Məhkəmə qərarları › İş №3(018)-1/2023

Astara Rayon Məhkəməsi Qərar — İş №3(018)-1/2023

02.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Astara rayonu İş № 3(018)-1/2023 02.03.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Astara rayon Məhkəməsinin hakimi İbrahimov Zamin Vəliyəddin oğlunun sədrliyi, hakim köməkçisi Əsədullayev İrfan İlyas oğlunun katibliyi, X1 vəkili Vəkil və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Lənkəran-Astara regional şöbəsinin nümayəndəsi X4 iştirakları ilə, X1 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Lənkəran-Astara regional şöbəsinin 08 iyul 2022-ci il tarixli, MN ******* saylı qərarın ləğv olunmasına dair şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X5 məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Lənkəran-Astara regional şöbəsinin rəisi X8 tərəfindən qəbul olunmuş 08 iyul 2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv olunmasını məhkəmədən xahiş etmişdir. Astara rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(018)-631/2022 saylı qərarı ilə X3 şikayəti təmin edilmiş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Lənkəran regional ərazi şöbəsinin rəisi X8 tərəfindən qəbul olunmuş 08 iyul 2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Lənkəran-Astara regional şöbəsi tərəfindən verilmiş apelyasiya şikayəti əsasında Şirvan Apelyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(106)-474/2022 saylı qərarı ilə Astara rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(018)-631/2022 saylı qərarı ləğv edilmiş və iş yenidən baxılması üçün Astara rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən şikayət vermiş X3 vəkili Vəkil şikayəti müdafiə edərək göstərdi ki, X5 barəsində 17 iyun 2022-ci il tarixdə Astara rayon prokurorluğu tərəfindən Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə inzibati xətaya dair iş üzrə icraatın başlanılması haqqında qərar qəbul edilmiş, həmin qərar baxılması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Lənkəran regional ərazi şöbəsinə göndərilmişdir. İnzibati xətaya dair iş üzrə icraata başlanmasına səbəb o olmuşdur ki, guya, işəgötürən “X19” MMC-yə məxsus Astara rayon ərazisində yerləşən torpaq sahəsində əmək qanunvericiliyin tələbləri pozularaq əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən fiziki şəxs X16 və X7 işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Lənkəran regional ərazi şöbəsinin xx.xx.2022-ci il tarixdə tərtib edilmiş MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarına əsasən “X19” MMC-nin vəzifəli şəxsi X5 4000 (dörd min) manat məbləğində cərimə ilə inzibati qaydada tənbeh edilmişdir. Sözügedən inzibati tənbeh vermə haqqında qərar əsassız və qanunsuz olduğu üçün ləğv edilməlidir. Belə ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Lənkəran regional ərazi şöbəsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normaları kobudcasına pozulmuş, hüquqlarını müdafiə etdiyim X5 tərəfindən inzibati xəta törədilməməsinə baxmayaraq barəsində sanksiya tətbiq edilmiş, nəticə etibarilə Azərbaycan Respublikası İXM-nin 8-ci maddəsilə müəyyən eidlmiş təqsirsizlik prezumpsiyası işə baxan orqan tərəfindən kobud şəkildə pozulmuşdur. Həmçinin hüquqlarını müdafiə etdiyim X5 barəsində hər hansı inzibati araşdırma aparılmamış, işəgötürən Cəmiyyətin nümayəndəsi prosesə cəlb olunmamış, ümumiyyətlə aparılan ibtidai araşdırma zamanı nə barəsində icraat aparılan şəxs kimi hüquqlarını müdafiə etdiyim X5, nə də sözügedən işçilər aparılan icraata cəlb edilməmişdir. Qeyd olunan prosessual pozuntularla yanaşı, iş üzrə maddi hüquq normaları da pozulmuş, hüquqlarını müdafiə etdiyim X3 əməlində inzibati xəta tərkibi olmadığı halda barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaya dair iş üzrə icraatın başlanması haqqında qərar qəbul edilmişdir. “X19” Məhdud Məsuliyyətli Cəmiyyəti işəgötürən hüquqi şəxs kimi hər iki işçi ilə - X16 və X11 ilə 25 və 26 noyabr 2021-ci il tarixlərdə müddətsiz əmək müqaviləsi bağlamış, hər iki şəxs də həmin tarixlərdən əmək fəaliyyətinə başlamışlar. Bundan sonra onlarla bağlanmış əmək müqaviləsi ilə bağlı bildirişlər müvafiq olaraq sistemə daxil olunmuşdur. Sözügedən halla bağlı hüquqi şəxs kimi “X19” MMC barəsində 17 iyun 2022-ci il tarixdə Astara rayon prokurorluğu tərəfindən Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə inzibati xətaya dair iş üzrə icraatın başlanılması haqqında qərar qəbul edilmiş, həmin qərar və əlavə edilmiş sənədlər baxılması üçün Astara rayon Məhkəməsinə göndərilmişdir. Astara rayon Məhkəməsinin 27 sentyabr 2022-ci il tarixli, 3(018)-631/2022 saylı qərarı ilə hüquqi şəxs «X19» Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. X2 barəsində 17 iyun 2022-ci il tarixdə inzibati xətaya dair iş üzrə icraatın başlanması haqqında qərarın qəbul edilməsindən 3 aydan artıq müddət keçməsinə baxmayaraq bugünədək iş üzrə yekun qərar qəbul edilmədiyindən İXM-nin 38ci maddəsində nəzərdə tutulmuş müddətlər də keçmişdir. Odur ki, X5 barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Lənkəran regional ərazi şöbəsinin rəisi X8 tərəfindən qəbul olunmuş 08 iyul 2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv olunmasını barədə qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Lənkəran-Astara regional şöbəsinin nümayəndəsi X6 verdiyi izahatında göstərdi ki, X1 şikayəti ilə tanış olmuşlar. Astara rayon prokurorluğu tərəfindən X5 barəsində vəzifəli şəxs kimi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati xətaya dair icraatın başlanması barədə qərar qəbul edilmiş və baxılması üçün üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Lənkəran regional ərazi şöbəsinə göndərilmişdir. Araşdırma əsasında X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulduğu əməli törətdiyi sübuta yetirildiyindən barəsində 4000 manat məbləğində cərimə tənbehi tətbiq edilmişdir. Qəbul olunmuş qərar tamamilə qanuni və əsaslıdır. Ona görə də X5 tərəfindən verilmiş şikayətin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş edir. Məhkəmə proses iştirakçılarını dinləyib, toplanmış sübutları tədqiq edib, işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxıb, sübutları qanuna və daxili inamına əsasən qiymətləndirib belə hesab edir ki, şikayət təmin olunmamalı və X5 barəsində olan 08 iyul 2022-ci il tarixli, MN ******* saylı qərar dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Lənkəran-Astara regional şöbəsinin 08 iyul 2022-ci il tarixli, MN ******* saylı qərarından görünür ki, X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinib 4000 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. - qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. - bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. - bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. - bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. - şikayət və ya protest baxılarkən inzibati xəta haqqında iş üzrə qərarın buna səlahiyyətli çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) tərəfindən qəbul edilməsi müəyyən edildikdə, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılması üçün göndərilməsi haqqında. İşin sadalanan hallları əsas götürən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Lənkəran-Astara regional şöbəsinin rəisi X8 tərəfindən qəbul olunmuş 08 iyul 2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğvi üçün əsaslar mövcud olmadığına görə şikayət təmin olunmamalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: X5 tərəfindən verilmiş şikayət təmin edilməsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Lənkəran-Astara regional şöbəsinin rəisi X8 tərəfindən qəbul olunmuş 08 iyul 2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan Astara rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Zamin İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar