Azərbaycan Respublikası adından QƏRAR Astara rayonu İş № 3(018)-1050/2024 26.12.2024 ASTARA RAYON MƏHKƏMƏSİ Hakim Meybullayeva Şəfiqə Eldar qızının sədrliyi, Həbibov Elnar Elman oğlunun katibliyi, Şikayət verən şəxs X2, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X1 iştirakı ilə X2 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Lənkəran-Astara regional şöbəsinin 09 iyul 2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: X4 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Lənkəran-Astara regional şöbəsinin 09 iyul 2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, 09 iyul 2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən, "xxxx" MMC-nin direktoru olan X4 barəsində Əmək Məcəlləsinin tələblərini pozaraq Ruslan Abbasovu, Annaberdiyev Geldini, Dibirov Şəhmiri, Əliyev Allahverdini, Həsənov Çingizi və Məmmədov Məhəmmədi işğaldan azad edilmiş ərazilərdə əmək müqavilələri hüquqi qüvvəyə minmədən iş və xidmətlərin görülməsinə cəlb etdiyi üçün 4000 manat məbləğində cərimə tətbiq edilmişdir. Pozuntu faktı “Qarabağ və X7 rayonlarına giriş” informasiya sistemindən əldə edilmiş məlumatlar ilə müəyyən edilmişdir. Sözügedən qərar qanunsuzdur. Belə ki, diretoru olduğu "xxxx" MMC öz fəaliyyətində qanunun tələblərinə riayət edir. Protokolda adları qeyd edilən şəxslərlə əmək müqaviləsi bağlanılmış, işləri bitdikdən sonra isə əmək müqavilələrinə "xxxx" MMC tərəfindən xitam verilmişdir. Lakin həmin şəxslərin işğaldan azad edilmiş ərazilərə girişçıxışına Daxili İşlər Nazirliyinin müvafiq qrumları tərəfindən nəzarət edilir. Tərtib edilmiş qərar ilə bağlı qərarı tərtib edən qurum tərəfindən heç bir inzibati icraat aparılmayıb, araşdırma aparılmayıb, yerində yoxlama aparılmayıb, qərarada qeyd edilən şəxslərin heç biri tərəfindən onun barəsində aişçi hüquqlarının pozulması ilə bağlı şikayət edilməyib, iş materiallarında olan bildirişlərdən də göründüyü kimi adıçəkilən şəxslərlə əmək müqaviləsi bağlanılmış sonradan isə əmək müqaviləsinə xitam verilmişdir. Portalda şəxslərin girişçıxışına icazənin olması şəxslərin tərəfindən qanunsuz işə cəlb edilmələrini təsdiq edən fakt kimi çıxış edə bilməz. Həmçinin, subpodratçısı olduqları layihələr üzrə işçilərin Qarabağ İqtisadi zonasına buraxılması üçün icazələr sifarişçi müəssisə "xxxx" MMC tərəfindən həyata keçirilir və portalda həmin müəssisə tərəfindən yerləşdirilir. Qeyd olunaların nəzərə alınaraq barəsində inzibati xəta haqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət verən şəxs X4 şikayət ərizəsində qeyd edilənlərə uyğun izahat verərək şikayətin təmin edilmısini, inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X3 məhkəmə iclasında qeyd etmişdir ki, "xxxx" MMC-nin direktoru Əmək Məcəlləsinin tələblərini pozaraq Ruslan Abbasovu, Annaberdiyev Geldini, Dibirov Şəhmiri, Əliyev Allahverdini, Həsənov Çingizi və Məmmədov Məhəmmədi işğaldan azad edilmiş ərazilərdə əmək müqavilələri hüquqi qüvvəyə minmədən iş və xidmətlərin görülməsinə cəlb etdiyinə görə barəsində inzibati xəta haqqında protokol tərtib edilərək barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Əmək müqavilələri hüquqi qüvvəyə minmədən iş və xidmətlərin görülməsinə cəlb etmə faktı isə “Qarabağ və X7 rayonlarına giriş” informasiya sistemindən əldə edilmiş məlumatlar əsasında ehtimal edilmişdir. “Qarabağ və X7 rayonlarına giriş” informasiya sistemi üzərində nəzərət etmək səlahiyyəti Azərbaycan Respublikası DİNdədir. Belə ki, DİN əmək müqaviləsi olmayan şəxslərin həmin zonaya girişinə icazə vermir. Məhkəmə şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, qərar ləğv edilməli, iş üzrə icraata xitam verilməlidir. Belə ki, İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Lənkəran-Astara regional şöbəsinin 09 iyul 2024cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X4 barəsində Əmək Məcəlləsinin tələblərini pozaraq Ruslan Abbasovu, Annaberdiyev Geldini, Dibirov Şəhmiri, Əliyev Allahverdini, Həsənov Çingizi və Məmmədov Məhəmmədi işğaldan azad edilmiş ərazilərdə əmək müqavilələri hüquqi qüvvəyə minmədən iş və xidmətlərin görülməsinə cəlb etdiyi üçün 4000 manat məbləğində cərimə tətbiq edilmişdir. İş materiallarında olan Astara Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, "xxxx" MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair iş üzrə icraata barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" MMC-nin əməlində inzibati xəta tərkibi olmadığından AR İXM-nin 53.1.2-ci maddəsinə əsasən xitam verilmişdir.Belə ki, Hüquqi şəxs "xxxx" MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair sübut olmamışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 12 avqust 2024-cü il tarixədək qüvvədə olan 49-cu maddəsinin redaksiyasında qeyd edilir ki, Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 4-1-ci hisəsinə əsasən əmək münasibətləri əmək qanunvericiliyində, kollektiv müqavilə və sazişlərdə nəzərdə tutulmuş öhdəliklərə uyğun olaraq işəgötürənlə qarşılıqlı razılıq əsasında müəyyən edilən iş yerində işçi tərəfindən onun işə qəbul (təyin) edildiyi, seçildiyi, bərpa olunduğu peşə və ya vəzifə üzrə əmək funksiyasının əməkhaqqı ödənilməklə şəxsən yerinə yetirilməsinə, daxili intizam qaydalarına riayət edilməsinə, işəgötürən tərəfindən işçinin əmək şəraitinin, təminatlarının və əməyinin mühafizəsinin təmin edilməsinə, habelə bu Məcəllənin prinsiplərinə əsaslanan münasibətlərdir. Əmək Məcəlləsinin 9-cu maddəsinin a bəndinə əsasən sərbəst surətdə ixtisasına, sənətinə, peşəsinə uyğun əmək fəaliyyəti növü və iş yeri seçərək əmək müqaviləsi bağlamaq işçinin əsas hüquqlarından biri kimi müəyyən edilmişdir. Əmək Məcəlləsinin 11-ci maddəsinin a və b bəndinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş qaydada işçilərlə əmək müqavilələri bağlamaq, onların şərtlərini dəyişdirmək, bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək işəgötürənin əsas hüquqları kimi qeyd edilmişdir. Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın yaranması üçün Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi faktı müəyyən edilməlidir. Beləliklə məhkəmə tərəfindən müəyyən edilmişdir ki, X2 direktoru olduğu "xxxx" MMC barəsində aparılan icraat zamanı iş materiallarında olan və Məhkəmə tərəfindən tədqiq edilmiş sübutlardan bəlli olmuşdur ki, Ruslan Abbasov, Annaberdiyev Geldin, Dibirov Şəhmir, Əliyev Allahverdi, Həsənov Çingiz və Məmmədov Məhəmməd ilə əmək müqavilələri bağlanılmış, əmək müqavilələrinə Əmək Məcəlləsinin müvafiq maddələri ilə xitam verilmişdir. Həmin iclasda dindirilmiş şahid ifadələri müəyyən edilmişdir ki, sözügedən şəxslər ƏMAS üzərində görünən bildirişlərin qüvvədə olduğu müddət ərzində Qarabağ zonasına getmiş, hətta qayıtdıqları vaxtdan bir neçə müddət sonra onlarla olan əmək müqaviləsinə xitam verilmişdir. Məhkəmə qeyd edir ki, inzibati xəta haqqında protokolun tərtib edildiyi 01 iyul 2024-cü il tarixə qüvvədə olan Əmək Məcəlləsinin 49-cu maddəsinə əsasən əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi o halda inzibati xəta hadisəsi kimi qiymətləndirilə bilər ki, elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə əmək müqaviləsi bildirişi daxil edilməmiş olsun və həmin elektron informasiya sistemində qeydiyyata alınmamış olsun. Hazırki halda nə məhkəməyə təqdim edilmiş sənədlərlə, nə də məhkəmə iclasında iştirak edən qərar qəbul etmiş orqanın nümayəndəsinin və şikayət verən şəxsin izahatlarında X2 işçilərin işğaldan azad edilmiş ərazilərdə əmək müqavilələri hüquqi qüvvəyə minmədən iş və xidmətlərin görülməsinə cəlb edilməsi halı öz təsdiqini tapmamışdır. Əksinə, X2 direktoru olduğu MMC tərəfindən elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə əmək müqaviləsi bildirişləri daxil edilmiş, həmin bildirişlər elektron informasiya sistemində qeydiyyata alındıqdan sonra bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilmişdir. Əmək müqaviləsi hüquqi qüvvəyə minmədən, həmçinin əmək müqavilələrinə xitam verildikdən sonra da X4 tərəfindən şəxslərin hər hansı işin yerinə yetirilməsinə cəlb edilməsi sübuta yetirilməmişdir. Sübut kimi istinad edilən “Qarabağ və X7 rayonlarına giriş” informasiya sistemindən əldə edilmiş məlumatlar isə şəxslərin yalnız sözügedən ərazilərə giriş-çıxışını təsdiq edən hal kimi qəbul olunmalıdır ki, bu hal da iş materiallarında öz əksini tapmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında iş üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, əməlin inzibati xəta olaraq müəyyən olunması üçün inzibati xəta tərkibinin 4 elementinin hamısı (obyekt, subyekt, obyektiv cəhət və subyektiv cəhət) olmalıdır. Hazırki iş üzrə inzibati xəta tərkibinin elementlərindən olan obyektiv cəhət (əməl – hərəkət və ya hərəkətsizlik, əməllə nəticəsi arasında səbəbli əlaqə və nəticə) və subyektiv cəhət (təqsir, motiv, məqsəd) yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinin dispozisiyasına əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi inzibati məsuliyyətə səbəb olduğundan, hazırkı halda isə şikayətçi X2 əməlində inzibati xəta tərkibinin mövcudluğu istisna olunduğundan inzibati tənbeh etmə haqqında qərar ləğv olunmalı, onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutub, QƏRARAALDİM: X2 şikayəti təmin edilsin. X2 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Lənkəran-Astara regional şöbəsinin 09 iyul 2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və və iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Şəfiqə Meybullayeva
Məhkəmə qərarları › İş №3(018)-1050/2024
Astara Rayon Məhkəməsi Qərar — İş №3(018)-1050/2024
26.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver