Azərbaycan Respublikası adından QƏRAR Astara rayonu İş № 3(018)-1080/2024 26.12.2024 ASTARA RAYON MƏHKƏMƏSİ Hakim Meybullayeva Şəfiqə Eldar qızının sədrliyi, Həbibov Elnar Elman oğlunun katibliyi, X1 iştirakı ilə X3 barəsində Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğvi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq,məhkəmə MÜƏYYƏN ETDİ: X5 şikayətlə məhkəməyə müraciət edərək barəsində Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. X5 şikayəti onunla əsaslandırmışdır ki, xx.xx.2024 tarixində 18:32 radələrində idarə etdiyi Mercedes Benz E220 CDİ Minik markalı 90UY907 dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri Moskva prospektində məhəllədən Şamaxinka istiqamətində məcburi şəkildə öz yoluna çıxarkən qarşıdakı qırıq xətlərlə təqribən 30-40 metr məcburən irəliləyib öz yoluna davam etmiş və bu zaman avtobus yolundan istifadə etmişdir. Məhz bu səbəbdən video kameraya düşmüş, barəsində şikayət etdiyi qərarla 100 manat – 2 bal cərimə tətbiq edilib. Tətbiq edilən cərimə ilə razı deyil. Çünki, videogörüntüdən də aydın olur ki, o idarə etdiyi avtomobil ilə ara məhəllədən çıxaraq öz yoluna davam etmiş və bu zaman məcburi olaraq avtobus yoluna çıxmış, dönmə nişanından da vaxtında istifadə etmişdir. Qeyd olunanlara əsasən inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Baş Dövlət Yol Polis İdarəsinin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Baş Dövlət Yol Polis İdarəsinin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında X5 şikayətdə göstərilənlərə uyğun izahat verərək xx.xx.2024-cü il tarixli qərarın ləğv edilərək, iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Şikayəti, şikayətçinin izahatını, iş materiallarını araşdırıb hesab edirəm ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. İş materiallarında olan DİN-nin Baş Dövlət Yol Polis İdarəsinin X6 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında elektron qərarın surətindən görünür ki, X6 tərəfindən xx.xx.2024 tarixində 18:32-də X2 Benz E220 CDİ Minik markalı 90UY907 dövlət qeydiyyat nişanlı avtomobili Moskva prospekti Avtobus dayanacağı Şamaxinka istiqamətində idarə edərkən İXM-in 327.1-1-ci maddəsi ilə 5.9, 5.10.1–5.10.3 nişanları ilə işarələnmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı olan yollarda hərəkət edən digər nəqliyyat vasitələrinin həmin zolaqda hərəkət etməsinə görə şikayətçi barəsində xx.xx.2024-cü il tarixli, EQ25060892 saylı protokol tərtib edilmiş və o həmin protokol əsasında 100 manat cərimə edilmişdir. İş materiallarında olan şikayətçi tərəfindən təqdim edilmiş diskdəki görüntülərdən görünür ki, şikayətçinin iddia etdiyi qırıq xətlər həmin görüntülərdə əks olunmur, sözügedən avtomobil sola dönmə işığını yandırmaqla, avtobus yolunda hərkət edir. Azərbaycan Respublikası İXM-in 120-ci maddəsinə əsasən bu Məcəllənin 327 - 356cı maddələrində nəzərdə tutulmuş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlərə, bu fəsillə müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, bu Məcəllə ilə müəyyən edilmiş qaydada baxılır. İnzibati Xətalar Məcəlləsinin 122.1-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346.3, 346-1.1, 346-1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının X6nin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin X6nə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin X6nin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. İnzibati Xətalar Məcəlləsinin 327.1-1-ci maddəsinə əsasən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun yol verdiyi hallar istisna olmaqla, 5.9, 5.10.1–5.10.3 nişanları ilə işarələnmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı olan yollarda hərəkət edən digər nəqliyyat vasitələrinin həmin zolaqda hərəkət etməsinə görə qırx manat məbləğində cərimə edilir. Məhkəmə iclasında videodiskə baxış keçirilmiş və müəyyən edilmişdir ki, X5 xx.xx.2024 tarixində 18:32 radələrində idarə etdiyi Mercedes Benz E220 CDİ Minik markalı 90UY907 dövlət qeydiyyat nişanlı avtomobillə sola dönmə işığını yandırmaqla avtobus yolunda hərəkət edir və zolaq düz xətt ilə ayrılmışdır və sola çıxmaq üçün qırıq-qırıq xətlər olmamışdır. Belə ki, məcburi çıxışı olan avtobus yollarında həmin yola məcburi çıxış edən avtomobillər üçün qırıq-qırıq nişanlama xətləri müəyyən edilir ki, nəqliyyat vasitəsi həmin yoldan öz yoluna keçid etsin. X3 iddia etdiyi kimi olsaydı həmin xətlər kamera görüntülərindən görünməli idi. Videogörüntüdən belə xəttin mövcud olması açıq-aşkar görünür. Buna görə də, X1 şikayətində göstərdiyi xüsusat, yəni qırıq-qırıq nişanlama xəttinin mövcud olması onun özünü müdafiəsi və inzibati məsuliyyətdən yayınmaq kimi qiymətləndirilməlidir. İnzibati Xətalar Məcəlləsinin 126.2-ci maddəsinə əsasən yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) inzibati xəta haqqında iş üzrə qərardan şikayət verildikdə, yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) videomüşahidə vasitələrinin qeydə aldığı videoyazıya baxış keçirməklə və araşdırma aparmaqla qərarın ləğv edilməsi üçün əsaslar müəyyən etdikdə, inzibati xəta haqqında iş üzrə qərarı ləğv edir, belə əsaslar müəyyən olunmadıqda isə inzibati xəta haqqında iş üzrə qərarın dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilir. İnzibati Xətalar Məcəlləsinin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Belə olan halda məhkəmə hesab edir ki, Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar əsaslıdır və həmin qərarın ləğvi üçün heç bir əsas olmadığından X1 şikayəti təmin edilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: X3 şikayəti təmin edilməsin. Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərardan, onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Şəfiqə Meybullayeva
Məhkəmə qərarları › İş №3(018)-1080/2024
Astara Rayon Məhkəməsi Qərar — İş №3(018)-1080/2024
26.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver