Məhkəmə qərarları › İş №3(018)-1018/2024

Astara Rayon Məhkəməsi Qərar — İş №3(018)-1018/2024

09.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Astara rayonu İş № 3(018)-1018/2024 09.12.2024 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Meybullayeva Şəfiqə Eldar qızının sədrliyi, Həbibov Elnar Elman oğlunun katibliyi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin səlahiyyətli nümayəndəsi X1, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs iştirakları ilə xx.xx.1973-cü il tarixdə Astara şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİM: Astara RPŞ-nin İTB-nin polis sahə rəisi X5 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə 02 noyabr 2024-cü il tarixli MN ******* nömrəli protokol tərtib edilmiş, baxılması üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilmiş, 18 noyabr 2024-cü il tarixdə isə iş materialları protokol ilə birlikdə qərar verilməsi üçün həmin İdarə tərəfindən Astara rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında materialdan görünür ki, xx.xx.2024-cü il tarixdə səhər saatlarında, Astara şəhər ərazisində Astara RPŞ-nin PPXB-nin əməkdaşları tərəfindən qanunsuz ova qarşı təşkil olunmuş reyd keçirərkən Astara şəhər sakini Şəxs 5 (beş) ədəd müxtəlif növ çöl quşlarını ovladığı aşkarlanmışdır. Daha sonra Şəxs barəsində tədbir görülməsindən ötrü Astara RPŞ- yə gətirilmişdir. Məhkəmə iclasında Şəxs izahatında göstərmişdir ki, ünvan 1 ünavnında ailəsi ilə birgə yaşayır. xx.xx.2024-cü il tarixdə özünə məxsus İJ-26 markalı 12 çaplı, 04297 nömrəli ov silahı ilə Astara Rayon Kələdəhnə deyilən ərazidə çöl quşu ovlamaq məqsədi ilə dayanmışdır.Qeyd etmişdir ki, 04 bildirçin, 01 göyərçin ovlamışdır. Saat təqribən 09 radələrində ovdan qayıtmaq istəyərkən polis əməkdaşları ona yaxınlaşmışdır. Həmin vaxt evə getmək üçün hazırlaşdığı üçün silahı sönülü vəziyyətdə naburda olmuşdur. Bu səbəbdən polis əməkdaşları ondan silahı almamış, lakin ovladığı quşlaları almışlar və onu şöbəyə dəvət etmişlər. Etdiyi xətanı başa düşür, bir daha bu və bu kimi hallara yol verməyəcəyinə söz vermişdir. Heç bir şikayət və tələbi yoxdur.Əməlindən peşman olmasını barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin səlahiyyətli nümayəndəsi X2 izahatında göstərmişdir ki, Astara şəhər sakini Şəxs xx.xx.2024-cü il tarixdə saat 09 radələrində Astara şəhəri ərazisində lazimi icazə olmadan ov etmiş, ov qaydalarını kobud şəkildə pozmuşdur. Qanunla müəyyən edilmiş qaydada və müddətdə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, protokolu tərtib etmiş Astara Rayon Polis Şöbəsinin əməkdaşı məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İXM-nin 112.1.4-cü maddəsinə əsaslanaraq, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarında olan 02 noyabr 2024-cü il tarixli MN ******* nömrəli protokoldan görünür ki, Şəxs Astara şəhəri ərazisində qanunsuz ov etdiyinə, ov qaydalarını kobud şəkildə pozduğuna görə barəsində protokol tərtib edilmişdir. İş materiallarında olan 02 noyabr 2024-cü il tarixli MN ******* nömrəli qərardaddan görünür ki, Azərbaycan Respublikası İXM-nin 43.1-ci maddəsinə əsasən həmin məcəllənin 272.3-cü maddəsi üzər səlahiyyət Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə verildiyindən Şəxs barəsində tərtib edilmiş protokol və iş materialları baxılması üçün həmin İdarəyə göndərilmişdir. İş materiallarında olan şəkildən görünür ki, Şəxs yanında beş ədəd ovlanmış quş var. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi iş materialları əsasında sübuta yetirilmiş və onun barəsində həmin maddənin sanksiyası həddində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsin 272.3-cü maddəsinə əsasən, ov qaydalarının kobud şəkildə pozulmasına (lazımi icazə olmadan və ya qadağan edilmiş yerlərdə, yaxud qadağan olunmuş müddətlərdə, qadağan edilmiş alətlərlə və ya üsullarla ov edilməsinə), habelə digər ov qaydalarının müntəzəm pozulmasına görə inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməklə və ya müsadirə edilməməklə, min manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud altı aydan iki ilədək müddətə ov hüququ məhdudlaşdırılır. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şəxs məsuliyyətini yüngülləşdirən hal kimi əməlindən səmimi peşmançılığı, vətən müharibəsi iştirakçısı, 2-ci qrup əlil olduğu müəyyən edilmişdir. Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Şəxs barəsində tətbiq ediləcək inzibati xətanın növünü müəyyən edərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alır və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati tənbeh tədbiri – ov hüququnun məhdudlaşdırılması növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edirəm. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34, 40, 43, 114, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARAALDİM: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 01 (bir) il müddətinə ov hüququ məhdudlaşdırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Astara Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və protest verilmədikdə qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qərar qanuni qüvvəyə minir. Sədrlik edən: Şəfiqə Meybullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar