Azərbaycan Respublikası adından QƏRAR Astara rayonu İş № 3(018)-1016/2024 09.12.2024 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Meybullayeva Şəfiqə Eldar qızının sədrliyi, Həbibov Elnar Elman oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs iştirakları ilə xx.xx.1967-ci il tarixdə Astara rayonu, Rüdəkənar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, Astara rayon Rüdəkənar kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİM: Astara RPŞ-nin İTB-nin polis sahə rəisi X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə 01 noyabr 2024-cü il tarixli MN ******* nömrəli protokol tərtib edilmiş, baxılması üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilmiş, 16 noyabr 2024-cü il tarixdə isə iş materialları protokol ilə birlikdə qərar verilməsi üçün həmin İdarə tərəfindən Astara rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında materialdan görünür ki, xx.xx.2024-cü il tarixdə səhər saatlarında Astara rayon Rüdəkənar kəndi ərazisində Astara RPŞ-nin əməkdaşları ilə birlikdə qanunsuz ova qarşı təşkil olunmuş reyd keçirilərkən Astara rayon Rüdəkənar kənd sakinləri Şəxs 4 ədədi ovlanmış və sağ olduğu üçün buraxılan 6 ədəd çöl quşları aşkarlanmışdır. Daha sonra Şəxs ovlanmış 4 ədəd çöl quşları ilə birlikdə barələrində tədbir görülməsindən ötrü Astara RPŞ- yə gətirilmişdir. Məhkəmə iclasında Şəxs izahatında göstərmişdir ki, Astara rayon Rüdəkənar kəndində ailəsi ilə birgə yaşayır. xx.xx.2024-cü il tarixdə saat təxminən 07:40 radələrində Astara rayon Rüdəkənar kəndi ərazisində çöl quşlarını ovlamaq məqsədilə qurduğu torlardan ovlanmış çöl quşlarını açmağa getmiş, həmin zaman Astara RPŞ-nin əməkdaşları ona yaxınlaşmış, qanunsuz ov ilə məşqul olmağı barədə inzibati məsuliyyətə cəlb olunacağı barədə ona məlumat vermişlər. Daha sonra onlarla birlikdə tora ilişmiş quşları tordan azad etmişlər. Bu zaman 4 ədəd çöl quşu artıq ovlanmış, 3 ədəd isə sağ olduğundan polis əməkdaşları tərəfindən tordan azad edilərək təbiətə buraxılmışdır. Daha sonra ovladığı 4 ədəd çöş quşu ilə birlikdə onun barəsində müvafiq tədbir görülməsindən ötrü Astara RPŞ-yə gətirmişlər. Etdiyi xətanı başa düşür, bir daha bu və bu kimi hallara yol verməyəcəyinə söz vermişdir. Heç bir şikayət və tələbi yoxdur.Əməlindən peşman olmasını barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Qanunla müəyyən edilmiş qaydada və müddətdə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, protokolu tərtib etmiş Astara Rayon Polis Şöbəsinin əməkdaşı və aiddiyəti üzrə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İXM-nin 61.3 və 112.1.4-cü maddələrinə əsaslanaraq, məhkəmə işə onların iştirakları olmadan baxılmasını mümkün hesab edir. İş materiallarında olan 01 noyabr 2024-cü il tarixli MN ******* nömrəli protokoldan görünür ki, Əliyev X1 şəhəri ərazisində qanunsuz ov etdiyinə, ov qaydalarını kobud şəkildə pozduğuna görə barəsində protokol tərtib edilmişdir. İş materiallarında olan 01 noyabr 2024-cü il tarixli MN ******* nömrəli qərardaddan görünür ki, Azərbaycan Respublikası İXM-nin 43.1-ci maddəsinə əsasən həmin məcəllənin 272.3-cü maddəsi üzər səlahiyyət Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə verildiyindən Şəxs barəsində tərtib edilmiş protokol və iş materialları baxılması üçün həmin İdarəyə göndərilmişdir. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi iş materialları əsasında sübuta yetirilmiş və onun barəsində həmin maddənin sanksiyası həddində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsin 272.3-cü maddəsinə əsasən, ov qaydalarının kobud şəkildə pozulmasına (lazımi icazə olmadan və ya qadağan edilmiş yerlərdə, yaxud qadağan olunmuş müddətlərdə, qadağan edilmiş alətlərlə və ya üsullarla ov edilməsinə), habelə digər ov qaydalarının müntəzəm pozulmasına görə inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməklə və ya müsadirə edilməməklə, min manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud altı aydan iki ilədək müddətə ov hüququ məhdudlaşdırılır. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şəxs məsuliyyətini yüngülləşdirən hal kimi əməlindən səmimi peşmançılığı, vətən müharibəsi iştirakçısı olduğu müəyyən edilmişdir. Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Şəxs barəsində tətbiq ediləcək inzibati xətanın növünü müəyyən edərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alır və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati tənbeh tədbiri – inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməklə cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edirəm. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34, 40, 43, 114, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARAALDİM: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmet müsadirə edilməklə 1000 (min) manat məbləğdə cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Astara Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və protest verilmədikdə qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qərar qanuni qüvvəyə minir. Sədrlik edən: Şəfiqə Meybullayeva
Məhkəmə qərarları › İş №3(018)-1016/2024
Astara Rayon Məhkəməsi Qərar — İş №3(018)-1016/2024
09.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver