Azərbaycan Respublikası adından QƏRAR Ağcabədi rayonu İş № 3(017)-970/2023 04.12.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Ağcabədi Rayon Məhkəməsinin hakimi Quliyev Etibar Bəhrəm oğlu Paşayev Şamxal Yəhya oğlunun katibliyi ilə, 10 sentyabr 1972-ci il tarixdə Ağcabədi rayonunun Təzəkənd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, Ağcabədi rayonunun H.Təzəkənd kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə Ağcabədi rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq müəyyən etdim: Şəxs 10 oktyabr 2023-cü il tarixdə narkotik vasitə qəbul etmişdir ki, bununla da o, Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, o, Ağcabədi rayonunun H.Təzəkənd kəndində qeydiyyatda olmaqla yaşayır. Heç bir zaman narkotik vasitədən istifadə etməmişdir. Özünü təqsirli bilmir. Barəsində tərtib edilmiş protokolla razı deyildir. Odur ki, göstərilən xüsusatların nəzərə alınmasını və iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid Ağcabədi rayon poils şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı X3 izahat verərək bildirdi ki, Şəxs barəsində olan şikayət ərizəsi əsasında araşdırma aparmış və cinayət işnin başlanması rədd edilməsi barədə qərar qəbul etmişdir. Həmin araşdırma zamanı Şəxs izahatında bildirmişdir ki, bir ay əvvəl qurudulmuş marixuanadan istifadə etmişdir. Ona görə də Şəxs barəsində tədbir görülməsi üçün qərarın surəti İTB-nə göndərilmişdir. Lakin Şəxs barəsində ekspertiza keçirilməmiş, əlavə əməliyyat tədbiri barədə tapşırıq verilsədə nəticəsi barədə hər hansı bir məlumat aşkar olunmamışdır. İş materiallarına əlavə olunmuş 10 noyabr 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Ağcabədi RPŞ-si Təhqiqat bölməsində Şəxs əməlində cinayət tərkibi olmadığından barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qəbul edilmiş qərarın surəti Ağcabədi RPŞ-si İTB-nə göndərilmişdir. Həmin qərara əsasən Ağcabədi RPŞ-nin İTB-nin sahə rəisi İlqar Babayev Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün Ağcabədi Rayon Məhkəməsinə göndərmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və şahid Ağcabədi rayon poils şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı X1 izahatlarını dinləyib iş materiallarını araşdırarq hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığı üçün iş üzrə icraata xitam verilməlidir. Belə ki, Şəxs barəsində ekspertiza keçirilməmiş, əlavə əməliyyat tədbiri barədə tapşırıq verilsədə nəticəsi barədə hər hansı bir məlumat aşkar olunmamışdır. Azərbaycan Respublikası İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə, o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İXM-nin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Beləliklə, hesab edirəm ki, Şəxs əməlində inzibati xəta tərkibi olmadığı üçün onun barəsində inzibati xəta işi üzrə icraata xitam verilməlidir Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 53, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata, onun əməlində inzibati xəta tərkibi olmadığı üçün xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şirvan Apellyasiya məhkəməsinə şikayət və protest verilə bilər. Hakim Etibar Quliyev
Məhkəmə qərarları › İş №3(017)-970/2023
Ağcabədi Rayon Məhkəməsi Qərar — İş №3(017)-970/2023
04.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver