Məhkəmə qərarları › İş №3(018)-1002/2024

Astara Rayon Məhkəməsi Qərar — İş №3(018)-1002/2024

03.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Astara rayonu İş № 3(018)-1002/2024 03.12.2024 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Meybullayeva Şəfiqə Eldar qızının sədrliyi, Həbibov Elnar Elman oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, Astara RPŞ-nin İTB-nin sahə rəisi, polis mayoru X2 iştirakları ilə xx xxx 1980-ci il tarixdə Astara rayonu, Ərçivan qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən, Astara rayonu, Ərçivan qəsəbəsində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİM: İnzibati xəta haqqında materialdan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 09:00 radələrində Astara RPŞ-nin İTB-nin sahə rəisi, polis kapitanı X1 rayon Ərçivan kənd ərazisində xidmətdə olan zaman Şəxs üzərində sənədsiz mülki ov silahının olmasını görmüşdür. Polis əəəməkdaşlaaarrrı tərəfindən Şəxs yaxınlaşılaraq silahın sənədlərinin olub-olmaması soruşulmuş, onda olan “İJ-” markalı, qoşa lülə, 06760 nömrəli ov silahının müvafiq şəhadətnaməsi olmadığı müəyyən edilmişdir. Astara RPŞ-nin İTB-nin sahə rəisi, polis kapitanı X7 tərəfindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə 02 noyabr 2024-cü il tarixli MN ******* nömrəli protokol tərtib edilmiş və baxılması üçün Astara Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Astara RPŞ-nin İTB-nin sahə rəisi, polis mayoru X5 tərtib edilən protokolun qanuni və əsaslı olmasının nəzərə alınaraq Şəxs barəsində tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Şəxs izahatında bildirmişdir ki, 02 noyabr 2024-cü il tarixdə təxminən saat 09 radələridə Astara rayon Ərçivan qəsəbəsi ərazisində öz pay torpağı ərazisində çöl quşu ovlamaq məqsədi ilə ona babasından qalan ov silahı ilə olmuşdur. Həmin zaman polis əməkdaşları onu görüb yaxınlaşaraq,özlərini təqdim edib,ov etməyinin inzibati xata olduğunu bildirmiş, həmçinin ov silahının müvafiq sənədlərinin olmadığını müəyyən edərək onu Astara rayon polis şöbəsinə dəvət etmişlər. Etdiyi inzibati xətanı səmimi olaraq qəbul edib, gələcəkdə ov edərkən müəyyən edilmiş yerlərə gedəcəyini ,həmçinin bunun üçün müvafiq sənədləri olan ov silahından istifadə edəcəyinə dair söz vermişdir. Barəsində yüngül tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan maddi sübutun götürülməsi haqqında 02 noyabr 2024-ci il tarixli aktdan görünür ki, Şəxs “İJ-” markalı, qoşa lülə, 06760 nömrəli müvafiq sənədləri olmayan mülki ov tüfəngi götürülərək saxlanılması üçün Astara rayon Polis Şöbəsinin növbətçi hissəsinə təhvil verilmişdir. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmiş və həmin xətanın törədilməsində təqsirlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsin 590.2-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almamış şəxslər tərəfindən mülki silahın və ya onun üçün döyüş sursatının əldə edilməsi, saxlanılması, daşınması, başqa şəxslərə verilməsi və ya satılmasına görə silah və döyüş sursatı müsadirə edilməklə səksən manatdan yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şəxs məsuliyyətini yüngülləşdirən hal kimi səmimi peşmançılığı müəyyən edilmiş, məsuliyyəti ağırlaşdıran hal müəyyən edilməmişdir. İş materiallarını araşdırıb, törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən halları nəzərə alaraq Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati tənbeh tədbiri – silah və döyüş sursatı müsadirə edilməklə cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edirəm. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34, 40, 43, 114, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARAALDİM: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində Astara RPŞ-də saxlanılan, inzibati xətanın törədilməsində alət olmuş “İJ-” markalı, qoşa lülə, 06760 nömrəli ov tüfəngi müsadirə edilməklə 80 (səksən) manat məbləğində inzibati cərimə tənbeh növü tətbiq edilsin. Müsadirə edilmiş əmlak Azərbaycan Respublikası DİN-nin Təchizat İdarəsinə təhvil verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Astara Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və protest verilmədikdə qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qərar qanuni qüvvəyə minir. Sədrlik edən: Şəfiqə Meybullayeva İş № 3(011)-1452/2020 İnzibati xəta haqqında işlər üzrə məhkəmə iclasının protokolu Bakı şəhəri Xətai Rayon Məhkəməsi 22 sentyabr 2020-ci il Bakı şəhəri Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi ilə, X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 343.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala Bakı şəhərində məhkəmə binasında açıq məhkəmə iclasında baxılır. Məhkəmə iclası saat 16:15-də başlandı. Katib məlumat verərək bildirir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X6 məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir və məhkəmə iclasının təxirə salınması barədə ondan vəsatət daxil olmamışdır. Məhkəmə yerində qısa müşavirə edərək qərara alır: - Məhkəmə iclası barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X4 iştirakı olmadan keçirilsin. Sədrlik edən inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri ayrıayrılıqda məhkəmə baxışından keçirir. Məhkəmə müşavirə otağına gedir, qayıdıb gəldikdən sonra sədrlik edən inzibati xəta haqqında iş üzrə qərarı oxuyub elan edir. Məhkəmə iclası saat 16:20-də bağlı elan olundu. Protokol 22 sentyabr 2020-ci il tarixində tərtib edilmişdir. Sədrlik edən Bəxtiyar Məmmədov Katib Orxan Muradov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar