Məhkəmə qərarları › İş №3(018)-1007/2024

Astara Rayon Məhkəməsi Qərar — İş №3(018)-1007/2024

11.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Astara rayonu İş № 3(018)-1007/2024 11.12.2024 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Meybullayeva Şəfiqə Eldar qızının sədrliyi, Məhkəmə iclas katibi Həbibov Elnar Elman oğlunun katibliyi, Şəxs MMC -nin nümayəndəsi X3 iştirakları ilə, Şəxs MMC barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti Lənkəran-Astara regional şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq məhkəmə, MÜƏYYƏNETDİ: Astara Rayon Məhkəməsinin icraatına Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti Lənkəran-Astara regional şöbəsindən Şəxs MMC barəsində tərtib edilmiş MN ******* nömrəli xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokol daxil olmuşdur. Təqdim edilmiş inzibati xəta haqqında protokoldan, ona əlavə olunmuş sənədlərdən və iş materiallarından görünür ki, MN ******* nömrəli xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokola əsasən, Şəxs MMC Əmək Məcəlləsinin tələblərini pozaraq Ruslan Abbasovu, Annaberdiyev Geldini, Dibirov Şəhmiri, Əliyev Allahverdini, Həsənov Çingizi və Məmmədov Məhəmmədi işğaldan azad edilmiş ərazilərdə əmək müqavilələri hüquqi qüvvəyə minmədən iş və xidmətlərin görülməsinə cəlb etdiyi üçün MN ******* nömrəli xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Pozuntu faktı “Qarabağ və X13 rayonlarına giriş” informasiya sistemindən əldə edilmiş məlumatlar ilə “ƏMAS”-da olan məlumatların uzlaşması ilə təsdiq edilmişdir. Astara Rayon Məhkəməsinin 3(018)-588/2024 nömrəli 05 avqust 2024-cü il tarixli Qərarı ilə Şəxs MMC Azərbaycan Respublikasının İXM-nin 192.1-ci maddəsi ilə təqsirli bilinərək 20000 manat cərimə edilmişdir. Şəxs MMC tərəfindən qərardan şikayət verilmiş, Şirvan Apellyasiya Məhkəməsinin 3(106)-421/2024 nömrəli xx.xx.2024-cü il tarixli Qərarı ilə Şəxs MMC tərəfindən verilmiş şikayət qismən təmin edilərək, Astara Rayon Məhkəməsinin 3(018)-588/2024 nömrəli 05 avqust 2024-cü il tarixli Qərarı ləğv edilmiş, qərarın təsviri-əsaslndırıcı hissəsində sadalanan halların araşdırılması üçün inzibati xəta haqqında iş yenidən baxılması üçün Astara Rayon Məhkəməsinə qaytarılmışdır. Məhkəmənin 09 dekabr 2024-cü il tarixli iclasında iştirak edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X7 bildirdi ki, Şəxs MMC Əmək Məcəlləsinin tələblərini pozaraq Ruslan Abbasovu, Annaberdiyev Geldini, Dibirov Şəhmiri, Əliyev Allahverdini, Həsənov Çingizi və Məmmədov Məhəmmədi işğaldan azad edilmiş ərazilərdə əmək müqavilələri hüquqi qüvvəyə minmədən iş və xidmətlərin görülməsinə cəlb etdiyinə görə barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Şəxs MMC barəsində tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlı olmasına baxmayaraq 11 dekabr 2024-cü il tarixli məhkəmə iclasında protokolu tərtib etmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti Lənkəran-Astara regional şöbəsinin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İXM-nin 112.1.4-cü maddəsinə əsaslanaraq, məhkəmə işə səlahiyyətli nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs MMC nümayəndəsi X9 bildirdi ki, Şəxs MMC-nin direktorudur. Şəxs MMC öz fəaliyyətində qanunun tələblərinə riayət edir. Protokolda adları qeyd edilən şəxslərlə əmək müqaviləsi bağlanılmış, işləri bitdikdən sonra isə əmək müqavilələrinə Şəxs MMC tərəfindən xitam verilmişdir. Lakin həmin şəxslərin işğaldan azad edilmiş ərazilərə girişçıxışına Daxili İşlər Nazirliyinin müvafiq qrumları tərəfindən nəzarət edilir. Tərtib edilmiş protokol ilə bağlı protokolu tərtib edən qurum tərəfindən heç bir inzibati icraat aparılmayıb, araşdırma aparılmayıb, yerində yoxlama aparılmayıb, protokolda qeyd edilən şəxslərin heç biri tərəfindən Şəxs MMC barəsində işçi hüquqlarının pozulması ilə bağlı şikayət edilməyib, iş materiallarında olan bildirişlərdən də göründüyü kimi adıçəkilən şəxslərlə əmək müqaviləsi bağlanılmış sonradan isə əmək müqaviləsinə xitam verilmişdir. Portalda şəxslərin giriş-çıxışına icazənin olması şəxslərin Şəxs MMC tərəfindən qanunsuz işə cəlb edilmələrini təsdiq edən fakt kimi çıxış edə bilməz. Həmçinin, subpodratçısı olduqları layihələr üzrə işçilərin Qarabağ İqtisadi zonasına buraxılması üçün icazələr sifarişçi müəssisə "xxxx" MMC tərəfindən həyata keçirilir və portalda həmin müəssisə tərəfindən yerləşdirilir. Qeyd olunaların nəzərə alınaraq direktoru olduğu Şəxs MMC barəsində inzibati xəta haqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid X11 işğaldan azadedilmiş zonalarda usta kimi işləmək üçün Şəxs MMC-nin direktoruna müraciət etdiyini, təxminən yanvar ayı ərəfəsində Laçına işləmək məqsədilə getdiyini, lakin iş alınmadığından 1 gün qalıb geri qayıtdığını, müqavilə imzalamadığını, Şəxs MMC tərəfindən heç bir hüququnun pozulmadığını bildirmişdir. Məhkəmə iclasında şahid X2 işğaldan azadedilmiş zonalarda usta kimi işləmək üçün Şəxs MMC-nin direktoruna müraciət etdiyini, təxminən yanvar ayı ərəfəsində işə başladığını, onunla əmək müqaviləsi bağlanıldığını, 15 gün işləyib geri qayıtdığını, Şəxs MMC tərəfindən heç bir hüququnun pozulmadığını bildirmişdir. Məhkəmə iclasında şahid X10 işğaldan azadedilmiş zonalarda mühəndis kimi işləmək üçün Şəxs MMC-nin direktoruna müraciət etdiyini, təxminən noyabr ayında Laçına getdiyini, işinin alınmadığını bu səbəbdən 1 gün işləyib geri qayıtdığını, Şəxs MMC tərəfindən heç bir hüququnun pozulmadığını bildirmişdir. Məhkəmə İnzibati xəta haqqında işin materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin, şahidlərin izahatını dinləyib, məhkəmə hesab edir ki, Şəxs MMC barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişi və əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, X1 ilə xx.xx.2023-cü il tarixdə əmək müqaviləsi bağlanılmış, əmək müqaviləsinin müddəti xx.xx.2023-cü il tarixə kimi nəzərdə tutulmuş, 23 dekabr 2023-cü il tarixdə isə əmək müqaviləsinə Əmək Məcəlləsinin 68.2.a bəndi ilə xitam verilmişdir. Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişi və əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, X10 ilə xx.xx.2023-cü il tarixdə əmək müqaviləsi bağlanılmış, əmək müqaviləsinin müddəti xx.xx.2023-cü il tarixə kimi nəzərdə tutulmuş, 23 dekabr 2023-cü il tarixdə isə əmək müqaviləsinə Əmək Məcəlləsinin 68.2.a bəndi ilə xitam verilmişdir. Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişi və əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, X5 ilə xx.xx.2024-cü il tarixdə əmək müqaviləsi bağlanılmış, əmək müqaviləsinin müddəti xx.xx.2024-cü il tarixə kimi nəzərdə tutulmuş, 14 fevral 2024-cü il tarixdə isə əmək müqaviləsinə Əmək Məcəlləsinin 68.2.a bəndi ilə xitam verilmişdir. Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişi və əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, X11 ilə xx.xx.2023-cü il tarixdə əmək müqaviləsi bağlanılmış, əmək müqaviləsinin müddəti xx.xx.2024-cü il tarixə kimi nəzərdə tutulmuş, 14 fevral 2024cü il tarixdə isə əmək müqaviləsinə Əmək Məcəlləsinin 68.2.a bəndi ilə xitam verilmişdir. Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişi və əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, X6 ilə xx.xx.2024-cü il tarixdə əmək müqaviləsi bağlanılmış, əmək müqaviləsinin müddəti xx.xx.2024-cü il tarixə kimi nəzərdə tutulmuş, 14 fevral 2024-cü il tarixdə isə əmək müqaviləsinə Əmək Məcəlləsinin 68.2.a bəndi ilə xitam verilmişdir. Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişi və əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, X16 ilə xx.xx.2023-cü il tarixdə əmək müqaviləsi bağlanılmış, əmək müqaviləsinin müddəti xx.xx.2023-cü il tarixə kimi nəzərdə tutulmuş, 30 dekabr 2023-cü il tarixdə isə əmək müqaviləsinə Əmək Məcəlləsinin 68.2.a bəndi ilə xitam verilmişdir. İş materiallarında olan Elektron Portaldan çıxarışdan görünür ki, Ruslan Abbasovun, Annaberdiyev Geldinin, Dibirov Şəhmirin, Əliyev Allahverdinin, Həsənov Çingizin və Məmmədov Məhəmmədin işğaldan azad edilmiş ərazilərə keçmələrinə icazə verilməsi Şəxs MMC tərəfindən xahiş edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 12 avqust 2024-cü il tarixədək qüvvədə olan 49-cu maddəsinin redaksiyasında qeyd edilir ki, Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 4-1-ci hisəsinə əsasən əmək münasibətləri əmək qanunvericiliyində, kollektiv müqavilə və sazişlərdə nəzərdə tutulmuş öhdəliklərə uyğun olaraq işəgötürənlə qarşılıqlı razılıq əsasında müəyyən edilən iş yerində işçi tərəfindən onun işə qəbul (təyin) edildiyi, seçildiyi, bərpa olunduğu peşə və ya vəzifə üzrə əmək funksiyasının əməkhaqqı ödənilməklə şəxsən yerinə yetirilməsinə, daxili intizam qaydalarına riayət edilməsinə, işəgötürən tərəfindən işçinin əmək şəraitinin, təminatlarının və əməyinin mühafizəsinin təmin edilməsinə, habelə bu Məcəllənin prinsiplərinə əsaslanan münasibətlərdir. Əmək Məcəlləsinin 9-cu maddəsinin a bəndinə əsasən sərbəst surətdə ixtisasına, sənətinə, peşəsinə uyğun əmək fəaliyyəti növü və iş yeri seçərək əmək müqaviləsi bağlamaq işçinin əsas hüquqlarından biri kimi müəyyən edilmişdir. Əmək Məcəlləsinin 11-ci maddəsinin a və b bəndinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş qaydada işçilərlə əmək müqavilələri bağlamaq, onların şərtlərini dəyişdirmək, bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək işəgötürənin əsas hüquqları kimi qeyd edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. İXM-nin 3-cü maddəsinin tələbinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-nin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-nin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-nin 75-ci maddəsinə əsasən inzibati xəta haqqında inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri, inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar, inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı, inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar, işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar müəyyən edilərək sübut edilməlidir. İXM-nin 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İXM-nin 105.1-ci maddəsinə görə həmin Məcəllənın 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İXM-nin 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Məhkəmə qeyd edir ki, inzibati xəta haqqında protokolun tərtib edildiyi 01 iyul 2024cü il tarixə qüvvədə olan Əmək Məcəlləsinin 49-cu maddəsinə əsasən əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi o halda inzibati xəta hadisəsi kimi qiymətləndirilə bilər ki, elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə əmək müqaviləsi bildirişi daxil edilməmiş olsun və həmin elektron informasiya sistemində qeydiyyata alınmamış olsun. Hazırki halda nə məhkəməyə təqdim edilmiş sənədlərlə, nə də məhkəmə iclasında iştirak edən hüquqi şəxsin nümayəndəsinin və şahidlərin izahatlarında göstərdikləri xüsusatlarla Şəxs MMC tərəfindən işçilərin işğaldan azad edilmiş ərazilərdə əmək müqavilələri hüquqi qüvvəyə minmədən iş və xidmətlərin görülməsinə cəlb edilməsi halı öz təsdiqini tapmamışdır. Əksinə, MMC tərəfindən elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə əmək müqaviləsi bildirişləri daxil edilmiş, həmin bildirişlər elektron informasiya sistemində qeydiyyata alındıqdan sonra bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilmişdir. Əmək müqaviləsi hüquqi qüvvəyə minmədən, həmçinin əmək müqavilələrinə xitam verildikdən sonra da MMC tərəfindən şəxslərin hər hansı işin yerinə yetirilməsinə cəlb edilməsi sübuta yetirilməmişdir. Sübut kimi istinad edilən “Qarabağ və X13 rayonlarına giriş” informasiya sistemindən əldə edilmiş məlumatlar isə şəxslərin yalnız sözügedən ərazilərə giriş-çıxışını təsdiq edən hal kimi qəbul olunmalıdır ki, bu hal da şahid ifadələrində öz əksini tapmışdır. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, əməlin inzibati xəta olaraq müəyyən olunması üçün inzibati xəta tərkibinin 4 elementinin hamısı (obyekt, subyekt, obyektiv cəhət və subyektiv cəhət) olmalıdır. Hazırki iş üzrə inzibati xəta tərkibinin elementlərindən olan obyektiv cəhət (əməl – hərəkət və ya hərəkətsizlik, əməllə nəticəsi arasında səbəbli əlaqə və nəticə) və subyektiv cəhət (təqsir, motiv, məqsəd) yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinin dispozisiyasına əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi inzibati məsuliyyətə səbəb olduğundan, hazırkı halda isə Şəxs MMC-nin əməlində inzibati xəta tərkibinin mövcudluğu istisna olunduğundan onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair iş üzrə icraata barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" MMC-nin əməlində inzibati xəta tərkibi olmadığından AR İXM-nin 53.1.2-ci maddəsinə əsasən xitam verilsin. Qərardan onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan Astara Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Şəfiqə Meybullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar