Məhkəmə qərarları › İş №3(018)-1037/2024

Astara Rayon Məhkəməsi Qərar — İş №3(018)-1037/2024

02.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Astara rayonu İş № 3(018)-1037/2024 02.12.2024 ASTARA RAYON MƏHKƏMƏSİ X10 Aslan oğlunun sədrliyi, Qafarov Elvin Namik oğlunun katibliyi, Protokol tərtib edən şəxs X1, Tələbkar “X11” ASC-nin nümayəndəsi X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs- Şəxs iştirakları ilə, xx.xx.1996-cı ildə Astara rayonu Motlayataq kəndində anadan olmuş, orta təhsilli, Azərbaycan Respublikasının vətəndaşı, evli, işsiz, Astara rayonu Motlayataq kəndində qeydiyyatda olan və yaşayan, Şəxs barəsində Astara rayon İcra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə Müəyyən etdi: xx.xx.2024-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokola əsasən, Astara rayon Notariat Kontorunun 8İ-5149 saylı, xx.xx.2023-cü il tarixli və digər icra sənədlərinin icrasından qərəzli yayınmaqla borclu Şəxs tərəfindən İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmədə protokol tərtib edən şəxs X4 göstərdi ki, Astara rayon Notariat Kontorunun 81- 3444 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinin tələbinə əsasən, borclu Şəxs 2587 manat 82 qəpik məbləğində pul tutularaq tələbkar “X11” ASC-nin xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2023-cü il tarixdə Astara rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olmuş borcluya icraata başlamaq haqqında qərar və bildiriş göndərilmişdir. Astara rayon Notariat Kontorunun 8İ-5149 saylı, xx.xx.2023-cu il tarixli icra sənədinin tələbinə əsasən Şəxs 4492 manat 06 qəpik məbləğində pul tutularaq “X11” ASC-nin xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2023-cü il tarixdə Astara rayon İcra ve Probasiya şöbəsinin icraatına daxil olmuş borcluya icraata başlamaq haqqında qərar və bildiriş göndərilmişdir. Astara Rayon Məhkəməsinin 2(018)-716/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinin tələbinə əsasən Şəxs 2513 manat 38 qəpik məbləğində pul tutularaq Kapital Bank ASCnin xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2023-cü il tarixdə Astara rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olmuş borcluya icraata başlamaq haqqında qərar və bildiriş göndərilmişdir. Borclu Şəxs Astara Rayon Notariat Kontorunun 8İ-3444 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə tələbkara 849 manat 82 qəpik məbləğində ödəniş etməklə hazırda borcu 1738 manat təşkil edir. Borclu Şəxs Astara rayon Notariat Kontorunun 8İ-5149 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə 100 manat ödəniş etməməklə borcu 4393 manat 06 qəpik təşkil edir. Borclu Şəxs Astara Rayon Məhkəməsinin 2(018)-716/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə borcu 1192 manat təşkil edir. Borclu Şəxs məlumat verilməsinə və bildirş göndərilməsinə baxmayaraq, qeyd edilən icra sənədləri üzrə borcların tam ödəməmişdir. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli biləyərək göstərdi ki, hal-hazırda işləmir, maddi imkanı zəifdir. Qeyd edilən borc məbləğini ödəmək üçün maddi imkanı kifayət etmir. Məhkəmədə iş üzrə tələbkar “X11” ASC-nin nümayəndəsi X5 bildirdi ki, Astara rayon notariat ofisinin xüsusi notariusu X3 tərəfindən tərtib edilmiş xx.xx.32023-cü il tarixli 8İ-5149 saylı icra qeydinə əsasən “X11” ASC-nin xeyrinə Şəxs ödənilməmiş 4467 (dörd min dörd yüz altmış yeddi) manat 06 (altı) qəpik, həmçinin tələbkar tərəfindən ödənilmiş 25 (iyirmi beş) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 4492 (dörd min dörd yüz doxsan iki) manat 06 (altı) qəpik pul, xx.xx.2023-cü il tarixli 8İ-3444 saylı icra qeydinə əsasən ödənilməmiş 2384 (iki min üç yüz səksən dörd) manat 84 (səksən dörd) qəpik, bundan əlavə 177 (yüz yetmiş yeddi) manat 82 (səksən iki) qəpik məbləğində cərimə peniya, tələbkar tərəfindən ödənilmiş 25 (iyirmi beş) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 2587 (iki min beş yüz səksən yeddi) manat 82 (səksən iki) qəpik məbləğində pul tutulmalıdır. Lakin bir ilə yaxın müddətdə Şəxs borcunu ödəyib bitirməmişdir. Borcun qaytarılmasını tələb edir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, protokolu tərtib etmiş şəxsi və tələbkarı dinləyib, işdə olan sənədlərini tam, hərtərəfli tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilir. Belə ki, iş materialına əlavə edilmiş Astara rayon notariat ofisinin xüsusi notariusu X3 tərəfindən tərtib edilmiş xx.xx.32023-cü il tarixli 8İ-5149 saylı icra qeydindən görünür ki, “X11” ASCnin xeyrinə Şəxs CC/14277/86/26 nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 4467 (dörd min dörd yüz altmış yeddi) manat 06 (altı) qəpik, həmçinin tələbkar tərəfindən ödənilmiş 25 (iyirmi beş) manat məbləğində dövlət rüsumu (haqq) olmaqla, cəmi 4492 (dörd min dörd yüz doxsan iki) manat 06 (altı) qəpik pul tutulmalıdır. İş materialına əlavə edilmiş Astara rayon notariat ofisinin xüsusi notariusu X3 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli 8İ-3444 saylı icra qeydindən görünür ki, “X11” ASC-nin xeyrinə Şəxs GC/31233/84/26 nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 2384 (iki min üç yüz səksən dörd) manat 84 (səksən dörd) qəpik, bundan əlavə 177 (yüz yetmiş yeddi) manat 82 (səksən iki) qəpik məbləğində cərimə peniya, tələbkar tərəfindən ödənilmiş 25 (iyirmi beş) manat məbləğində dövlət rüsumu (haqq) olmaqla, cəmi 2587 (iki min beş yüz səksən yeddi) manat 82 (səksən iki) qəpik pul tutulmalıdır. İş materialında olan Astara rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(018)-716/2023 saylı icra sənədindən görünür ki, Şəxs 06 iyun 2022-ci il tarixli, GTKR5612582A299 saylı kredit müqaviləsi üzrə 2049 (iki min qırx doqquz) manat, 51 (əlli bir) qəpik əsas, 419 (dörd yüz on doqquz) manat, 18 (on səkkiz) qəpik faiz, cəmi 2468 (iki min dörd yüz altmış səkkiz) manat, 69 (altmış doqquz) qəpik, 44 (qırx dörd) manat, 69 (altmış doqquz) qəpik ödənilmiş dövlət rüsumu alınıb iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin 30 mart 2006-cı il tarixli, 5 nömrəli qərarının 6-cı bəndinə əsasən mülki işlər üzrə məhkəmə baxışı müddəti iddia ərizəsinin məhkəməyə daxil olduğu vaxtdan başlayır və məhkəmə qərarının icrasının başa çatmasına kimi davam edir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə Şəxs məsuliyyətini yüngülləşdirən hal aşkar etmədi. Məhkəmə Şəxs məsuliyyətini ağırlaşdıran hal aşkar etmədi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının qanuni tələblərinin yerinə yetirilməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək müddətdə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min manatdan üç min manatadək miqdarda, hüquqi şəxslər üç min manatdan beş min manatadək miqdarda cərimə edilir. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edilərkən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. İnzibati xətanın xarakterini, xəta törətmiş şəxsin şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta törətmiş Şəxs barəsində inzibati tənbeh cərimə edilməklə inzibati tənbeh öz məqsədinə nail ola bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1, 109-112 və 113-114-cü maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib 500 (beş yüz) manat məbləğdə cərimə edilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətidə Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar