Məhkəmə qərarları › İş №3(018)-1060/2024

Astara Rayon Məhkəməsi Qərar — İş №3(018)-1060/2024

26.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Astara rayonu İş № 3(018)-1060/2024 26.12.2024 ASTARA RAYON MƏHKƏMƏSİ Hakim Meybullayeva Şəfiqə Eldar qızının sədrliyi, Həbibov Elnar Elman oğlunun katibliyi, Azərbaycan Respublikasının Dövlət X7 Regional Reklam İdarəsinin nümayəndəsi X2, Barəsində protokol tərtib edilmiş X3 etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X1 iştirakları ilə, Azərbaycan Respublikasının Dövlət X7 Regional Reklam İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Astara Rayon Məhkəməsinin icraatına Azərbaycan Respublikasının Dövlət X7 Regional Reklam İdarəsindən X6 barəsində tərtib edilmiş 02 dekabr 2024-cü il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol daxil olmuşdur. İnzibati xəta haqqında protokola əsasən, Astara rayonu, H.Aslanov küçəsində yerləşən “Sahil restoranı” adlı obyektin reklam yayıcısı X6 tərəfindən açıq məkanda reklam sahəsində nəzarətin həyata keçirilməsi çərçivəsində verilən yazılı göstəriş tam və vaxtında yerinə yetirilməmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının Dövlət X7 Regional Reklam İdarəsinin nümayəndəsi, X10 oğlu bildirdi ki, Astara rayonu, H.Aslanov küçəsində yerləşən “Sahil restoranı” adlı obyektin reklam yayıcısı X6 tərəfindən açıq məkanda reklam sahəsində nəzarətin həyata keçirilməsi çərçivəsində verilən yazılı göstəriş tam və vaxtında yerinə yetirilməmişdir. Ona görə də, barəsində protokol tərtib edilmişdir. Hazırda lazımi icazələr alınmışdır. Məhkəmə iclasında barəsində protokol tərtib edilmiş X3 etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X4 bildirmişdir ki, Agentliklə arasında olan şifahi razılaşmaya əsasən səhhətində olan problemlərə görə sənədləşmənin aparılması üçün vaxt istəmiş, ona şifahi razılıq verilmiş, sonra isə X6 barəsində protokol tərtib edildiyindən xəbər tutmuşdur. Hazırda bütün yazılı göstərişlərə tərəflərindən əməl edilib. Odur ki, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu, tərəflərin izahatını, iş materiallarını araşdıraraq hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş fotoşəkillərdən aydın görünür ki, Astara rayonu, H.Aslanov küçəsində yerləşən “Sahil restoranı” adlı obyektin reklam yayıcısı X6 tərəfindən açıq məkanda reklam sahəsində müvafiq icazə olmadan reklam yerləşdirilmişdir. İş materiallarına əlavə edilmiş qəbzlərdən görünür ki, X6 tərəfindən “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş dövlət rüsumu və yayım haqqı X8 İdarəsinin hesabına ödənilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli İ**********40004 və İ**********40005 nömrəli icazədən görünür ki, X5 açıq məkanda reklam yerləşdirilməsinə icazə verilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cu maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun açıq məkanda reklam sahəsində (o cümlədən tikintisinə icazə tələb olunmayan açıq məkanda reklam qurğularının quraşdırılması və sökülməsi sahəsində) nəzarətin həyata keçirilməsi çərçivəsində verdiyi yazılı göstərişlərin və qərarların (bu Məcəllənin 394.0.7-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) vaxtında və tam yerinə yetirilməməsinə görə-fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan on min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 17-ci maddəsinin qeydinə əsasən, Dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsinə əsasən isə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraata başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 105.1-ci maddəsinə görə həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, X6 tərəfindən “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə və qaydada dövlət rüsumu ödənilmiş və açıq məkanda reklam yerləşdirilməsi üçün icazə alınmışdır. Belə olan halda məhkəmə hesab edir ki, vəzifəli şəxs X3 əməlində inzibati xəta tərkibi müəyyən edilmədiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3, 109-112 və 113-114-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : İnzibati xəta tərkibi olmadığından vəzifəli şəxs X6 barəsində Azərbaycan Respublikası İXM-in 428.7.3-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində inzibati xəta haqqında işüzrə qərardan Astara Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Şəfiqə Meybullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar