Azərbaycan Respublikası adından QƏRAR Astara rayonu İş № 3(018)-1084/2024 28.12.2024 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Meybullayeva Şəfiqə Eldar qızının sədrliyi, Həbibov Elnar Elman oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə xx xxxx 1995-ci il tarixdə Astara rayonu, Səncərədi kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən, Astara rayonu, Səncərədi kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİM: İnzibati xəta haqqında materialdan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 11:00 radələrində Astara RPŞ-nin əməkdaşları Astara rayon Səncərədi kənd ərazisində xidmətdə olan zaman Şəxs sənədsiz mülki ov silahının olması barədə məlumat almışlar. Daha sonra ona yaxınlaşaraq özlərini təqdim etdikdən sonra onda olan "Tulka" markalı, qoşa lülə, 200056-60 nömrəli ov silahının müvafiq şəadətnaməsi olmadığını aşkarlayaraq sonuncunu polis şöbəsinə dəvət etmişlər. Astara RPŞ-nin İTB-nin sahə rəisi, polis mayoru X1 tərəfindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə 17 dekabr 2024-cü il tarixli MN ******* nömrəli protokol tərtib edilmiş və baxılması üçün Astara Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Astara rayon polis şöbəsinə məlumat verilsə də, onlar məhkəmə iclasında səlahiyyətli nümayəndənin iştirakını təmin etməmişlər. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən işə Astara rayon polis şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Şəxs izahatında bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə saat polis əməkdaşları ünvanına gələrək özlərini təqdim edib, ov silahının olub-olmadığını ondan soruşmuşlar, həmçinin ov silahının müvafiq sənədlərinin olmadığını bildirərək onu Astara rayon polis şöbəsinə dəvət etmişlər. Ov silahı babasından yadigar qalmışdır. Etdiyi inzibati xətanı səmimi olaraq qəbul etdiyini, bundan sonra müvafiq sənədləri olan ov silahından istifadə edəcəyinə dair söz verdiyini bildirmişdir. Barəsində yüngül tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan maddi sübutun götürülməsi haqqında xx.xx.2024-cü il tarixli aktdan görünür ki, Şəxs "Tulka" markalı, qoşa lülə, 200056-60 nömrəli müvafiq sənədləri olmayan mülki ov tüfəngi götürülərək saxlanılması üçün Astara rayon Polis Şöbəsinin növbətçi hissəsinə təhvil verilmişdir. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmiş və həmin xətanın törədilməsində təqsirlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsin 590.2-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almamış şəxslər tərəfindən mülki silahın və ya onun üçün döyüş sursatının əldə edilməsi, saxlanılması, daşınması, başqa şəxslərə verilməsi və ya satılmasına görə silah və döyüş sursatı müsadirə edilməklə səksən manatdan yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şəxs məsuliyyətini yüngülləşdirən hal kimi səmimi peşmançılığı müəyyən edilmiş, məsuliyyəti ağırlaşdıran hal müəyyən edilməmişdir. İş materiallarını araşdırıb, törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən halları nəzərə alaraq məhkəmə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati tənbeh tədbiri – silah və döyüş sursatı müsadirə edilməklə cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34, 40, 43, 114, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARAALDİM: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində Astara RPŞ-də saxlanılan, inzibati xətanın törədilməsində alət olmuş "Tulka" markalı, qoşa lülə, 200056- 60 nömrəli ov tüfəngi müsadirə edilməklə 80 (səksən) manat məbləğində inzibati cərimə tənbeh növü tətbiq edilsin. Müsadirə edilmiş əmlak Azərbaycan Respublikası DİN-nin Təchizat İdarəsinə təhvil verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Astara Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və protest verilmədikdə qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qərar qanuni qüvvəyə minir. Sədrlik edən: Şəfiqə Meybullayeva
Məhkəmə qərarları › İş №3(018)-1084/2024
Astara Rayon Məhkəməsi Qərar — İş №3(018)-1084/2024
28.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver