2025-ci il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmadığından dərəcəsi təyin edilməyən xəsarətlərə aiddir. İş materiallarına əlavə olunmuş 03 fevral 2025-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti Ağcabədi rayon Polis Şöbəsinin İTB-nə verilməsi qərara alınmışdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, zərər çəkmiş şəxsi dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Şəxs 27 yanvar 2025-ci il tarixdə saat 17 radələrində Zərərçəkmiş şəxs döyərək ona dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetirmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin dispozisiyasına görə döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirmə həmin maddədə nəzərdə tutulan inzibati xətanın tərkibini yaradır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan inzibati xətaları törətməsində təqsiri özünün etiraf edici ifadəsi, zərər çəkmiş şəxsin izahatı, tərtib edilmiş inzibati xəta haqqında protokol və işin digər materiallarla tam sübuta yetirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi əməli etiraf etməsi və əməlindən səmimi peşman olması onun məsuliyyətini yüngülləşdirən hallardır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına inzibati xəta törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tədbiq edərkən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə müvafiq olaraq xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alıb barəsində inzibati cərimə tənbehinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğdə inzibati qaydada cərimə edilsin. Qərardan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Rəşad Nuriyev
Məhkəmə qərarları › İş №3(017)-97/2025
Ağcabədi Rayon Məhkəməsi Qərar — İş №3(017)-97/2025
20.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver