Azərbaycan Respublikası adından QƏRAR Ağcabədi rayonu İş № 3(017)-98/2025 04.03.2025 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Ağcabədi Rayon Məhkəməsinin hakimi Quliyev Etibar Bəhrəm oğlu, Paşayev Şamxal Yəhya oğlunun katibliyi, X1 iştirakı ilə, X1 Azərbaycan Respublikası DİN Baş Dövlət Yol polisi idarəsinin 02 fevral 2025-ci il tarixli EQ 25855763 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarının ləğv edilməsi barədə ərizəsinə baxaraq m ü ə y y ə n e t d i m: X3 barəsində inzibati xəta haqqında Azərbaycan Respublikası İXM-nin 328.4-cü maddəsi ilə protokol tərtib edilmişdir ondan ötrü ki, o, 01 fevral 2025-ci il tarixdə yolda müəyyən edilmiş hərəkət sürətini aşmışdır. “İnzibati tənbeh vermə haqqında” EQ 25855763 nömrəli qərara əsasən X4 Azərbaycan Respublikası İXM-nin 328.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törətdiyinə görə təqsirli bilinib 300 (üç yüz) manat məbləğində cərimə olunmuşdur. Məhkəmə iclasında şikayətçi X4 izahatında göstərdi ki, 01 fevral 2025-ci il tarixdə etibarnamə əsasında idarə etdiyi “VAZ 21074” markalı ** SJ *** dövlət qeydiyyat nişanlı avtomobil ilə hərəkətdə olarkən yolda müəyyən edilmiş hərəkət sürətini 75 km/saat həddində aşmağa görə barəsində Azərbaycan Respublikası İXM-nin 328.4-cü maddəsinə əsasən EQ 25855763 nömrəli, inzibati tənbeh vermə haqqında elektron qərar tərtib edilmişdir. Qərarın əsassız tərtib edildiyini, həmin vaxt mal bazarı olduğu üçün 20 km/saat sürətlə hərəkət etdiyini, heç bir sürət həddini aşmadığını əsas gətirərək 02 fevral 2025-ci il tarixli EQ 25855763 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə şikayətçini dinləyib, ərizə və ona əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 135-ci maddəsinə əsasən İnzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmalıdır. Azərbaycan Respublikası İXM-nin 99.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata başlamağa, inzibati xətanın mövcudluğunu göstərən xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi səbəb olur. Azərbaycan Respublikası İXM-nin 100.1.8-ci maddəsinə əsasən inzibati xəta haqqında inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar göstərilməlidir. İş materiallarına əlavə olunmuş inzibati tənbeh vermə haqqında elektron qərardan görünür ki, “VAZ 21074” markalı ** SJ *** dövlət qeydiyyat nişanlı avtomobil hərəkətdə olarkən yolda müəyyən edilmiş hərəkət sürətini 75 km/saat həddində aşmış və avtomobilin foto görüntüsü qeyd edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, X2 həddin aşdığı üçün barəsində inzibati tənbeh vermə haqqında elektron qərar qəbul olunmuşdur. Bundan başqa həmin vaxt X4 idarə etdiyi avtomobilin yolda müəyyən olunmuş sürət həddi ilə hərəkət etməsi barədə video görüntünü, yol hərəkəti qaydasını pozmamasını təsdiq edən hər hansı mötəbər sübut və dəlili məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinin tələbindən görünür ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməl (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Başqa sözlə, şəxsin əməlində inzibati xətanın tərkibini təşkil edən 4 element-obyekt, obyektiv tərəf, subyektiv tərəf və subyekt olduqda, o, inzibati məsuliyyətə cəlb edilə və inzibati tənbeh tədbirinə məruz qala bilər. İnzibati xəta tərkibinin bu elementlərindən biri olmadıqda, şəxsin əməlində inzibati xətanın tərkibinin mövcudluğu istisna edilir. Azərbaycan Respublikası İXM-nin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130, 135-ci maddələrini rəhbər tutaraq, qərara aldım: Şikayət təmin edilməsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Etibar Quliyev
Məhkəmə qərarları › İş №3(017)-98/2025
Ağcabədi Rayon Məhkəməsi Qərar — İş №3(017)-98/2025
04.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver