Azərbaycan Respublikası adından QƏRAR Astara rayonu İş № 3(018)-1081/2024 28.12.2024 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Meybullayeva Şəfiqə Eldar qızının sədrliyi, Həbibov Elnar Elman oğlunun katibliyi ilə, X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏNETDİM: İnzibati xəta haqqında materialdan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 16:00 radələrində Astara RPŞ-nin əməkdaşları Astara rayon Züngüləş kənd ərazisində xidmətdə olan zaman X3 üzərində sənədsiz mülki ov silahının olması barədə məlumat almışlar. Daha sonra ona yaxınlaşaraq özlərini təqdim etdikdən sonra onda olan "İj-17" markalı, tək lülə, 012203 nömrəli ov silahının müvafiq şəadətnaməsi olmadığını aşkarlayaraq sonuncunu polis şöbəsinə dəvət etmişlər. Astara RPŞ-nin İTB-nin sahə rəisi, polis mayoru X1 tərəfindən X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə 14 dekabr 2024-cü il tarixli MN ******* nömrəli protokol tərtib edilmiş və baxılması üçün Astara Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Astara rayon polis şöbəsinə və X5 lazımı qaydada məlumat verilsə də, onlar məhkəmə iclasında iştirak etməmişlər, habelə işə baxılmasını təxirə salmaq haqqında onlardan vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən işə Astara rayon polis şöbəsinin nümayəndəsinin və X3 iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan maddi sübutun götürülməsi haqqında xx.xx.2024-cü il tarixli aktdan görünür ki, X2 "İj-17" markalı, tək lülə, 012203 nömrəli müvafiq sənədləri olmayan mülki ov tüfəngi götürülərək saxlanılması üçün Astara rayon Polis Şöbəsinin növbətçi hissəsinə təhvil verilmişdir. İş materiallarında olan fotoşəkillərdən görünür ki, X3 ov silahı ilə şəkilləri çəkilmiş və iş materiallarına əlavə edilmişdir. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmiş və həmin xətanın törədilməsində təqsirlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsin 590.2-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almamış şəxslər tərəfindən mülki silahın və ya onun üçün döyüş sursatının əldə edilməsi, saxlanılması, daşınması, başqa şəxslərə verilməsi və ya satılmasına görə silah və döyüş sursatı müsadirə edilməklə səksən manatdan yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. X3 məsuliyyətini yüngülləşdirən və məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. İş materiallarını araşdırıb, törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən halları nəzərə alaraq məhkəmə, X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati tənbeh tədbiri – silah və döyüş sursatı müsadirə edilməklə cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34, 40, 43, 114, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARAALDİM: X6 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində Astara RPŞ-də saxlanılan, inzibati xətanın törədilməsində alət olmuş “İj-17" markalı, tək lülə, 012203 nömrəli ov tüfəngi müsadirə edilməklə 80 (səksən) manat məbləğində inzibati cərimə tənbeh növü tətbiq edilsin. Müsadirə edilmiş əmlak Azərbaycan Respublikası DİN-nin Təchizat İdarəsinə təhvil verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Astara Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və protest verilmədikdə qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qərar qanuni qüvvəyə minir. Sədrlik edən: Şəfiqə Meybullayeva
Məhkəmə qərarları › İş №3(018)-1081/2024
Astara Rayon Məhkəməsi Qərar — İş №3(018)-1081/2024
28.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver