Azərbaycan Respublikası adından QƏRAR Astara rayonu İş № 3(018)-1063/2024 11.12.2024 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Meybullayeva Şəfiqə Eldar qızının sədrliyi, Məhkəmə iclas katibi Həbibov Elnar Elman oğlunun katibliyi, Astara rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X2, Zərərçəkmiş şəxs, X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1988-ci ildə Astara rayon, Qapçıməhəllə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, Astara rayon, Qapçıməhəllə kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsinə dair Astara RPŞ-dən daxil olmuş materiala baxaraq, MÜƏYYƏNETDİM: Şəxs barəsində Astara Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X4 tərəfindən 11 dekabr 2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Astara Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında materialdan görünür ki, 10 dekabr 2024-cü il tarixdə saat 18 radələrində Şəxs Astara rayonu Qapçıməhəllə kəndində atası X3 ünvanına nalayiq ifadələr işlətmişdir. Bununla da, Şəxs xırda xuliqanlıq edərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, atası Zərərçəkmiş şəxs ailə təsərrüfatlarına daxil olan torpaq sahəsini və evlərini satmaq istədiyini ona bildirmiş və onun evdən çıxmasını tələb etmişdir. O, başqa yaşayış yeri olmadığından evdən çıxarılmasına etiraz etmiş, həmin vaxtdan aralarında mübahisə yaranmışdır. Daha sonra isə ailə təsərrüfatlarına aid meyvə bağlarından meyvələrin satışından əldə olunmuş gəlirin bölünməsini atasından tələb edərkən atası onu döyərək təhqir etmiş bu barədə poliş şöbəsinə şikayət etmişdir. Buna görə də atası da onun barəsində şikayət etmişdir. Odur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Astara rayon Vəkil Bürosunun vəkili, müdafiəçi X10 inzibati xətanın törədilməsində təqsirləndirilən Şəxs əməlində inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs bildirdi ki, oğlu Şəxs yalan danışır. Şəxs onu öz evində rahat yaşamağa icazə vermir. Onun təsərrüfatında olan mandarin meyvələrinin yığılıb satılmasına mane olur. Həmçinin, ona qarşı nalayiq ifadələr işlədir. Hazırda şikayətçidir, buna görə də Şəxs barəsində qanuni tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında Astara rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X4 tərtib olunmuş protokolun mahiyyəti üzrə ifadə verərək şəxs barəsində tədbir görülməsini xahiş etdi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, müdafiəçinin, zərərçəkmiş şəxsin, polis şöbəsinin nümayəndəsinin izahatlarını dinləyib, həmçinin iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan 10 dekabr 2024-cü il tarixli raportdan görünür ki, Şəxs 17:06 radələrində DİN-nin 102 xidmətinə zəng edərək mülkiyyətində olan ərazidən məhsulun atası tərəfindən razılığı olmadan polis əməkdaşının iştirakı ilə aparılması barədə məlumat vermişdir. İş materiallarında olan Çıxarışdan görünür ki, Astara rayonu Süparibağ kəndi ərazisində yerləşən kənd təsərrüfatı təyinatlı torpaq Şəxs və digərləri ilə birlikdə Zərərçəkmiş şəxs ümumi birgə istifadəsindədir. İş materiallarında olan Astara rayonu Süparibağ kənd inzibati ərazi dairəsi üzrə nmayəndəlikdən verilmiş 30 sentyabr 2022-ci il 1031 nömrəli arayışdan görünür ki, Zərərçəkmiş şəxs Astara şəhəri H.Aslanov 15 ünvanında kirayə yaşayır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 6.1-ci maddəsinə əsasən, inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə görə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.1-ci maddəsinə əsasən, inzibati həbs, yalnız müstəsna hallarda bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulan inzibati xətaların ayrı-ayrı növlərinə görə üç gündən üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək miqdarda cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Azərbaycan Respublikasının İXM-nin 32-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən məsuliyyəti yüngülləşdirən hal, həmin Məcəllənin 33-cü maddəsinə əsasən isə məsuliyyəti ağırlaşdıran hallar nəzərə alınmalıdır. Şəxs məsuliyyətini yüngülləşdirən hal və məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyası həddində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edildiyi halda inzibati tənbehin məqsədlərinə nail olmaq mümkündür. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30, 43, 48, 114, 115-ci maddələrini rəhbər tutaraq, QƏRARAALDİM: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 05 (beş) gün müddətinə həbs inzibati tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbs müddətinin əvvəli 11 dekabr 2024-cü il tarixdən saat 18:00-dan hesablansın. Qərarın icrası Astara rayon Polis şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan Astara rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Şəfiqə Meybullayeva
Məhkəmə qərarları › İş №3(018)-1063/2024
Astara Rayon Məhkəməsi Qərar — İş №3(018)-1063/2024
11.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver