Azərbaycan Respublikası adından QƏRAR Astara rayonu İş № 3(018)-107/2025 04.02.2025 ASTARA RAYON MƏHKƏMƏSİ Hakim Meybullayeva Şəfiqə Eldar qızının sədrliyi, Həbibov Elnar Eldar oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Astara rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X5, Zərərçəkmiş şəxs X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxxx 1987-ci il tarixdə Astara şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Astara rayon Polis Şöbəsindən daxil olmuş «cinayət işinin başlanmasının rədd edilməsi barədə» 28 yanvar 2025-ci il tarixli qərar və onun əsasında tərtib edilmiş 04 fevral 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, 10 yanvar 2025-ci il tarixdə saat 21:00 radələrində Şəxs X2 döymüşdür. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Astara RPŞ-nin İTB-nin sahə rəisi X13 izahatında bildirdi ki, 12 yanvar 2025-ci il tarixdə Astara rayonu Ərçivan qəsəbəsində müvəqqəti yaşayan X4 ərizə ilə Astara RPŞ-yə müraciət edərək, xx.xx.2025-ci il tarixdə saat 21:30 radələrində Astara rayonu, Qapçiməhəllə kəndində şəxsi münasibətləri zəmnində aralarında baş verən mübahisə zamanı Şəxs tərəfindən döyülməsini bildirmişdir. İş üzrə araşdırma aparılmış, cinayət işinin başlanması rədd edilmiş və şəxsin əməlində inzibati xəta tərkibinin olması müəyyən edilmişdir. Bu səbəbdən barəsində inzibati xəta haqqında protokol tərtib edilərək şəxs məhkəməyə gətirilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə təqsirli hesab etməyərək göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə baldızı qızı Zəhra ona zəng vuraraq bildirmişdir ki, anası Bakı şəhərindədir, onlara getsin, anasının borclu olduğu qadın gəlib. O da onlara getmişdir. Həmin vaxt İranlı qadınla söhbət etmiş, çay içmişlər. Daha sonra o evinə getmişdir. Ertəsi gün o yenə də baldızıgilə getmişdir. Həmin İranlı qadının mobil telefonuna baldızı tərəfindən zəng gəlmiş, baldızı ona demiş ki, çıx get evimdən, qızımı narahat etmə. Xanım evdən çıxmış, çıxdıqdan sonra onlara bildirmişdir ki, başlarına oyun açacaq. Ümumiyyətlə zərərçəkmiş şəxs X2 həmin gün vurmamış, ona heç bir xəsarət yetirməmişdir. Zərərçəkmiş şəxs ona böhtan atır. Barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahat vermiş zərərçəkmiş şəxs X4 izahatında bildirmişdir ki, Astara rayonu Ərçivan qəsəbəsində müvəqqəti yaşayır. Astara rayonu, Qapçiməhəllə kəndində yaşayan X7 ona qarşı dələduzluq hərəkətləri etdiyinə görə Bakı şəhəri Binəqədi Rayon Prokurorluğunda Fərqiyyə Ağayeva barəsində xx.xx.2024-cü il tarixdə CM 178.2.4cü maddəsi ilə cinayət işi başlanılaraq aidiyyəti üzrə istintaqın aparılması Binəqədi RPİ-yə göndərilmişdir. xx.xx.20224-cü il tarixdə X8 Rayon Məhkəməsi tərəfindən bir ay müddətinə həbs olunmuş, daha sonra Fərqiyənin həbsdə saxlama müddəti xx.xx.2025-ci il tarixədək uzadıldı. Ona pul borclu idi, borcunu almaq üçün xx.xx.2025-ci il tarixdə saat 21:30 radələrində Qapçiməhəllə kəndində Fərqiyənin evinə getmiş, Fərqiyyə evdə yox idi, Fərqiyyənin qızı Orucova Zəhra evdə idi. Daha sonra Fərqiyyənin qardaşı arvadı Şəxs da Fərqiyyənin evinə gəlmiş, borcunu almaq üçün gəldiyini bildiklərindən sonra aralarında mübahisə baş vermiş, mübahisə zamanı Zəhra əlindəki dəmir “Rexona” qutusu ilə sağ bud nahiyyəsinə bir neçə dəfə zərbə vurmuş, Yusra isə əli ilə bədəninin müxtəlif yerlərindən vuraraq ona xəsarət yetirmişlər. Hazırda Şəxs şikayətçidir və onunla barışmır. Qeyd olunanları nəzərə alaraq şəxs barəsində ən ağır inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 28 yanvar 2025-ci il tarixli qərardan görünür ki, toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmiş, Astara rayonu Ərçivan qəsəbəsində müvəqqəti yaşayan X1 müraciəti əsasında toplanmış materialda cinayət tərkibi olmadığına görə material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün qərarın Astara RPŞ-nin ictimai təhlükəsizlik bölməsinə göndərilməsi qərara alınmışdır; Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X6” X12 canlı şəxsin ekspertizasının 21 yanvar 2025-ci il tarixli, 11 saylı rəyindən görünür ki, X1 bədəni üzərində - sağ bazu, hər iki said, sol süd vəzisi, sağ bud, boyun nahiyələrində qançırlar aşkar edilmişdir. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, müddəti müayinədən 3-4 gün əvvələ uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcəsi təyin edilmir. Astara rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X10 tərəfindən tərtib edilmiş 04 fevral 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 10 yanvar 2025-ci il tarixdə X2 döymüşdür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 157-ci maddəsinə əsasən döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmənin gəldiyi qənaətə görə Şəxs tərəfindən X1 döyülməsi və bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi faktı zərərçəkmiş şəxsin izahatı, iş materiallarına əlavə edilmiş qüvvədə olan cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X6” X12 canlı şəxsin ekspertizasının 21 yanvar 2025-ci il tarixli, 11 saylı rəyi və məhkəmə iclasında tədqiq edilmiş digər sübutların bir-biri ilə müqayisəli şəkildə tədqiqi nəticəsində öz təsdiqini tapmışdır. Şəxs özünü təqsirli bilməyərək, zərərçəkmişə toxunmadığını iddia etməsi isə məhkəmə tərəfindən şəxsin özününmüdafiə etməsi kimi qiymətləndirilir və əsassızdır. Belə ki, Şəxs tərəfindən barəsində araşdırma aparılan dövrdə araşdırmanın düzgün aparılmaması ilə bağlı hər hansı prosessual hərəkətlər edilməmiş, hərəkətsizlik göstərilmiş bu da, bir daha şəxsin ifadəsinə özünümüdafiə kimi yanaşmaya əsas verir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən halları, məsuliyyəti ağırlaşdıran halların olmamasını, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs AR İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə tərəfindən Şəxs himayəsində azyaşlı uşaqlarının olması məsuliyyətini yüngülləşdirən hal kimi müəyyən edilmiş, Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyası həddində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edildiyi halda inzibati tənbehin məqsədlərinə nail olmaq mümkündür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinərək barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə tənbeh növü təyin edilsin. Qərarın icrası Astara rayon İcra və probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Astara rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Şəfiqə Meybullayeva
Məhkəmə qərarları › İş №3(018)-107/2025
Astara Rayon Məhkəməsi Qərar — İş №3(018)-107/2025
04.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver