Məhkəmə qərarları › İş №3(018)-102/2023

Astara Rayon Məhkəməsi Qərar — İş №3(018)-102/2023

08.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Astara rayonu İş № 3(018)-102/2023 08.02.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Astara rayon Məhkəməsinin hakimi İbrahimov Zamin Vəliyəddin oğlunun sədrliyi, hakim köməkçisi Əsədullayev İrfan İlyas oğlunun katibliyi və barəsində inzibati icraat aparılan Şəxs iştirakı ilə, xx xxxxxx 1986-cı ildə Astara rayonu, Şahağacı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, FİN: xxxxxxx, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Astara rayonu, Şahağacı kəndində yaşayan - Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə Astara rayon polis şöbəsindən daxil olmuş inzibati xətaya dair materiala Astara rayon Məhkəməsinin inzibati binasında baxaraq, məhkəmə müəyyənetdi: Şəxs 31 dekabr 2022-ci il tarixdə, saat 21 radələrində Astara rayonu, Kolatan kəndində idarə etdiyi “Chevrolet Cruze” markalı “**-VD-***” dövlət qeydiyyat nişanlı avtomobili geri istiqamətdə arxaya doğru idarə etməyə başlamış və avtomobil hərəkətdə olarkən avtomobilin qabaq sol qapısının açıq vəziyyətdə olması səbəbindən həmin qapı avtomobilin arxasında olan X3, X1 və X2 dəyərək onları yerə yıxmış, avtomobilin qapısının dəyməsi nəticəsində yerə yıxılan X4 dərəcəsi təyin olunmayan, X5 isə yüngül bədən xəsarətləri almışdır. Araşdırma zamanı Şəxs avtomobili sərxoş vəziyyətdə idarə etdiyi müəyyən olunmuşdur ki, bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında İXP ******* saylı protokol tərtib edilmiş, həmin protokol və ona əlavə edilmiş digər rəsmi sənədlər baxılması üçün Astara rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclası zamanı barəsində inzibati icraat aparılan Şəxs vermiş olduğu izahatında göstərdi ki, 31 dekabr 2022-ci il tarixdə, saat 21 radələrində Astara rayonu, Kolatan kəndində “Chevrolet Cruze” markalı “**-VD-***” dövlət qeydiyyat nişanlı avtomobili sərxoş vəziyyətdə idarə edərkən avtomobilin qabaq sol qapısının açıq vəziyyətdə olması səbəbindən həmin qapı avtomobilin arxasında olan X3, X1 və X2 dəymişdir. Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində X4 dərəcəsi təyin olunmayan, X5 isə yüngül bədən xəsarətləri almışdır. Hazırda zərərçəkmiş şəxslərlə barışmış, ona qarşı heç bir şikayət və tələb yoxdur. Hazırda törətdiyi əməldən peşimandır. Bir daha spirtli içki içməyəcəkdir. Yeganə qazanc mənbəyi həmin avtomobildir. Belə ki, sözügedən avtomobil ilə fəaliyyət göstərməklə ailəsinin maddi tələbatını təmin edir. Göstərilənlərin nəzərə alınmasını məhkəmədən xahiş edir. İş materillarında olan 31 dekabr 2022-ci il tarixli, 00458 saylı qəbzin surətindən görünür ki, Şəxs sərxoş vəziyyətdə olmuşdur. İş materillarında olan BC121988 №-li sürücülük vəsiqəsinin surətindən görünür ki, Şəxs oğlunun sürücülük hüququ vardır. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan xətanı törətməsi inzibati xəta haqqında tərtib edilmiş protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən ədalətlilik inzibati xətalar qanunvericiliyinin əsas prinsiplərindən biridir. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9-cu maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun əməlindən peşimançılıq hissi keçirməsi onun məsuliyyətini yüngülləşdirən haldır. Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxsə qarşı inzibati tənbeh tətbiq edərkən məhkəmə onun şəxsiyyətini, xətanın xarakterini, təqsirinin dərəcəsini, ailə vəziyyətini, sürücü işləməklə ailəsinin maddi tələbatını təmin etməsini nəzərə alıb əlavə inzibati tənbeh tədbiri olan fiziki şəxsə verilmiş xüsusi hüququn məhdudlaşdırılması tənbeh tədbirini tətbiq etmədən ona istinad edilən maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə tənbehinin təyin edilməsini məqsədəmüvafiq bilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: İnzibati xətanı törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə təqsirli bilinib 700 (yeddi yüz) manat məbləğində cərimə edilsin. Qərarın icrası Astara rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Astara rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Zamin İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar