Azərbaycan Respublikası adından QƏRAR Astara rayonu İş № 3(018)-1017/2023 08.12.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Astara rayon Məhkəməsinin hakimi İbrahimov Zamin Vəliyəddin oğlunun sədrliyi, məhkəmə iclas katibi X6 oğlunun katibliyi və inzibati xəta törətmiş şəxs Şəxs iştiarkı ilə, 17 avqust 1975-ci ildə Astara şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, Astara şəhəri, Ziya Bünyasov küçəsi ev 1, mənzil 5-də qeydiyyatda olmaqla həmin kənddə yaşayan - Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Nəqliyyatda baş polis idarəsi su nəqliyyatında polis idarəsinin Lənkəran xətt polis şöbəsindən daxil olmuş inzibati xətaya dair materiala Astara rayon Məhkəməsinin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs 30 oktyabr 2023-cü il tarixdə Xəzər dənizinin Astara şəhəri hissəsində “AS- 121” bort nömrəli “Taxt” tipli “Yamaha-75” mühərrikli, heyət üzvü 2 nəfərdən ibarət olan üzmə vasitəsi dənizdən qayıdıb sahilə yan alarkən saxlanılmış və baxış keçirilmişdir. Baxış zamanı qayığın bortunda ovlanması qadağan edilmiş təxmini çəkisi 35 kq olan 1 (bir) ədəd “Xəzər Qızılbalığı” aşkar olunmuşdur. Şəxs ov qaydalarını kobud şəkildə pozmuşdur ki, bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Baş vermiş ətraf mühitin mühafizəsi, təbiətdən istifadə və ekoloji təhlükəsizlik qaydaları əleyhinə olan inzibati xəta hadisəsi ilə əlaqədar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol tərtib edilmiş, həmin protokol və ona əlavə edilmiş digər rəsmi sənədlər baxılması üçün Astara rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclası zamanı barəsində inzibati icraat aparılan Şəxs vermiş olduğu izahatında göstərdi ki, Astara şəhəri, Ziya Bünyasov küçəsi ev 1, mənzil 5-də yaşayır. Ailəlidir. Belə ki, 30 oktyabr 2023-cü il tarixdə səhər saat 11:50 radələrində həmyerlisi X3 ilə birlikdə “AS-121” bort nömrəli “Yamaha-75” mühərrikli, “Taxt” tipli qayıqla rejim sularından qayıdarkən dənizdə ovladıqları təxmini çəkisi 3 kq olan ovlanması qadağan olunmuş 1 (bir) ədəd “Xəzər Qızılbalığı”nı kənara çıxartdıqda dəniz kənarında xidmət aparan sərhədçilər tərəfindən qayığına baxış keçirilmiş və balıq aşkar olunmuşdur. Daha sonra saxlanılaraq su nəqliyyatında polis idarəsinin Lənkəran xətt polis şöbəsinə gətirilmişlər. Bununla bağlı izhatı alınmışdır. Hazırda törətdiyi əməldən peşimandır. Maddi vəziyyəti aşağıdır. Bir oğlu “Vətən müharibəsi” iştirakçıdır. Həyat yoldaşı ağır onkoloji xəstədir. Odur ki, barəsində yüngül tənbeh tədbiri tətbiq edilməsini Məhkəmədən xahiş etdi. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan xətanı törətməsi inzibati xəta haqqında tərtib edilmiş protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DSX-nin X2 Regional şöbəsi tərəfindən tərib olunmuş 30 oktyabr 2023-cü il tarixli 3 nömrəli aktdan görünür ki, 30 oktyabr 2023-cü il tarixdə səhər saat 11:50 radələrində “AS-121” bort nömrəli üzmə vasitəsinin bortunda aşkar edilmiş təxmini çəkisi 3 kq olan 1 (bir) ədəd “Xəzər Qızılbalığı” 30 oktyabr 2023-cü il tarixdə X8 İdarəsinin Lənkəran xətt polis şöbəsinə təvhil verilmişdir. İş materiallarında olan 01 noyabr 2023-cü il tarixli 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsində X4 X5 tərəfindən verilmiş mütəxəssis rəyindən görünür ki, bdullayev Əkbər Orucəli oğlundan götürülmüş 1 ədəd balıq “xəzər qızılbalığı” növünə aiddir və bu balığa görə təbiətə vurulmuş ziyanın məbləği 275 manat təşkill edir. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X1 Xidməti tərəfindən verilmiş 01 fevral 2023-cü il tarixli, BB seriyalı, 003464 saylı balıqovlama biletindən görünür ki, Şəxs 01 sentyabr 2023 cü il tarixdən 31 dekabr 2023-cü il tarixədək balıq ovuna icazə verilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsinə əsasən ov qaydalarının kobud şəkildə pozulmasına (lazımi icazə olmadan və ya qadağan edilmiş yerlərdə, yaxud qadağan olunmuş müddətlərdə, qadağan edilmiş alətlərlə və ya üsullarla ov edilməsinə), habelə digər ov qaydalarının müntəzəm pozulmasına görə - inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməklə və ya müsadirə edilməməklə, min manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud altı aydan iki ilədək müddətə ov hüququ məhdudlaşdırılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən ədalətlilik inzibati xətalar qanunvericiliyinin əsas prinsiplərindən biridir. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9-cu maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlindən peşiman olması onun məsuliyyətini yüngülləşdirən haldır. Məsulliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qarşı inzibati tənbeh tətbiq edərkən məhkəmə onun şəxsiyyətini, xətanın xarakterini, əməlindən peşiman olmasını, maddi vəziyyətini nəzərə alıb ona istinad edilən maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməməklə fiziki şəxsə verilmiş xüsusi hüququn məhdudlaşdırılması tənbehinin təyin edilməsini məqsədəmüvafiq bilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: İnzibati xətanı törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə təqsirli bilinib, inzibati xətanın bilavasitə obyekti olmuş 1 (bir) ədəd “xəzərqızılbalığı” müsadirə edilməklə 06 (altı) ay müddətinə ov hüququ məhdudlaşdırılsın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Nəqliyyatda baş polis idarəsi su nəqliyyatında polis idarəsinin Lənkəran xətt polis şöbəsinə və Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X1 Xidmətinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Astara rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Zamin İbrahimov
Məhkəmə qərarları › İş №3(018)-1017/2023
Astara Rayon Məhkəməsi Qərar — İş №3(018)-1017/2023
08.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver