Azərbaycan Respublikası adından QƏRAR Astara rayonu İş № 3(018)-1079/2024 17.12.2024 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, hakim köməkçisi X2 oğlunun katibliyi, barəsində inzibati icraat aparılan Şəxs və tərcüməçi X1 iştirakları ilə, xx xxxxxx 2003-cü ildə Rusiya Federasiyası, Dağıstan Respublikasında anadan olmuş, Rusiya Federasiyası vətəndaşı, orta təhsilli, subay, sürücü işləyən, Rusiya Federasiyası, Dağıstan Respublikası, Kayakənd rayonu, Kayakənd qəsəbəsi, Qaqarin küç, ev 11 ünvanında yaşayan - Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə Azərbaycan Respublikası Dövlət Komitəsi Astara Gömrük İdarəsindən daxil olmuş inzibati xətaya dair materiala Astara Rayon Məhkəməsinin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Komitəsi Astara Gömrük İdarəsindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə 16 dekabr 2024-cü il tarixli, 00400-01261/24 nömrəli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün adiyyatı üzrə Astara Rayon Məhkəməsinə göndərmişdir. Rusiya Federasiyası vətəndaşı Şəxs idarə etdiyi "Volvo" markalı "K774OT71/AM075205” dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsi ilə tranzit gömrük prosseduru altında qeydiyyatdan keçməklə Rusiya Federasiyasından İran İslam Respublikasına yükü müşaiyət edən sənədlərə əsasən "ət” yükü apararkən, 04.11,2024-cü il tarixdə, saat təqribən 18 radələrındə Astara Gömrük İdarəsinin yük maşınları üçün nəzərdə tutulmuş ixrac yoxlama xəttində gömrük nəzarəti zamanı yoxlama məqsədilə saxlanılmışdır. Yoxlama başlanmazdan əvvəl “Volvo" markalı "K774OT71/AM075205” dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsinin sürücüsü Şəxs ilə şifahi formada sorğu-sual aparılaraq onun idarə etdiyi yük nəqliyyat vasitəsində qadağan olunmuş, gömrük nəzarətindən gizlədilmiş və ya bəyan olunmamış hər hansı predmetin olub-olmaması soruşulmuşdur. Bu zaman sürücü Şəxs idarə etdiyi yük nəqliyyat vasitəsində qadağan olunmuş, gömrük nəzarətindən gizlədilmiş və ya bəyan olunmamış hər hansı predmetin olmadığını bildirmişdir. Daha sonra Şəxs idarə etdiyi “Volvo” markalı “K774OT71/AM075205” dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsinə gömrük yoxlaması tətbiq edilmişdir. Yoxlama zamanı nəqliyyat vasitəsinin kabinasında - sürücüyə məxsus paltarlar olan çantanın içərisindən pnevmatik silah üçün nəzərdə tutulmuş üzərində “Vencede” yazısı olan 6 (altı) ədəd qaz balonu, həmçinin pnevmatik silah üçün nəzərdə tutulmuş üzərində “Выстрел” yazılmış plastik qabın içərisində 110 (bir yüz on) ədəd və üzərində “Rosman" yazısı olan plastik qabın içərəsindən 250 (iki yüz əlli) ədəd patron aşkar edilmişdir ki, bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclası zamanı barəsində inzibati icraat aparılan Şəxs izahatında göstərdi ki, sürücü işləyir, həmin patronları itirdiyini düşünmüş, lakin sonradan ona məlum olmuşdur ki, nəqliyyat vasitəsinin kabinasında özünəməxsus çantanın içərində qalmışdır. Əməlindən peşmandır. Gömrük yoxlaması zamanı nəqliyyat vasitəsinin kabinasında özünə məxsus paltarlar olan çantanın içərisindən pnevmatik silah üçün nəzərdə tutulmuş üzərində “Vencede” yazısı olan 6 (altı) ədəd qaz balonu, pnevmatik silah üçün nəzərdə tutulmuş üzərində “Выстрел” yazılmış plastik qabın içərisində 110 (bir yüz on) ədəd və üzərində “Rosman" yazısı olan plastik qabın içərəsindən 250 (iki yüz əlli) ədəd patron ona məxsusdur. Bir daha inzibati xəta törətməyəcəyinə dair söz verir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun qeyd olunan xətanı törətməsi inzibati xəta haqqında tərtib edilmiş protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. İş materiallarında olan 03 dekabr 2024-cü il tarixli, 3/1187-9/9455 nömrəli ekspert rəyindən görünür ki, 2 (iki) ədəd plastmas qutuda təqdim edilmiş cəmi 360 (üç yüz altmış) ədəd predmet zavod üsulu ilə istehsal edilmiş, 4,5 mm kalibrli olmaqla, həmin klaibrə malik “WALTHER JP 88”, “WALTHER PPK/S”, “MP-654K”, “MP-655K”, ”PM”, “ПМ49” və s markalı pnevmatik tapancalardan revolverlərdə tüfənglərdə sıxılmış havanın təsiri ilə atılmaq üçün nəzərdə tutulmuş, “BB” tipli kürə formalı mərmiciklərdirlər, döyüş sursatı hesab edilmirlər, təyinatı üzrə istifadəyə yararlıdırlar. Texniki məlumatlara əsasən 4,5 mm kalibrli mərmiciklərin uçuş məsafəsi atıldığı silahdan asılı olaraq 50-60 metrdir, mərmiciklərin təqdim edilmiş qabların üzərindəki yazı qeydlərinə əsasən onlar Çin xalq Respublikasında və Rusiya Federasiyasında istehsal edilmişlər. 6 ədəd balon zavod üsullu istehsal edilmiş “WALTHER PPK/S”, “MP-654K”, “MP-655K”, ”PM” “GLETCHER SWMP” “BERETTA 92 FS”, “ПМ49” VƏ S pnevmatik tapancalardan habelə digər sıxılmış hava təzyiqi iş prinsipinə malik olan, təlim məşq təyinatlı pnevmatik silahlardan istifadə olunmaq üçün nəzərdə tutulmuş, sıxılmış karbon qazı ilə doldurulmuş hava balonlardır-odlu silah, qaz silahı və ya həmin silahların komplekt hissəsi hesab edilmirlər, təyinatı üzrə istifadəyə yararlıdırlar, Çin xalq Respublikasında istehsal edilmişlər. Həmin silahların qiymətinə dair yerli internet saytlarında satış elanı olmadığından qiymətləndirmə aparmaq mümkün olmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və ya nəqliyyat vasitələrinin bəyan edilməməsinə görə, bu az miqdarda olduqda inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin altmış faizindən yüz faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən ədalətlilik inzibati xətalar qanunvericiliyinin əsas prinsiplərindən biridir. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9-cu maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qarşı inzibati tənbeh tətbiq edərkən məhkəmə onun şəxsiyyətini, xətanın xarakterini, təqsirinin dərəcəsini nəzərə alıb ona istinad edilən maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati xətanın bilavasitə predmeti olan əşyaların müsadirə edilməsini tətbiq edilən tənbehin islah təsiri baxımından yetərli hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta hadisənin törədilməsində təqsirli bilinib inzibati xətanın predmeti olan pnevmatik silah üçün nəzərdə tutulmuş üzərində “Vencede” yazısı olan 6 (altı) ədəd qaz balonu, pnevmatik silah üçün nəzərdə tutulmuş üzərində “Выстрел” yazılmış plastik qabın içərisində 110 (bir yüz on) ədəd və üzərində “Rosman" yazısı olan plastik qabın içərəsindən 250 (iki yüz əlli) ədəd patron dövlət nəfinə müsadirə olunsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan Astara rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Bəxtiyar Məmmədov
Məhkəmə qərarları › İş №3(018)-1079/2024
Astara Rayon Məhkəməsi Qərar — İş №3(018)-1079/2024
17.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver