Azərbaycan Respublikası adından QƏRAR Astara rayonu İş № 3(018)-10/2023 13.02.2023 ASTARA RAYON MƏHKƏMƏSİ X24 Aslan oğlunun sədrliyi, Cavadov Rüfət Şahverən oğlunun katibliyi, "xxxx" MMC-nin direktoru X11 nümayəndəsi və vəkili Vəkil Şıxsafa oğlunun və Azərbaycan Respublikası Əmək və əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidməti Lənkəran-Astara regional şöbəsinin nümayəndəsi X1 iştirakı ilə, Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə tərtib olunmuş MN ******* nömrəli nömrəli, 12 dekabr 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməsi barədə "xxxx" MMC-nin direktoru X18 tərəfindən verilmiş şikayət ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi : "xxxx" MMC-nin direktoru X2 Rayon Məhkəməsinə müraciət edərək, barəsində olan Azərbaycan Respublikası Əmək və əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidməti Lənkəran-Astara regional şöbəsinin MN ******* nömrəli, 12 dekabr 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmədə "xxxx" MMC-nin direktoru X11 nümayəndəsi və vəkili Vəkil Şıxsafa oğlu göstərdi ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidməti Lənkəran- Astara regional şöbəsinin İnzibati tənbeh verma haqqinda xx.xx.2022-ci il tarixli MN ******* nömrəli qərarı ilə X11 4000 (dörd min) manat məbləğində cərimə edilmişdir.Əmək Müfəttisliyi derarını onunla əsaslandırmışdır ki, mənim tərfimdən Azərbaycan Respublikasinin Əmek Məcəlləsinin 42,44,49-cu maddələrinin tələbləri pozularaq əmək müqaviləsi hüquqi qüvvəyə minmədən fiziki şəxslər- X3,X8, X16, X9 və X5 işlərin, xidmətlərin yerinə yetirməsinə cəlb edilmislər. Əmək Müfəttişliyinin bu qərarı qanunsuz və əsassız olduğundan və qanunvericiliyin tələblərinə əməl olunmadan tərtib edildiyindən ləğv edilməlidir. Belə ki, Astara rayon prokurorluğu tərəfindən vətəndaş X6 şikayət ərizəsinin araşdırılmasının nəticəsi olaraq prokurorluq tərəfindən inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında xx.xx.2022-ci il tarixli 149C-22 nömrəli qərar qəbul edilmişdir. Həmin qərarın surəti Əmək Müfəttişliyi Xidməti Lənkəran-Astara regional söbəsinə göndərilmişdir. Sonuncu isə fakt üzrə heç bir arasdirma aparmadan Emil Məmmədovun cərimə edilməyi qərarına gəlmiş və bununla bağli yuxarida göstərilən qərar qəbul etmisdir. Əmək Müfəttişliyi heç bir araşdirma aparmadan Astara Rayon Prokurorluğunun qərarınında göstərilənləri əsas tutaraq qərar vermişdir. Yuxarıda adları sadalanan fiziki şəsxlər müxtəlif vaxtlarda 2020-2021-ci il dövrünə qədər "Astaraçay” MMC-də müxtəlif işlərdə işləmişlər. Lakin onlarla bağlanmış əmək müqavilələrinə xitam verildikdən sonra həmin şəxslər müəssisədə işləməmişlər. Prokurorluğun qərarında onların 2022-ci ilin oktyabr ayına qədər işlədikləri göstərilmişdir."xxxx" MMC-yə məxsus sahəliərdə iş və yığım ancaq payız mövsümündə oktyabr ayının ikinci yarısından sonra başlayır. Həmin vaxta kimi həmin sahədə iş olmur.Əmək müfəttişliyinin vəzifə borcu olaraq əmək müqaviləsi olmadan işə cəlb olunmaş şəxslərin dairəsini konkret müəyyənləşdirərək müfəttişliyə dəvət edərək araşdırmalı olduğu məslələri- həmin şəxslərin hansı peşədə işləməsi, hansı sahədəişləmələri, hansı qaydada və nə qədər əmək haqqı almaları, kimin tərəfindən əmək müqaviləsiz işlərə cəlb olunmaları, konkret olaraq hansı dövrlərdə işə cəlb olunmaları, dəymiş zərərin miqdarını və sairəni araşdırmadan sadəcə olaraq prokurorluğun qərarında yazılmış ümumi sözlərlə kifayətlənərək qərar qəbul etmişdir. Onların izahatları alınmamışdır. Cavabdeh şəxslərin dairəsi müəyyən edilməmişdir. X18 "xxxx" MMC-nin ümumi rəhbəri kimi Cəmiyyətə rəhbərliyi həyata keçirir. Təsərrüfat sahələri Respublikanın rayonları ərazisində yerləşdiyindən və geniş ərazini əhatə etdiyindən hər bir təsərrüfat ərazisinin inzibati -təsərrüfat fəliyyətinə nəzarət edən cavabdeh şəxs təyin edilmişdir və həmin ərazidə Cəmiyyətin fəaliyyətinə, işçilərin işə cəlb olunmasına və sairəyə həmin vəzifəli şəxs cavabdehdir. Göstərilən sahədə də inzibati-təsərrüfat fəaliyyətinə nəzarət edən səlahiyyətli vəzifəli şəxs qismində MMC-nin sahələr, istehslat və satınalma təminatı üzrərəhbəri X13 təyin edilmiş və bu barədə xx.xx.2021-ci il tarixli əmr verilmişdir. Əgər həmin sahədə əmək müqaviləsi bağlanmadan fiziki şəxslər işə cəlb olunsaydılar belə, onda cavabdeh vəzifəli şəxs kimi Vüsal Əhmədov cəlb olunmalı idi. İnzibati Xətalar Məcəlləsinin 17-ci maddəsində inzibati məsuliyyətə cəlb edilə bilən vəzifəli şəxslərin anlayışı verilmiş və göstərilmişdir ki, müəssisələrdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti çalışan vəzifəli şəxslər törətdikləri inzibati xətaya görə inzibati məsuliyyət daşıyırlar. Göstərilənləri nəzərə alaraq, "xxxx" MMC-nin direktoru X18 barəsində Azərbaycan Respublikası Əmək və əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidməti Lənkəran-Astara regional şöbəsi tərəfindən tərtib edilmiş MN ******* nömrəli, 12 dekabr 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etdi. Məhkəmədə Azərbaycan Respublikası Əmək və əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidməti Lənkəran-Astara regional şöbəsinin nümayəndəsi X7 bildirdi ki, Azərbaycan Respublikası Əmək və əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidməti Lənkəran-Astara regional şöbəsi tərəfindən "xxxx" MMC-nin direktoru X18 barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsilə tərtib edilmiş MN ******* nömrəli, 12 dekabr 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar Astara rayon prokurorluğunun xx.xx.2022-ci il tarixli qərarı əsasında qanunauyğun olaraq qəbul edilmişdir və həmin qərarın ləğv edilməsi üçün heç bir əsas yoxdur. Göstərilənləri nəzərə alaraq,"xxxx" MMC-nin direktoru X11 barəsində olan Azərbaycan Respublikası Əmək və əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidməti Lənkəran-Astara regional şöbəsinin MN ******* nömrəli, 12 dekabr 2022ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə şikayətinin təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə "xxxx" MMC-nin direktoru X11 nümayəndəsi və vəkili Vəkil Şıxsafa oğlunu və Azərbaycan Respublikası Əmək və əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidməti Lənkəran- Astara regional şöbəsinin nümayəndəsi X4 dinləyib, iş sənədini tam, hərtərəfli və obyektiv tədqiq edərək hesab edir ki, hazırki inzibati xəta haqqında iş üzrə qəbul edilmiş qərar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinin kobud surətdə pozularaq tərtib edildiyindən şikayət təmin edilməlidir. İşə əlavə edilmiş "xxxx" MMC-nin direktoru X11 xx.xx.2021-ci il tarixli 33.2/İ nömrəli əmrinin surətindən görünür ki, "xxxx" MMC-nin Lənkəran-Astara rayonlarının sahələri üzrə təşkilatisərəncamverici və inzibati-təsərrüfat fəaliyyətinə rəhbərlik edilməsi MMC-nin sahələr, istehsalat və satınalma təminatı üzrə rəhbəri X10 həvalə edilmişdir. Azərbaycan Respublikası İXM-nin 131.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə daxil olduğu gündən on gün müddətində baxılır. Azərbaycan Respublikası İXM-nin 135.1.1-cı maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Azərbaycan Respublikası İXM-nin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətlərə və ya protestə baxarkən məhkəmə, bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edir. Məhkəmə, iş sənədlərini tam, hərtərəfli və obyektiv tədqiq edərək hesab edir ki, Azərbaycan Respublikası Əmək və əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidməti Lənkəran-Astara regional şöbəsi tərəfindən "xxxx" MMC-nin direktoru X18 barəsində 12 dekabr 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar qəbul edilən zaman, "xxxx" MMC-nin direktoru X11 xx.xx.2021-ci il tarixli 33.2/İ nömrəli əmri ilə "xxxx" MMC-nin Lənkəran-Astara rayonlarının sahələri üzrə təşkilatisərəncamverici və inzibati-təsərrüfat fəaliyyətinə rəhbərlik edilməsi MMC-nin sahələr, istehsalat və satınalma təminatı üzrə rəhbəri X10 həvalə edilmişi nəzərə alınmayaraq, nəticədə iş üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmaması səbəbindən, Azərbaycan Respublikası Əmək və əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidməti Lənkəran-Astara regional şöbəsinin rəisi Etibar Vəliyev tərəfindən X18 barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə tərtib edilmiş MN ******* nömrəli, 12 dekabr 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və inzibati iş yenidən araşdırılması üçün Azərbaycan Respublikası Əmək və əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidməti Lənkəran-Astara regional şöbəsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 131, 134.1.4 və 135.1.1-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: "xxxx" MMC-nin direktoru X11 şikayəti təmin edilsin. Azərbaycan Respublikası Əmək və əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidməti Lənkəran-Astara regional şöbəsinin rəisi Etibar Vəliyev tərəfindən X18 barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə tərtib edilmiş MN ******* nömrəli, 12 dekabr 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati iş yenidən araşdırılması üçün Azərbaycan Respublikası Əmək və əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidməti Lənkəran- Astara regional şöbəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №3(018)-10/2023
Astara Rayon Məhkəməsi Qərar — İş №3(018)-10/2023
13.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver