Azərbaycan Respublikası adından QƏRAR Astara rayonu İş № 3(018)-1008/2024 26.11.2024 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Meybullayeva Şəfiqə Eldar qızının sədrliyi, Məhkəmə iclas katibi Həbibov Elnar Elman oğlunun katibliyi, Astara Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X2, Barəsində inzibati icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs X1 iştirakları ilə, xx.xx.1989-cu ildə Astara rayonun, Şəmətük kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, fərdi əməklə məşğul olan, Astara rayonu, Şəmətük kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan. Şəxs Azərbaycan Respublikasının İXM-in 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsinə dair Astara rayon Polis Şöbəsindən daxil olmuş materiala baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: Şəxs barəsində Astara Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X3 tərəfindən İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsilə 26 noyabr 2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Astara Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında materialdan görünür ki, Şəxs 04 noyabr 2024-cü il tarixdə saat 12 radələrində Astara rayonunun Şəmətük kəndi ərazisində keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs təhqir edərək ictimai qaydanı pozmuşdur. Bununla da, Şəxs xırda xuliqanlıq edərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Astara Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X3 inzibati protokolun məzmununa uyğun izahat verərək bildirmişdir ki, Zərərçəkmiş şəxs 31 oktyabr 2024-cü il tarixdə müraciət edərək Şəxs tərəfindən hücuma məruz qaldığını, nalayiq ifadələrlə təhqir olunduğunu bildirmişdir. 04 noyabr 2024-cü il tarixdə saat 12 radələrində isə Ağayev X4 rayonunun Şəmətük kəndi ərazisində keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs təhqir edərək ictimai qaydanı pozmuşdur. Toplanmış material üzrə araşdırma aparılmış, tərəflərin izahatı alınmış, Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olduğundan inzibati məsuliyyətə cəlb olunması qərara alınmışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs ifadə verərək bildirmişdir ki, Astara rayonu, Şəmətük kəndində ailəsi ilə birlikdə yaşayır. Ailəlidir, 3 (üç) uşağı vardır. Zərərçəkmiş şəxs keçmiş həyat yoldaşıdır. Hazırda məhkəmənin icraatında xanıma qarşı iddiası var. Zərərçəkmişə qarşı tərəfindən heç bir nalayiq ifadə işlədilməyib, məhz keçmiş həyat yoldaşını məhkəməyə verdiyi üçün zərərçəkmiş tərəfindən böhtana məruz qalmaqdadır. Bu səbəbdən 26 noyabr 2024-cü il tarixdə tərtib edilmiş protoklu qəbul etmir, imzalamayıb, özünü təqsirli bilmir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadə verərək bildirmişdir ki, Astara rayonu, Şəmətük kəndində yaşayır. Şəxs onun keçmiş həyat yoldaşıdır. Daim onu təhqir edir, ona qarşı nalayiq ifadələr işlədir. Hazırda Şəxs onu məhkəməyə verdiyi üçün məhkəmə tərfindən evinin həyətində ona məxsus olan mandarin ağaclarının üzərinə həbs qoyulmuşdur. 04 noyabr 2024-cü il tarixdə də, onu nalayiq ifadələrlə təhqir edərək, hədələmişdir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını tədqiq edib, proses iştirakçılarının izahatlarını dinləyərək hesab edir ki, təqdim olunmuş sübutlarla inzibati xəta törətdiyi iddia olunan şəxsin təqsirliliyi sübuta yetirilmədiyinə, əməldə istinad olunan inzibati xəta tərkibi olmadığına görə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə başlanılmış inzibati icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iclası zamanı müəyyən olundu ki, barəsində inzibati icraat aparılan Şəxs barəsində tərtib olunmuş protokolda onun ictimai qaydanı pozduğu qeyd olunsa da, bu hal iş materialları ilə təsdiqini tapmamışdır. «Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 23 mart 2004-cü il tarixli, 01 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələrin diqqəti xuliqanlıq cinayətinin digər oxşar cinayətlərdən fərqləndirilməsi zəruriyyətinə cəlb edlsin. İzah edilsin ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən, ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində və sair bu kimi hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir. Məhkəmə iclasında iş materiallarına əsasən müəyyən edilmişdir ki, Astara Rayon Polis Şöbəsi tərəfindən aparılan icraat zamanı Astara rayonu Şəmətük kəndində yaşayan Şəxs inzibati xəta törəkməkdə təqsiri sübuta yetirilə bilməmişdir. Belə ki, Şəxs inzibati xəta törətməsi yalnız zərərçəkmiş şəxsin müraciətində və izahatında öz əksini tapmışdır, bununla bağlı hər hansı şahid ifadəsi və digər sübutlar əldə edilməmiş və məhkəməyə təqdim ediməmişdir. Məhkəmə araşdırması zamanı aydın olmuşdur ki, zərərçəkmişlə inzibati xəta törətməkdə təqsirləndirilən şəxs arasında ailə münaqişəsindən irəli gələn ixtilaflar mövcuddur ki, bu isə əmələ qiymət vermək üçün yeganə mötəbər sübut kimi zərəçəkmişin ifadəsinə istinad etməyi mümkünsüz edir. Bu isə, Şəxs əməlində inzibati xəta tərkibinin olmadığına dəlalət edir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində ictimai qaydanın pozulması inzibati xəta kimi müəyyən olunmuşdur. Əməlin inzibati xəta olaraq müəyyən olunması üçün inzibati xəta tərkibinin 4 elementinin hamısı (obyekt, subyekt, obyektiv cəhət və subyektiv cəhət) olmalıdır. Hazırki iş üzrə inzibati xəta tərkibinin elementlərindən olan obyektiv cəhət (əməl – hərəkət və ya hərəkətsizlik, əməllə nəticəsi arasında səbəbli əlaqə və nəticə) və subyektiv cəhət (təqsir, motiv, məqsəd, motiv) yoxdur. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş materiallarında hər-hansı bir sübut yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinin tələbinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən əməldə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilməlidir. Qeyd olunan Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin tərkibi olmadığından barəsində başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 105, 114, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin tərkibi olmadığından barəsində başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan Astara rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Şəfiqə Meybullayeva
Məhkəmə qərarları › İş №3(018)-1008/2024
Astara Rayon Məhkəməsi Qərar — İş №3(018)-1008/2024
26.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver