Azərbaycan Respublikası adından QƏRARDAD Astara rayonu İş № 3(018)-1/2025 07.01.2026 ASTARA RAYON MƏHKƏMƏSİ X2 Məmmədovun sədrliyi X4 ilə, X3 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 1 X9 və Təbii Sərvətlər İdarəsinin rəisi X10 tərəfindən qəbul edilmiş 09 mart 2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından şikayətinə baxmağa hazırlıq zamanı, MÜƏYYƏNETDİM: X7 xx.xx.2023-cü il tarixdə xx.xx.2021-ci il tarixli MN ******* nömrəli protokol əsasında qəbul olunmuş 09 mart 2022-ci il tarixdə MN ******* nömrəli qərardan şikayət vermişdir. X7 onun iştirakı olmadan, ondan xəbərsiz olaraq barəsində Ekologiya və təbii sərvətlər Nazirliyinin müvafiq qurumu tərəfindən MN ******* saylı protokol tərtib edilərək MN ******* saylı qərar qəbul edildiyini, həmin protokolda xüsusi mülkiyyətində olan və ona məxsus Astara şəhəri, Mirzə Rəhimov küçəsində yerləşən torpaq sahəsində 2 ədəd ağac kəsildiyi qeyd olunduğunu, lakin tərtib edilmiş protokolda ağacın kəsimi ilə bağlı foto şəkillərin olması bildiriməsinə baxmayaraq tanışlıq zamanı hər hansı sübut və ya dəlil təqdim olunmadığını əsas gətirərək Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 1 X9 və Təbii Sərvətlər İdarəsinin rəisi X10 tərəfindən qəbul edilmiş 09 mart 2022ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Astara Rayon Məhkəməsinin 3(018)-381/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərardadına əsasən X7 tərəfindən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə şikayət məhkəmə icraatına qəbul edilmiş və məhkəmə iclası 18 may 2023-cü il tarixə, saat 16:30a Astara Rayon Məhkəməsinin binasına təyin edilmişdir. Astara Rayon Məhkəməsinin 3(018)-381/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadına əsasən barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmıçş X3 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 1 X9 və Təbii Sərvətlər İdarəsinin rəisi X10 tərəfindən qəbul edilmiş 09 mart 2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından şikayətə dair inzibati iş üzrə məhkəmə tikintitexniki ekspertizası təyin edilmişdir. Astara Rayon Məhkəməsinin 3(018)-1/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərarına əsasən X3 şikayəti təmin edilməmiş, X7 barəsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 X9 və Təbii Sərvətlər İdarəsinin rəis əvəzi X10 tərəfindən qəbul edilmiş MN ******* nömrəli, xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılmışdır. X1 Rayon Məhkəməsinin 3(018)-1/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərarının ləğv olunması barədə apellyasiya şikayəti vermişdir. Şirvan Apellyasiya Məhkəməsinin 3(106)-624/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərarına əsasən şikayət qismən təmin edilmiş, Astara Rayon Məhkəməsinin şikayətin baxılmağa hazırlanması haqqında 3(018)-1/2025 nömrəli, 04 may 2023-cü il tarixli qərardadı və şikayətin təmin olunmaması haqqında 3(018)-1/2025 nömrəli, 12 sentyabr 2025-ci il tarixli qərarı ləğv olunaraq, inzibati xəta haqqında materiallar Astara Rayon Məhkəməsinə şikayətə baxılmağa hazırlıq mərhələsinə qaytarılmışdır. Məhkəmə şikayətə baxmağa hazırlıq zamanı iş materiallarını araşdırıb hesab edir ki, X7 inzibati tənbeh vermə haqqında qərardan qanunvericilikdə nəzərdə tutulmuş şikayət vermə müddətini buraxdığından və müddətin bərpası üçün vəsatət vermədiyindən şikayətin icraata qəbuldan imtina olunmalı və geri qaytarılmalıdır. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 1 X9 və Təbii Sərvətlər İdarəsinin rəisi X10 tərəfindən 09 mart 2022-ci il tarixdə qərar qəbul edilmişdir. X7 tərəfindən verilmiş şikayət ərizəsi isə 20 gündən artıq müddət keçdikdən sonra, yəni xx.xx.2023-cü il tarixdə Astara Rayon Məhkəməsinin icraatına daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.2-ci maddəsinə əsasən, Bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.3-cü maddəsinə əsasən, buraxılmış müddətin bərpası qeyri-mümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən aşağıdakı məsələlər həll edilir: 132.1.1. inzibati xəta haqqında iş həmin hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) aiddirmi; 132.1.2. inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar mövcuddurmu; 132.1.3. vəsatətlərə baxılır, zəruri olduqda ekspertiza təyin edilir, əlavə materiallar tələb olunur, şikayətə və ya protestə baxılma üçün lazım olan şəxslər çağırılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132.1.2 və 53-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 11 noyabr 2021-ci il tarixli Qərarına əsasən, İnzibati xəta haqqında iş üzrə qərardan verilmiş şikayətin və ya protestin mümkünlüyünün yoxlanılması ilə bağlı müraciətdə qaldırılmış məsələyə gəlincə isə qeyd edilməlidir ki, İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən, bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1– 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Buraxılmış müddətin bərpası qeyrimümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir (130.2 və 130.3-cü maddələr). Göründüyü kimi, İnzibati Xətalar Məcəlləsinin 130-cu maddəsində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest vermə müddəti müəyyən edilmiş, habelə buraxılmış müddətin bərpa olunmasının mümkünlüyü nəzərdə tutulmuşdur. X11 Məcəlləsinin həmin maddəsi inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest vermə müddətinin buraxıldığı hallarda həmin qərardan verilən şikayətin (protestin) mümkünlüyünün yoxlanılmasına dair prosessual qaydaları təfsilatı ilə müəyyən etməmişdir. Beləliklə, Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, inzibati xətalar qanunvericiliyində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest vermə müddətinin buraxılıb-buraxılmamasının müəyyən edilməsi, habelə şikayət və ya protestin mümkünlüyü ilə əlaqədar digər prosessual məsələlər (şikayətin səlahiyyəti olan şəxs tərəfindən verilib-verilməməsi, imzalanıb-imzalanmaması və s.) kifayət qədər tənzimlənməmişdir. Odur ki, Konstitusiya Məhkəməsinin Plenumu mövcud qanunvericilik normalarından, həmçinin özünün əvvəlki hüquqi mövqeyindən çıxış edərək hesab edir ki, inzibati xəta haqqında iş üzrə məhkəmə qərarından verilmiş şikayət və ya protest vermə müddətinin buraxılıb-buraxılmamasının yoxlanılması ilə əlaqədar prosessual məsələlərin tənzimlənməsi zamanı cinayət-prosessual qanunvericiliyinin müvafiq normaları qanunun analogiyası üzrə tətbiq edilməlidir. Belə ki, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair” 2016-cı il 2 noyabr tarixli Qərarında qeyd olunmuşdur ki, cinayət-prosessual qanunvericiliyinin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. İnzibati Xətalar Məcəlləsinin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da, bu, həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin. Qanunun analogiya üzrə tətbiqi konkret hüquq münasibətlərini tənzimləyən normanın olmamasını və bu hüquq münasibətlərinə oxşar münasibətləri tənzimləyən digər qanun normasının tətbiqini nəzərdə tutur. Məhz konkret normanın olmaması qanunun analogiya üzrə tətbiqini onun təfsirindən fərqləndirən əsas əlamətdir. Hüquq nəzəriyyəsində formalaşmış fikrə əsasən, hüququn təfsiri normanın mətninin mənasının aydınlaşdırılması və izahıdır. Hüquqi boşluq isə əksinə, hüquqi məsələni tənzimləyən normativ mətnin olmamasını və ya natamam olmasını nəzərdə tutur. Normativ akt konkret mübahisəli məsələnin həlli üçün nəzərdə tutulduqda, lakin nəticə etibarı ilə mətninin ikimənalılığı və ya qeyri-dəqiqliyinə görə deyil, natamamlığına görə bunu etmək qabiliyyətində olmadıqda boşluq yaranır. Beləliklə, baxmayaraq ki, hüquqi boşluğun müəyyən edilməsi yalnız hüquq normasının təfsir edilməsindən sonra mümkün olur, onun aradan qaldırılması hüquq normasının təfsiri prosesi çərçivəsində həyata keçirilmir. Hüquq tətbiqedən normanın məzmununu, o cümlədən nəzərdə tutulan mənanı müəyyən etməklə həmin normanın qeyri-müəyyənliyini və ikimənalılığını aradan qaldırmış olur. Boşluğun aradan qaldırılması zamanı isə hüquq tətbiqedən faktiki olaraq konkret hüquqi mübahisənin birdəfəlik həlli üçün qanunvericiliklə müəyyən edilmiş meyarlara müvafiq davranış qaydası müəyyənləşdirir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – Cinayət- Prosessual Məcəlləsi) XLVİİ fəsli məhkəmələrin hökm və qərarlarına apellyasiya qaydasında yenidən baxılmasına dair prosessual münasibətləri tənzimləyir. Həmin Məcəllənin 386.2-ci maddəsinə əsasən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilmə müddətinin bərpa edilməsi məsələsi birinci instansiya məhkəməsində məhkəmə iclasında sədrlik edən və ya hakim tərəfindən həll edilir. Cinayət-Prosessual Məcəlləsində apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi qaydasına, apellyasiya şikayətinə və ya apellyasiya protestinə dair tələblərə, həmçinin apellyasiya şikayətinin və apellyasiya protestinin verilməsinin nəticələrinə dair müddəalar öz əksini tapmışdır (385, 387 və 389-cu maddələr). Eyni zamanda Cinayət-Prosessual Məcəlləsinin 391.4-cü maddəsinə müvafiq olaraq, bu Məcəllənin 386 və 387-ci maddələrinin tələbləri yerinə yetirilmədikdə apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin və ya apellyasiya protestinin hərəkətsiz saxlanılması barədə qərar çıxarır və öz qərarı ilə həmin tələblərin yerinə yetirilməsi üçün 10 (on) gündən 20 (iyirmi) günədək müddət təyin edir. Təyin edilmiş müddət ərzində həmin tələblər yerinə yetirilmədikdə, apellyasiya instansiyası məhkəməsinin qərarı ilə apellyasiya şikayəti və ya apellyasiya protesti verilməmiş hesab edilir və baxılmamış saxlanılır. Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, hazırda qüvvədə olan inzibati xətalar qanunvericiliyinin inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protestin verilməsi ilə əlaqədar prosessual münasibətləri tənzimləyən normalarının təkmilləşdirilməsi məqsədəmüvafiqdir. Qeyd edilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı nəticələrə gəlir:- İnzibati Xətalar Məcəlləsinin 132.1.2-ci maddəsinin “inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar” müddəası yalnız həmin Məcəllənin 53-cü maddəsində göstərilən, mahiyyəti üzrə işə baxmadan və sübutları qiymətləndirmədən icraatı rədd edən halları ehtiva edir; - bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqeyə uyğun olaraq, inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protestin verilməsi ilə bağlı məsələlər cinayət-prosessual qanunvericiliyinin analoji normaları əsasında həll edilməlidir. Bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqeyə uyğun olaraq, inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protestin verilməsi ilə bağlı məsələlər cinayət-prosessual qanunvericiliyinin analoji normaları əsasında həll edilməsi qərara alınmışdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, X3 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 1 X9 və Təbii Sərvətlər İdarəsinin rəisi X10 tərəfindən qəbul edilmiş 09 mart 2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətin icraata qəbulundan imtina olunmalı, buraxılmış müddətin bərpasına dair müraciət etmək hüququ izah olumalı və şikayəti geri qaytarılmalıdır. Qeyd olunanları və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 126, 130, 132-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: X3 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 1 X9 və Təbii Sərvətlər İdarəsinin rəisi X10 tərəfindən qəbul edilmiş 09 mart 2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətin icraata qəbulundan imtina olunsun və şikayət və əlavə olunmuş sənədlər geri qaytarılsın. X5 qərardadda göstərilən nöqsanlar aradan qaldırdıqdan sonra təkrarən məhkəməyə müraciət etmək hüququ izah olunsun. Sədrlik edən Bəxtiyar Məmmədov
Məhkəmə qərarları › İş №3(018)-1/2025
Astara Rayon Məhkəməsi Qərardad — İş №3(018)-1/2025
07.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver